Balaca felyeton
Beş manat əhvalatı
Bir gün oturub dəftərxanada yazırdım. Gördüm bir müsinn şəxs qapını açıb məni işarətlə çölə çağırdı. Mən haman saat çölə çıxıb – nə buyurursunuz? – sualı ilə müraciət elədim. Kişi gözlərinin yaşını abibaran kimi axıdıb mənə dedi:
– Başına dönüm, mənim bir oğlum var, hansı ki, Xarkovda oxuyur. Budur üç ildir ki, mən bir tövrlə ona pul göndərirəm. İndi məktəbi qurtarmağına qalıbdır iki il. Mən də olub-olanımdan çıxmışam. İndi bir qara qəpeyim yoxdur ona göndərəm ki, bu neçə il çəkdiyim zəhmət əbəs yerə olmasın. Bu da mənim oğlum yazan kağızdır. Səndən təvəqqə edirəm bu barədə mənə kömək verəsən, yoxsa biabır olası yerimdir.
Mən dərhal öz aldığım məvacibi, kişinin halətini mülahizə edib gördüm mənim donluğumdan kişiyə haray yoxdur. Haman günü bir məclis tərtib edib öz dost-aşnalarımdan oraya cəlb edib, bir siyahı bina edib, insaflı kişilərimizdən ianə yığmağa məşğul oldum. Kimə müraciət etdimsə, pul tələbində müzayiqə etmədi. Sonra növbət gəldi bizim Hacı dayıya və ümidim var idi ki, Hacı bişəkk və şübhə 10, ya 15 manat verəcəkdir. Hacı dayının dükanına bir neçə yoldaşlar ilə varid olduq.
– Hacı dayı, salaməleyküm.
– Ba, əleykümessəlam, bəy dadaş!
– Buyurun, buyurun, xoş gəlibsiz. A gedə çayçı, çay gətir.
– Xeyr, Hacı dayı, çox təşəkkür edirəm. Çay içməyəcəyəm, sizin yanınıza bir cüzi təvəqqeyə yoldaşlarla gəlmişəm, ümidvaram təvəqqeyimiz qulluğunuzda məqbul olub müzayiqə etməyəcəksiniz.
– Bəs, bəs, bəydadaş, bu nə sözdür, sən mənə qulluq buyur, mən həmişə can və başla düzəltməyə hazıram.
– Hacı dayı, bir artıq sizə zəhmətim yoxdur, bir şəxsin oğlu Xarkovda oxuyur, atası onun xərcini indiyə kimi çəkibdir. Amma indi əli aşağı düşməyə görə və müsəlman qardaşımız olmağa görə onun üçün bir az pul cəm etmişik ki, o cavan puldan məəttəl olub oxumağını yarımçıq buraxmasın. Ona görə 5 manat da siz əta ediniz, ianə cəmi təriqilə ki, sizin adınızı siyahıya yazaq.
– Ha, ha, ha, ha... Qəribə təklifdir. Yaxşı! Bəydadaş! Mən üç dəfə həccə getmişəm, dördüncü dəfə həm niyyətliyəm. Mən həcc pulumu pozub, nə tövr Rusiyaya göndərim?
– Hacı dayı, nə vaxt Allah qoysa bu dəfə həccə təşrif aparacaqsınız?
– İnşallah, bəydadaş, gələn il.
– Yaxşı, Hacı dayı, gələn ilədək məgər siz 5 manat qazanmayacaqsınız ki, gələn ilki həcc pulunu pozmayıb, üstünə qoyub gedəsiniz?
– Xeyr, əzizim. Mətləb burasındadır ki, bu gün banka 10 min manat yola pul salasıyam ki, veksilimin vaxtı keçməsin.
– Zərər yoxdur, Hacı dayı, onda sabah gəlim, sabah verərsiniz.
– Xeyr, xeyr, sabah zəhmət çəkməgilən, sabah usta Qarapetə min manat borc vəd etmişəm, ona görə gərək verəm ki, binəvanın pambıq pulu kəsirdir, aparsın, pambıq alsın.
– Zərər yoxdur, Hacı dayı, birisi gün gələrəm.
– Xeyr, xeyr, xeyr!.. Birisi gün Hacı Qulaməli kişinin oğluna nömrə pulu yığılır, ona pul göndərəcəyəm.
– Zərər yoxdur, Hacı dayı, o birisi gün gələrəm.
– Xeyr, xeyr, xeyr!.. O birisi gün barama almışam, onun pulun gərək verəm, gəlmə.
– Zərər yoxdur, Hacı dayı o birisi gün, gələrəm.
– Xeyr, xeyr, xeyr, xeyr, gəlmə.
– Niyə?
– Çünki.
– Nə çünki?
– Çünki.
– Nə çünki?
– Belə!
– Nə belə?
– Çünki belə.
– Necə çünki belə?
– Çünki habelə və genə habelə, mən sözün vazehi ruscanı oxuyana töbə etmişəm pul verməyəm, vəssalam.
