Ey gözəl, zatın məarif birlə rəngin edə gör,

Xətti-mişkin, pərdeyi-rüxsari-gülgun olmadan.

Söhbəti-ərbabi-elmü mə’rifətdən kəsb qıl,

Hüsni-sirət, surəti-halın digərgun olmadan.

Cəhd qıl kim, görməyə xurşidi-rüxsarin zəval,

Nur feyzindən hilali-qədrin əfzun olmadan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets