Bu, Məcnunun zəncirə özün müqəyyəd etdigidir və bəhanə ilə Leyli tərəfinə getdigidir
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
Bir gün səhər ol mücaviri-dəşt,Eylərdi güruhi-vəhşlə gəşt.
Bir piri-həzin göründü nagah,Zəncirli bir əsir həmrah.
Məcnunun əsirə yandı canı,Ol piri-həzinə sordu anı
Kim: "Bu nə əsirdir, bəyan et?Cürmün məni-mücrimə əyan et!"
Sirri-dilin etdi pir rövşənKim: "Dustdur, degil bu düşmən.
Mən xəstəvü bəsteyi-əyaləm,Fəqr ilə ikən şikəstəhaləm.
Bu həm məni-zardən betərdir,Avarəvü xarü dərbədərdir.
Bir ruzi üçün olub füsunsaz,Hər dəm qılırız füsunlar ağaz.
Ta hasil ola məaşi-ətfal,Bir şö'bədədir bu gördüyün hal.
Bu, qanlılığa qılıbdır iqrar,Mən eyləmişəm bunu giriftar.
Sahib diyətəm mənü bu xuni,Gör vəchi-məaş üçün füsuni.
Ta kim, gəzib eyləyə gədalıq,Bəndinə qıla girehgüşalıq;
Hər nə qazanır gəzəndə ev-ev,Təqsim edəriz arada cöv-cöv.
Qismətdə həm etmişiz qərarı,Mən yarıyamü bu şəxs yan!.
Məcnun dedi: "Səhv edibsən, ey pir!Divanələrə gərək bu zəncir.
Gəl hacətimi mənim rəva qıl,Bənd eylə məni, bunu rəha qıl!
Sayəntək olub səninlə həmseyr,Mən əhli-kərəmdən istəyim xeyr.
Hər nə yığılırsa biş, ya kəm,Varım sənə eyləyim müsəlləm.
Qəsdim bu ki, eyləyəm məni-zar,Evdən-evə seyr Müştərivar.
Şayəd ki, bir evdə ola mümkün,Ol Zöhrəyə olmağım müqarin".
Pir oldu ümidi-nəf ilə şad,Əvvəlki əsirin etdi azad...
Zəncirə girib rəmid Məcnun,Ərbabi-cünunə verdi qanım.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-leyli-ve-mecnun-45
Use ← → keys to move, R for a random poem
More by this author
Ey hilali-eyd, qalibdir sənə əbruyi-yar,Hüsni-surət səndə bir var isə, onda iki var.
Qıldı dəf’i-qəm dili-üşşaqdən zövqi-baharQıldı dəf’i-qəm dili-üşşaqdən zövqi-bahar,Ah kim, göstərdi eşq əhlinə dövran hicri-yar.
Sün’i-Həq kim, yox ikən aləmi etmiş peydaSün’i-Həq kim, yox ikən aləmi etmiş peyda,Ondan almış əsəri-nəzm nizamın əşya.
Götürdü bad bürqə’ çöhreyi-gülbərgi-xəndandanGötürdü bad bürqə’ çöhreyi-gülbərgi-xəndandan,Gətirdi aləmi mürği-çəmən əfqanə əfqandan.