Ordan-burdan 115
Kazan qəzetələri bu məzmunda şey yazırlar:
“Bəzi mollalar və axundlar istəyirlər ki, baş vəzir Stolıpinə teleqram göndərib desinlər ki, mən ölüm bizdən incimə, çünki sənin canın üçün, bizim nə müsəlman ittifaqı ilə və nə də müsəlman fraksiyası ilə heç bir işimiz yoxdur. Ancaq Allah şeytana lənət eləsin ki, bizi sənin yanında üzü qara etmək istəyirmişlər”.
Burada istəyirəm ki, bir-iki söz deyəm, amma yox, qoy, əvvəl bunu yazım:
“Bürhani-tərəqqi” qəzetəsində bir belə şey oxudum:
“Həştərxanın yanında olan Fonton kəndində bir nəfər molla camaatı başına yığıb, həmişə deyirdi ki, ay camaat, məndən sizə əmanət, həmişə bacarın, sədəqə verin, sədəqə verin, bir də sədəqə verin. Bir dəfə camaat yığılıb, sədəqə üçün hər evdən bir manat yığdılar və həman mollanın yanına da gedib, dedilər ki, di buyur, özün de bir manat sədəqə pulu çıxart. Ravi belə rəvayət eləyir ki, mollanın bu sözlərə bərk acığı tutub dedi ki, rəhmətlik uşağı, siz nə axmaq tayfasınız, mən özüm elə hazır burda sədəqə yığıram, siz gəlib, məndən də sədəqə pulu istəyirsiniz, utanmırsınız? Heç ayıb deyil? Bu saat yığdığınız pulu bura verin, yoxsa bilirsiniz sizin başınıza nə oyun açaram?!
Ravi deyir camaat məəttəl qaldı”.
Burada istəyirəm ki, bir-iki söz deyəm, amma yox, qoy əvvəl bir bunu da yazım.
“Ülfət” qəzetəsinin 70-ci nömrəsində bir belə şey oxudum.
“Bir dəfə atamız azarladı. Gedib molla Abdullanı çağırdıq gəlmədi. Bir də çağırdıq gəlmədi. Bir də çağırdıq gəlmədi. Axırda atamız onu gözləməyib, durdu çıxdı getdi axirətə. Gedib Molla Abdullanı bir də çağırdıq, bu dəfə gəldi və gələn kimi dedi atanız mənə nə vəsiyyət elədi? Dedik, bir at və bir inək.
Başınıza dönüm, bu molla bir fısqırıq çıxartdı ki, gəl tamaşa elə. Əşi, dedi mən uşağam ki, mənə bir at, bircə də inək bağışlayırsınız? Bu saat mənə iki at, iki inək və bir az da pul verməsəniz atanızı dəfn eləməyəcəyəm. Şəriətcə üç gün meyiti saxlamağa mollanın ixtiyarı var. İndi öz keyfinizə baxın! Başladıq yalvarmağa ki, ay molla, axı belə eləmə, kişinin meyidi yerdə qalıb, əvvəl bir onu dəfn elə, sonra istərsən gəl, bizi lap soy! Dedi: Siz öləsiniz olmaz. Dediyim şeyləri yanıma yığmasanız, atanızın meyidi ortalıqda qalacaqdır. Özünüz bilin...
Axırdan-axıra qonum-qonşu gəlib yalvarır, mollanı bir təhər könülə gətirdib və maldan, puldan arxayın eləyib, rəhmətlik kişini dəfn elədik.
Burada istəyirəm ki, bir neçə söz deyəm...”.
(Rəhmətliyin oğlu, nə var ki, nə deyəsən?).
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-ordan-burdan-115
Use ← → keys to move, R for a random poem
More by this author
Deyirlər ki, “Ərdəbil bir şəhərdir – hər kəs də öz vəkili”.Mən Ərdəbildə olmamışam və bunun da nə dərəcədə doğru olubolmadığını bilmirəm. Ancaq iqrar edirəm ki, bu söz doğru isə, Ərdəbil bəxtiyar şəhərlərin biridir. Doğrudan da elə olsun gərək. Bu gün sənin kefin çay içmək və qəlyan çəkmək istəyir, heç kəsin buna sözü olmaz. Bu gün sən gəzməyə çıxmısan – heç kəs deməz ki, nə gəzmək zamanıdır. Bu gün sən günortadan sonra yatmaq istəyirsən – heç kəs sənə bir söz deməz (İranda bundan artıq bir hərəkət yoxdur, zənn edirəm). Amma bizim Bakıda belə deyil. Hər bir işində, hər bir hərəkətində, hər bir durub-oturuşunda, hər bir addımında ehtiyatlı olmalısan və illa, cüzi bir o yan-bu yan görürsən ki, qiyamət qopdu. Nə üçün ayağuvi geri qoydun, nə üçün bu sözü dedin, nə üçün filan elədin və s.