– Hacı dayı bu nə sözdür sən danışırsan, ruscanı oxuyan müsəlmanlara sən gərək təşəkkür edəsən ki, hal-hazırda dəftərxanalara və qeyri-divanxanalara gedəndə dil bilməyib mat-məəttəl qalırsınız.
– Nə vaxt mənə dil bilən lazım olsa, mən pul ilə tutub apararam, mənə dilmanclıq edər.
–Yaxşı, Hacı dayı, dilbilən müsəlman qardaşlarımızın birisi də artıq olsa, nə ziyan edər?
–Xeyr, xeyr, xeyr, xeyr! Mən, sözün doğrusu, haman oğlana nəinki beş manat, hətta beş qəpik də göndərə bilmərəm. Çünki mən göndərdiyim pulla oxuyub, sonra bir rus ovrəti alıb həm məni tanımayacaqdır.
Xülasə Hacı dayıdan əlimi üzüb getdim dəftərxanaya.
Günlərin bir günü idi, gördüm mənim Hacı dayım kürkünün qollarını sallaya-sallaya gəlir. Gələn kimi şappadan içəri girmək istəyəndə qapıda duran kazax döşündən bir yumruq vurub Hacı dayını saldı bayıra. Mən bunu qəbul etməyib, Hacı dayını yanıma çağırıb sordum ki, niyə gəlibdir. Hacı dayı dedi ki, bu gecə qonşusunun dükanından bir cüt başmaq oğurlanıbdır. Müqəssir bunun oğlunu güman edib həbsə salıbdılar, indi gəlibdi ki, naçalnikdən təvəqqe etsin, oğlunu zaminə versin. Çifayda rusca dil bilmir ki, getsin naçalnikin yanına.
Dedim: – Necə, Hacı dayı, rusca bilən gətirməyibsən?
Dedi: – Xeyr.
Dedim: – Niyə?
Dedi: – Çünki!
Dedim: – Çünki?
Dedi: – Ruscanı bilən məndən on manat istədi, indi dilbilən qardaş əlac sənə qalıbdır, mənə kömək elə, burada mən gəldim, sonra Hacı dayının işini də yola verib yola saldım və sabahı gün gördüm bir paketdə bir dənə üçlük manat göndərib və təvəqqe edibdir ki, haman oğlana göndərim. Sağ olsun belə Hacı dayı da.
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-balaca-felyeton
Use ← → keys to move, R for a random poem
More by this author
Budur neçə vaxtdır ki, qulağıma iki cür səs gəlməkdədir.B i r i: İşlərimiz xarabdır, bu gün, sabah qış gəlir, əlimiz hər yerdən üzüləcəkdir. İndidən bir tədbir görmək lazımdır...
Yenə erməni-müsəlmanSülh komisyonu xüsusunda“İrşad”ın keçən nömrələrində “Halımıza dair” və “Bir tədbir lazımdır, ya yox” sərlövhəli məqalələrdə biz, canişini-Qafqaz hüzurunda təşkil olunmuş erməni-müsəlman sülh komisyonunun (üzvlərinin bir yandan tərəfgirlik və bir yandan hümmətsizliklərindən naşı) sülhçiliyə layiq olmadığını yazmışdıq və bu komisyonun islahı üçün öz tərəfimizdən bir para təsəvvürat izhar edib də sairələrinin də bu mühüm məsələyə iştirakını iltimas etmişdik; görünür ki, həmin bu məsələ xüsusunda məzkur erməni-müsəlman komisyonunun üzvü cənab Məhəmmədağa Şahtaxtinski imiş, lakin məəttəəssüf cənab Şahtaxtinskinin yazdığını (məqaləsi çap olunmuş qəzetə bağlandığına görə) biz görə bilməmişik.
Ordan-burdan 76Biz gözləyirdik ki, bugün-sabah vəzirlərin istefa verməyi xəbərini eşidəcəyik. Amma onun əvəzində (işə bax!) dumanın buraxıldığı xəbəri gəldi...Yazıq Duma! Qovulandan bəri hər dəfə vəzirlərə üz tutub o qədər atstavka təklif etdi ki, axırda özü atstavka verməyə məcbur oldu. Duma buraxıldı...
Ordan-burdan 77Belə rəvayət edirlər ki, Dövlət dumasının buraxılması müsəlman vəkillərinə çox artıq təsir edibdir. Belə ki, duma buraxılandan sonra, onlar bir yerə cəm olub bikef və bidamaq oturubmuşlar. Bir qədər sükutdan sonra bunların birisi başını qalxızıb sairələrinə deyibdir:– Allahın altında, adam gələcəyi bilə idi!
Poems by other poets · Satire
Mənalı keçərsə məclisdə söhbət,Plov nəyə lazım, aş nəyə lazım?
Nə bilimFələyin bir belə cövrü olacaqmış nə bilim,Dirilib xəstə yatanlar duracaqmış nə bilim?
GörürəmTazə şəhərdən Qəyyur əyyar əfəndiyə oxşatma*Arifin hər işi dünyada fənadır, görürəm,
Yumruq (2)(2)Orucluqda qumarbazlıq, bunun var özgə bir dadı,