Ver, Saqi, o Kövsər qarışan mey dolu camdanOl cam ki, behişt huriləri təşnədir ondan.Ver, Saqi, Əlinin quluyam, eşqə vəfadar,Bu çeşmədən onsuz da mənim cüzi payım var.Ver, Saqi, yetər, durma, Yəmən ləllərindənTa nuş eləyim, sən də qopar əqlimi məndən!Al, al ki, əql sevdası divanəsər etdi,Al, əqlə olan hacətim artıq boşa getdi.Aşiq ürəyin əldə tutan, ver ki, bu camdır,Ver, ver ki, onun xasiyyəti sirlər açandır.Ver, bihuş olub, ta yıxılım qolların üstə,Ver, bihuş olub, sən də əvəz sirrimi istə.Ol lalə kimi rəngli küpün ağzını dur aç,Bu cam ilə gəl xəstə düşən ruhuma nur saç.Ver ki, bu camın qəlbə yatan nəşələrindən,Sirr xəznəsinin yollarını bir də açım mən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love