Ordan-burdan 67“Rus təəssübkeş firqələri” öz nəşriyyatları vasitəsilə Qafqazdan şikayət edərək deyirlər: Qafqaz quldurlar ocağı olubdur. Yol ilə ötüb keçmək olmaz, bunun da səbəbi odur ki, Qafqaz əhaliləri vəhşi olduqlarından ədalət və insaniyyətpərvərlik təriqi ilə icra olunan hökmləri anlamadılar. Və hökumətin şən və heysiyyəti onların nəzərində itdi. Buna görə hökumət şədid tədbirlər ittixaz edib, Qafqazı qazaqlarla doldurmalıdır.Afərin təəssübkeşlər! Yaxşı tanıyırsınız Qafqazı... Görünür ki, sizin, hər uçastoku müstəqil və müstəbid bir İran xanlığına döndərən pristavlardan, uryadniklərdən və ədalət və insaniyyətpərvərliyi bazar şirəxanalarında şərab küpünə qərq etmiş məhkəmə məmurlarından və quldur sədası gələndə qarnı ağrayıb, quldur quldurluğunu tamam edənədək postlarda üzü üstə yatıb qalan qazaqlardan xəbərdarlığınız yoxdur!..
Ordan-burdan 68Şəhərimizdə rus dilində yeni qəzetə çıxıbdır. Adı “Əmək” (Trud)- dir. Qəzetin baş mühərriri “Kaspi” oxucularının qədim dostu Bandarenkə (özü də “Don-Diyeqo”) cənablarıdır. Allah cənab “Don- Diyeqo”nun əməyini zay etməsin. “Əmək” qəzetəsi bu halda öz rəfiqi “Kaspi” ilə şiddətli mübahisədə, daha doğrusu, mücadilədə bulunur “Əmək”in sözləri acıdır, lakin çox doğrudur. Doğru olduğuna görə də lap acıdır. Amma bitərəf adam üçün, ələlxüsus bu seçki zamanında çox bəsirətamizdir. Hər bir halda “Əmək” qəzetəsi mərdanə olduğundan hər adamın xoşuna gəlir. Amma bircə iş var.“Əmək” qəzetəsinə “Dilxun” adlı bir müxbir dadanıbdır. Yaxşı olardı ki, cənab “Don-Diyeqo” bu müxbirin yazdıqlarına dürüst diqqət yetirə idi. Bu müxbir keçmişlərdə “Novoye obozreniye” qəzetində öz şəklini çəkmişdi. Yaxşı adama oxşamırdı. Bir kəlmə doğru söz dedikdən sonra, guya peşiman olub, daldan on kəlmə yalan buraxırdı. Bu onun adəti idi. İndi də demək olmaz ki, “Dilxun” cənabları adətini tərk etmiş ola və tərk edə də bilməz, çünki Dilxunun, yəni ürəyi qan olmuş adamın dilinə doğru söz gərək gəlməsin. Buna görə Dilxun kimiləri ilə “Əmək” sahibi ehtiyatlı olmalıdır. Və illa əməyi zay olar.
Dövlət Dumasının qurulmasıMillətimizin bir çox hissəsindən ötrü Dövlət dumasının əhəmiyyəti, yəni vacib və lazım olduğu bir o qədər aydın olmadığını və seçki işinin, yəni Dövlət dumasına üzv seçmək əmrinin, hələ Qafqazda qurtarmadığını nəzərə alıb haman dumanın nə dərəcədə əhəmiyyətli olduğunu bir neçə sözlə bəyan etməyi lazım bildik.Bu duma söhbətindən qabaq Rusiya padşahlığında, belə bir böyük məmləkətdə məmləkətin varlığına və padşahın davamına səbəb olan millətin və camaatın mürəffəül-hal dolanmağına elə bir etina olmayıb millətdən tələb edilirdi ki, hökumət tərəfindən qərar edilmiş qanuna (zakon) lazımdır dürüst əməl edilsin. Daha bunu nəzərə almayırdılar ki, görək bu qanunlar millətdən ötrü nəflidir və ya zərərdir. Söz yoxdur ki, hərgah bu qanunlar millətdən ötrü nəfli olsa idi millət mürəffəülhal dolanardı və heç bir kimsə durub hökumətdən şikayət etməz idi. Lakin bu bir-iki ilin ərzində vaqe olan iğtişaş, bir o qədər tökülən qanlar, tələf olan canlar bildirdi ki, millət indiyədək pis dolanırmış və indi də yenə elə pis dolanmağa daha millətin tab və tavanası yoxdur, ona görə millət şikayət edir və öz şikayətini də bu iğtişaşilə hökumətə elan edir. Bəs nə üçün millət şikayətini dili ilə hökumətə demirdi və yaxud, yazıb bildirməyirdi və bunu qoyub iğtişaş salırdı?
Poems by other poets · Satire
Xaru xəstək, sədəf içrə gövhər olmaqdan isə,Nökər ol aləmə kim, taci-sər olmaqdan isə.
OlmağaAy Baba, mən bu sözü yardım əyan olmağa,Bakılılar and içib şiri-jəyan olmağa.
«Molla Nəsrəddin» təyyarəsiİki ildir ki, vəfat etmiş ərim Kəblə Cəfər,İşləyib öz başımı saxlamışam bircə təhər,
Ey könülTa keçəl-küçəllər oldu imdi yarın, ey könül!Qarə oldu yar əlində ruzigarın, ey könül!