Bu, Leylinin anasına vəsiyyət etdigidir və dust yadı ilə dünyadan getdigidir
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
Mə'budinə ərz qıldı razın,
Bildirdi könüldəki niyazın:
"K'ey hakimi-ərseyi-qiyamət!
Sultani-səriri-istidamət!
Nomidilik atəşinə yandım,
Billah, bu vücuddan usandım!
Çün dust yanında naqəbulam,
Billah, bu həyatdan məlulam!
Mən şəm'i-şəbi-fəraqi-yarəm,
Suzanü siyah ruzigarəm.
Yandırdı məni cəfayi-aləm,
Dinlənməzəm, ölməyincə bir dəm.
Dərdim ki, vücudum ola baqi,
Şayəd düşə vəsl ittifaqi...
Pərtöv bürcündə afitabım,
Bildim ki, vücud imiş hicabım.
Ya Rəb, məni et fənaya mülhəq
Kim, rahi-fəna imiş rəhi-Həq."
Pak idi, duası etdi tə'sir,
Filhal mizacı oldu təğyir.
Tə' siri-həvayi-namünasib
Tərkibinə qıldı zə'f qalib.
Gəldikcə ziyadə oldu dərdi,
Təblərzə fərağətin gedərdi.
Məhv oldu təb içrə ol pərivəş,
Bir şəm' kimi ki, görə atəş.
Əksildi ərəqdə hüsni-tabı,
Bir gül kimi kim, gedər gülabı...
Zə'fi-təni ol məqamə yetdi
Kim, bəstər içində cismi itdi.
Bəstərdə tələb qılan nişanın,
Görməzdi vücudi-natəvanın.
Rəf oldu nişaneyi-səlamət,
Mövtinə göründü min əlamət.
Əzm eylədi olmağa müsafir,
Rehlət əsəri çü oldu zahir,
Rəf etdi hicab ehtirazın,
Faş etdi anayə gizli razın:
"K'ey dərdi-dilim dəvası ana!
Şəm'i-əməlim ziyası ana!
Qəm gizləmək ilə canə yetdim,
Ta mümkün idi, təhəramül etdim.
Hala ki, müqərrər oldu getmək,
Fərz oldu bu sirri zahir etmək.
Olsun sənə, ey zəifə, rövşən
Kim, tiği-həva həlakıyam mən.
Cismimdə yox özgə dərd tabı,
İlla qəmi-eşq iztirabı.
Mən aşiqi-zarü binəvayam,
Bir mahliqaya mübtəlayam.
Sevdası ilə yox oldu varım,
Keçdi həvəsilə ruzigarım.
Çox arizu eylədim cəmalın,
Bir dəm görə bilmədim vüsalın.
Hala gedirəm könüldə süzi,
Əldən nə gəlir, bu idi ruzi.
Ancaq degiləm məni-pərişan
Ol yar qəmində zarü giryan.
Ol həm məni-zarə mübtəladır,
Sərgəşteyi-vadiyi-bəladır.
Məndəndir onun cünuni əfzun,
Qeys ikən olubdur adı Məcnun.
Daim keçirər qəmimdə əyyam,
Bir gün ona hasil olmayıb kam.
Rüsvayi-zəmanə oldu məndən,
Afaqə fəsanə oldu məndən.
Bihudə degil fəğanü ahı,
Yaqmazmı məni onun günahı!?
Mən kim, gedirəm bu xakidandan,
Dərdim bu ki, şərmsarəm ondan,
Ey munisi-ruzigarım ana,
Qəmxanmü qəmküsarın ana!
Mən dari-bəqaya əzm edəndə,
Dünyaya vida edib gedəndə,
Mənsiz çəkib ahlar, fəğanlar
Səhraləra düşdügün zamanlar
Düşsə yolun ol olan diyara,
Ərzi-qəmim eylə ol figara.
Zinhar ona olanda vasil,
Xoş kimsədir, ondan olma qafil!
Damanını tut, rizasın istə,
Mən mücrim üçün duasın istə.
Ərz eylə ki: "Ey vəfalı dildar!
Can verdi yolunda Leyliyi-zar.
