Bu, Məcnun atasının tərki-niza etdigidir və naçar həsrətlə vida etdigidir
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
"K'ey rişteyi-gövhəri-muradım!Ayineyi-hüsni-e'tiqadım!
Bir ləhzə mənə tərəhhüm eylə,Göftanm eşit, təkəllüm eylə!
Pərvayi-məni-şikəstəhal et,Əzmi-səfər eylədim, həlal et!
Naxoş sənə məndən idi əhval,Mən getməli oldum, indi xoş qal!
Zinhar şikayət etmə məndən,İncikli hekayət etmə məndən!
Dirlikdə çü səndən almadım kam,Tövsənliyə düşdün, olmadın ram.
Budur kərəmindən iltimasımKim, tutasan öldügümdə yasım!
Hər ləhzə edib fəğanü zari,Toprağıma edəsən güzari.
Təklifi-nişatü eyş qılmənKim, sən deyəsən, "bu rəsmi bilmən".
Fəryadü fəğandır əsli-matəm,Sən xud bu rəvişdəsen müsəlləm.
Öz adətin ilə nalə eylə!Əcrini mənə həvalə eylə!
Budur qərəzim ki, dustu düşmənGörsün səni, eyləyəndə şivən.
Bikəsligim olmaya mənə ar,Mə'lum edələr ki, varisim var".
Çün qıldı vəsiyyət ol pərişan,Döndi evə gəldi zarü giryan.
Dərdü ələm etdi onu rəncur,Qalmadı həyatı şəm'inə nur.
Dərdinə bulunmaz oldu dərman,"Məcnun!" dedi, verdi aqibət can.
Dünyaya ümid tutmaq olmaz,Hərgiz ölümü unutmaq olmaz!
Xoş xaneyi-eyşdir bu aləm,Dərda ki, degil əsası möhkəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-leyli-ve-mecnun-54
Use ← → keys to move, R for a random poem