Sinə çakü didə nəmnakü bədən əfgardir
What is a murabba?
Murabba: a poem in four-line stanzas.
Sinə çakü didə nəmnakü bədən əfgardir,
Can həzin, xatir qəmin, şeyda könül bimardir.
Mən bu qəm içrə ki, dəf’in eyləmək naçardir,
Məsləhət sordum, dedilər məsləhət izhardir.
Söylədim dərdi-dilimi bildi ol kim yardir,
Qılmadı bir rəhm bəs kim, zalimü xunxardir.
Dəxi izhar edəmən, nə hacəti-izhardir,
Eyləyim səbrü təhəmmül ta həyatim vardir.
Canə yetgəc ta ki, məndə qüvvəti-göftardir,
Söylərəm: ey gül ki, səndən ayrılıq düşvardir,
Sənsiz olman ayrı möhnətdən, bəladən bir zəman,
Əl-əman, hicran bəlavü möhnətindən, əl-əman!
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-terkibbend-4-sine-caku-dide-nemnaku-beden-efgardir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Separation
Bir qəmli bülbüləm,Güllər inanmır.
Həbibim, izzətim, canım, cahanımHəbibim, izzətim, canım, cahanım,Rəfiqim, munisim, arami-canım.
OlmasınPək az sürən baharımın canlı çiçəyi, sevimliSonama, göndərdiyi çiçəklərə qarşı yadigarım
Ey dil, barı meyxanə sarı bir güzər eyləEy dil, barı meyxanə sarı bir güzər eyləGör məstlərin haləti-vəcdin, nəzər eylə.