Pruşkeviç və Hacı Xudu
Günlərin bir günü Pruşkeviç ilə Hacı Xudu yatmışdılar. Pruşkeviç Peterburqda yatmışdı, Hacı Xudu da öz evində yatmışdı. Bunlar bir-birlərini yuxuda gördülər. Hacı Xudu ayıq olduğu zaman Pruşkeviç barəsində çox eşitmişdi ki, bu hərif müsəlmanların ziddinə gedəndir. Müsəlman xeyirxahı deyildir. Hətta bir jurnalda onun şəklini də Hacıya göstərmişdilər. Amma Hacı yuxusunda Pruşkeviçə baxıb gördü ki, hərif çox da çirkin deyildir. Gözündə çeşmək, əynində yaxşı libası, bir göyçək adamdır.
Hacı Pruşkeviçə dedi:
Sən bir göyçək adamsan, amma sənin şəklini, nədənsə, çox pis çəkiblər.
Pruşkeviç Hacıya cavab verdi:
– “Ke, ey nikbəxt, an nə şekle mən əst,
Vəlakin qələm dər kəfe doşmən əst”.
Sonra Hacı yenə soruşdu:
– Bir də deyirlər ki, sən və sənin kimi adamlar biz müsəlmanlara zidsiniz. Müsəlmanların bədxahısınız.
Pruşkeviç cavab verdi.
– Mən də bilmirəm, doğru deyirlər, yoxsa yalan. İstərsən mən də bir-iki kəlmə danışım. Gör yalan deyirlər, yoxsa haqq danışırlar.
Hacı razı oldu və Pruşkeviç başladı danışmağa.
Pruşkeviç. Mən istəmirəm ki, müsəlmanlarda qəzet olsun.
Hacı. Onu biz də istəmirik. Qəzet bizim şəriətimizdə haramdır.
Pruşkeviç. Mən istəmirəm ki, müsəlmanlarda teatr olsun.
Hacı. Biz özümüz də onu istəmirik. Teatr şəriətimizdə haramdır.
Pruşkeviç. Mən istəmirəm ki, müsəlmanlarda musiqi çalmaq, şeir yazmaq və şəkil çəkmək işləri tərəqqi etsin.
Hacı. O çür şeyləri biz özümüz də istəmirik. Onlar hamısı şəriətdə haramdır.
Pruşkeviç. Mən istəmirəm ki, müsəlmanlar nemes dili, firəng dili, hesab, coğrafiya, hikmət, fəlsəfə, kimya, tarixi-təbiət, tarixi-bəşər, həndəsə, müsəlləsat və bu cür şeyləri bilsinlər.
Hacı. Bu cür şeylərin hamısı küfrdür. Biz özümüz də onları istəmirik.
Pruşkeviç. Mən istəmirəm ki, müsəlmanlarda üsuli-cədid məktəbləri olsun.
Hacı. Allah üsuli-cədid çıxardanlara lənət eləsin. O cür məktəblər hamısı bicxana yığıncağıdır.
Pruşkeviç. Mən istərdim ki, müsəlman məktəblərinin hamısı ruhani məktəbləri olsun.
Hacı. Əlbəttə, əlbəttə... Biz də onu istəyirik.
Pruşkeviç. Amma bu şərtlə ki, o məktəblərdə şəriətdən başqa özgə elmlər oxunmasın.
Hacı. Allah atana rəhmət eləsin. Bəs biz dediyimiz nədir?
Pruşkeviç. Bəs belə!
Hacı. Doğrudan deyirsən, yoxsa zarafat eləyirsən?
Pruşkeviç. Xeyr, doğrudan deyirəm.
Hacı (şad və xürrəm). Əlini mənə (ürəyində) zərər yoxdur, sonra əlimi suya çəkərəm. (Aşkara) Hər kəs sənə pis deyir, onun özü pisdir. Bu canım üçün hərçəndi sən urussan, amma bir çox müsəlmanlardan daha müsəlmansan! Təki müsəlmanların sənin kimi bədxahları çox ola.
