Yar bilgəc halimi bir rəhm peyda eyləyə,

Anlayıb dərdi-dilimni, bir müdava eyləyə.

Olmaya qafil mənə minbə’d, pərva eyləyə,

Rəhm edib, ancaq məni aləmdə rüsva eyləyə.

Ta özün könlüm onun eşqində şeyda eyləyə,

Tuta damanin onun, vəslin təmənna eyləyə,

Qılmaya ikrah cövründən, müdara eyləyə,

Düşməyə ondan cüda, kuyində mə’va eyləyə,

Gər özündən onu yar ayırsa, qovğa eyləyə,

Dəmbədəm yüz şövqilə bu beyti inşa eyləyə:

Sənsiz olman ayrı möhnətdən, bəladən bir zəman,

Əl-əman, hicran bəlavü möhnətindən, əl-əman!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love