Eşqində yerinə yetdi lafı,
Də'vasının olmadı xilafı".
Söylə məni-zarü mübtəladan:
"K'ey eşqdə laf edən vəfadan!
Xəlvətgəhi-ünsə məhrəm oldum,
Azadəvü şadü xürrəm oldum.
Sən həm gələ gör, təəllül etmə!
Mən müntəzirəm, təğafül etmə!
Gər sadiq isən bu yolda, sən həm
Səbr eyləmə, eylə tərki-aləm.
Gəl kami-dil ilə olalım yar,
Bir yerdə ki, yoxdur onda əğyar...
Daim olalım bir evdə həmraz
Kim, çıxmaya dışra ondan avaz.
Xoş mənzili-əmnə bulmuşam rah,
Bitə'neyi-dustü cövri-bədxah.
Məndən səni eyləmək xəbərdar,
Bismillah, əgər iradətin var!"
Çün qıldı vəsiyyətini axir,
Əzmi-səfər etdi ol müsafir.
Yad eylədi yari mehribanın,
Vəsl arzusu ilə verdi canın.
Kimdir ki, cabanda fani olmaz?
Dövri-fələkin amani olmaz!
Dünya yedi başlı əjdəhadır,
Əndişeyi-ülfəti xətadır.
Hər lütfünədir dəfinə min qəhr,
Hər şəhdinədir qərinə min zəbr.
Dövran üzərindədir zəmanə,
Əlbəttə, galən gedər cəhanə.
Ərbabi-zəmanəyə verib pənd,
Bu şe'ri nə xoş demiş xirədmənd:
Qəzəl
Bu aləm kira, könül, qeydin çəkərsən, möhnətü qəmdir,
Fəna sərmənzilin seyr eylə kim, bir xoşca aləmdir.
Anıb tənhalığı qəbr içrə nifrət qılma ölməkdən,
Təriqi-üns tut kim, hər ovuc topraq bir adəmdir.
Degil möhkəm cahan mülkündə hər bünyad kim, qılsan,
Bəqa mülkündə tut mənzil kim, ol bünyad möhkəmdir.
Əcəl alayişi-xövfü xətərdən qurtarar nəfsi,
Bu cövhər kimiyayi-nəfsə bir iksiri-ə'zəmdir.
Kəmali-eşqi-insan mövt iləndir rahi-hikmətdə,
Bəli, mücra qılan hökmün misalın nəqşi-xatəmdir.
Bahar əyyamı girsən laləzara, xak əczasın
Mühəqqər görmə kim, hər zərrə bir cam ilə bir Cəmdir.
Əsiri-nəfsdir əhli-cahan, bilməz fəna qədrin,
Füzuli, tərk təcridi sənə ancaq müsəlləmdir!
Təmamiyi-süxən
Leyli güli-gülşəni-lətafət
Çün gördü xəzan yelilə afət,
Pamali-xəzan olub baharı,
Əncama yetişdi ruzigarı,
Biçarə anası açdı başın,
Başından aşırdı qanlı yaşın.
Kafurini tökdü zə'fərana,
Suzi-dil i!ə gəlib fəğana,
Çox ağladı, etdi ahu nalə,
Ağlar, kim olursa böylə halə.
Əlqissə, tutub təriqi-matəm,
Ol vaqeəyə yığıldı aləm.
Tə'zim ilə tutdular əzasın.
Qəbrin düzüb urdular binasın.
Tən oldu müqimi-ərseyi-xak,
Ruh oldu qərini-övci-əflak.
Şövq əhlinə qürb hasil oldu,
Dəryasına qətrə vasil oldu.
She told her God of her secret pain,Of the thing whereof her heart was fain:
'O Judge of the Resurrection-Day,'O King of the throne of equity,
'I am wasted sore by despair's white flame;'O God, how I weary of this frame!
'Since before my love I'm no more desired,'O God, of this life am I full tired.
'I am the taper of parting's night;'For burning and black is my dreary plight.
'Distraught by the world's despite am I,'I ne'er shall rest till the day I die.
I should pray: "Let my body bide for aye!"'Were it like that union should tide some day.
'I'm the sun in the sign of radiancy,'I know that my frame the veil must be.
'Unite me with death, O Lord of ruth,'For the way of Death is the way of Truth!'
Her prayer was pure, and the answer came;And feebler and feebler grew her frame.
The unwholesome air it wrought her ill,And weakness grew on her body still.
Her dolour increased upon her e'er,And the shivering fever left her ne'er.
Faint in the fever that fairy one,Like a taper that is by the flame undone.
Dimmed by disease was her beauty's ray,Like a rose whose freshness is past away.
At length so feeble and weak her plight,That she lay on her bed both day and night.
Who had sought to look on her there, I ween,Would scarce her wasted frame have seen.
Away were borne health's emblems fair,And the ensigns of death were gathered there.
Then joyous, her bashfulness cast off,She told to her mother her secret love:
'O mother, balm of my heart's desire,'O mother, light of my longing's fire,
'I am come to death for my hidden ill;'So long as I might, I have borne it still;
'But now that the time is come to go,''Tis meet that I tell thee my secret woe.
'O weary one, imagine ne'er'That I am slain by the sword o' the air;
'No fever fires in my body play,'Except the anguish of love-dismay.
'A helpless and weeping lover I,'Distraught for a moon-faced one I lie;
'A-yearning for him am I undone,'A-longing for him my life is gone.
'Sore have I cried for his beauty sheen,'But union with him I ne'er have seen.
'And now I go with his words in my heart;'Whate'er betide, these have been my part.
'Not only I am of love forlorn,'And wail for that dearest one and mourn;
'He too is love-smitten of woeful me,Distraught mid the wastes of misery.
'Alack, for me is his reason gone,'And he who was Qays is as Mejnún known.
'For me he passeth his days in dole,'Nor once hath he won to the longed-for goal.
'Of ill repute in the age through me,'A by-word in every land is he.
'Not vainly his tears and sighs are spent,'For am not I by his failings brent?
'O mother, faithful my whole life through,'O mother, consoler in every woe,
'When I have bidden farewell to earth,'And hence on my journey am set forth,
'As bereft of me thou dost sigh and moan'A-passing thorough the desert lone,
'If e'er thy footsteps should chance that way'Do thou my woes to that fair one say.
'Take heed when to him thou com'st anigh;'He is gracious, pass him not heedless by.
'Fall at his feet and his care implore,'And for sinful me his prayer implore.
'Then say: O lover leal and true,'Sad Leylá hath given her life for you;
'Her boasts of love are accomplished now,'Nor hath she failed to fulfil her vow.
'Then say this to him from woeful me:'O boaster of love and of constancy,
'To me life's harem is now shut fast,'I am free of joy and delight at last.
'O come thou hither, make no delay;'I am waiting for thee, do not heedless stay.
'So thou likewise art of faithful plight,'Bide not, but abandon the world forthright.
'Come, let us love as our hearts are fain,'In a land where is none to work us pain.
'I have found the way to the realms of peace,'Where taunts of friends and of rivals cease.
'If me once more thou art fain to see,'In the name of God come hither to me.'
When of her charge she had made an end,That wayfarer forth on her way did wend.
She called on her lover fond and kind,And yearning for him, her soul resigned.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-leyli-ve-mecnun-68
Use ← → keys to move, R for a random poem
More by this author
Oldur ğəzəl ki, feyzi onun am olub müdam,Arayişi-məcalisi-əhli-qəbul ola.
Sərfi-nəqdi-ömr edib mən kəsbi-irfan etmişəmSərfi-nəqdi-ömr edib mən kəsbi-irfan etmişəm,Əhli-dünya həm kəmali-cəhl ilə təhsili-mal.
Eyləyib nadanə ərzi-fəzlü izhari-hünərEyləyib nadanə ərzi-fəzlü izhari-hünər,Şərmsar etmək, əta ummaq nədir, zülmi-sərih!
Sə dü nəhs əhvalını qılsan münəccimdən sualSə’dü nəhs əhvalını qılsan münəccimdən sual,Müqtədai-mə’rifət Bərcisü Keyvandır ona.