Pruşkeviç. Arxayın ol. Mənim kimilər çox-çoxdur. Amma təki müsəlmanların çoxu sənin kimi ola.
Haçı. Arxayın ol, mənim kimilər çox-çoxdur!
Pruşkeviç. Bəs yerdə qalanlar?
Hacı. Yerdə qalanların hamısı babılardır.
Pruşkeviç. Bizim də yerdə qalanların hamısı cuhuddur.
Bundan sonra ikisi də yuxudan ayıldılar. İndi bir adam lazımdır ki, bunların ikisinin də yuxusunu yoza...
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-pruskevic-ve-haci-xudu
Use ← → keys to move, R for a random poem
More by this author
Qarabağ zəriflərindən birisi mənimlə söhbət edərkən həmişə belə deyərdi: hər kəs ki meydana çıxıb deyir ki, mən millətpərəstəm və döşünə döyür ki, milləti irəli aparıram, bil ki, bu sözü ya yalandan deyir, ya da ki doğrudan. Əgər bunun yalan və doğruluğunu bilmək istəsən, get lap əvvəl onun öz ev-eşiyinə bax. Əgər gördün ki, bunun öz ev-eşiyində bir səliqə, bir qayda, bir intizam var, onda bil ki, kişi doğrudan da milləti irəli apara bilər. Yox əgər gördün ki, bu heç öz evini dolandıra bilmir, onda ağzına vur, deyinən ki, qələt eləyirsən, səndən millət irəli aparan ola bilməz.Mənim ağlım kəsir ki, zərifin bu sözü bir yana baxsan haqdır.
Ordan-burdan 114Sədini tənqidAdam oturub, Sədinin Gülüstanını, ya Bustanını, ya bütün külliyyatını oxuduqca özü-öz başına fikir eləyir və görür ki, hərçənd, bu kişini bir belə tərifləyirlər. Amma, sözün doğrusu, mən and içirəm ki, Sədinin bu dünyadan bir belə də xəbəri yox imiş. Yalan ki, demirəm, özünüz elə bir baxın, görün, məsələn, bu kişi nə yazır? Bustanın bir yerində deyir ki:
İanə təqsimiDumanın Qafqazdan olan deputatlarının çalışması sayəsində Ümumqafqaz zərərdidələrinə xəzinə tərəfindən bir milyon 200 min manat pul buraxılmasını təmami-məmnuniyyətlə eşitdik və burasını da böyük bir şadlıq ilə bildik ki, bu pul xəzinədən borc tərzində verilməyib, Qafqaz zərərdidələrinə bilkülliyə bağışlanacaqdır.İmdi şayani-diqqət burasıdır ki, görək bu pulu Qafqaz ermənimüsəlman zərərdidələri arasında necə təqsim etmək lazım gəlir?
Ordan-burdan 115Kazan qəzetələri bu məzmunda şey yazırlar:“Bəzi mollalar və axundlar istəyirlər ki, baş vəzir Stolıpinə teleqram göndərib desinlər ki, mən ölüm bizdən incimə, çünki sənin canın üçün, bizim nə müsəlman ittifaqı ilə və nə də müsəlman fraksiyası ilə heç bir işimiz yoxdur. Ancaq Allah şeytana lənət eləsin ki, bizi sənin yanında üzü qara etmək istəyirmişlər”.
Poems by other poets · Satire
Gündə bir cildə girən simasız adamlaraHeyrət etmədiyinçin heyrət edirəm sənə.
Var özgə vilayətdə də tək-tək köpək oğluHüseyn bəyə həcv*Var özgə vilayətdə də tək-tək köpək oğlu,
Qızlardan kişilərə protestoAy Baba, bu evdə oturmaq nədir?Bizlərə zindan çətindir, çətin!
NağılBir gün var idi, bir gün yox idi,Allahdan başqa heç kəs yox idi.