Ey Saqi, əl at badəyə, ol cövhəri-meydən,Bir mey ki, onun arzusunu göylərə yerdənCəmşidlər aparmış, ver içim, yüksəlim, ey cam,Ver, ver ki, odur, Saqi, könül mülkünə sultan!Ver ki, onu içdikcə olum bir ulu Cəmşid,Bir badə ki, şövq ilə yanır indi də Cəmşid.Ver, sinələri yandıran ol sağəri, Saqi!Ver, gülsün onun şövqü ilə könlüm otağı.Sərxoşluğa, ver, od vuraraq, yandıraraq mən,Atəşkədəlik qapısını çırpım ürəkdən.Gəl, Saqi, o reyhan qoxulu badəni doldur,Bir badə ki, keyfiyyəti-İnsanlığa yoldur.Ver, ver mən içim könlümə min dürlü şəfəq saç,Sirrin qapısın, gəl, üzümə bir də mənim aç!Vermə yaralı qəlbimə bundan belə zillət,Cam ilə, səbu ilə, tez ol, nəşəmi yüksəlt!Ver nitqim açılsın bu gələn cam ilə birdən,İçdikcə sənə təptəzə bir rəmz açım mən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern