Ordan-burdan 116
Stolıpin xəyalı
“Allahın altında bu dumanı qovaydım, ondan sonra daha heç duma qurmayaydım. Görəydim camaat nə qayıracaq.
Əgər bilməsələr, onda keyf mənim olar. Duma da Osmanlı “Məclisiməbusan”ına dönüb qalar ay batandan sonraya. Yox camaat yenə oyanbuyan eləsə, yenə taza duma quraram. Ancaq bu səfər elə kələklər gələrəm ki, dumanın üzvləri hamısı olar keşiş, molla, ravin, mahrasa və bu cürə adamlar.
Sonra günlərin bir günü onlara deyərəm ki, bax, lotular, bilirsiz nə var? Siz hamınız ruhanilərdənsiniz, ruhanilərin də borcudur ki, həmişə sağ olub, hökumətə “əl mənim, ətək sənin” desinlər. Ona görə, hər kəs sizdən sol olsa, vurub çıxardacağam bayıra. Əlbəttə, ruhani üzvləri heç biri özünü kələyə salıb, sol olmayacaqdır. Bir də baxıb görəcəyəm ki, dumanın hamısı olub sağ. Elə olan surətdə, daha nə var?
Mən deyəcəyəm belə olsun. Duma da deyəcək belə olsun. Daha durub indiki kimi fısqırıq qoparmayacaqlar ki, dediyim sözlərə də pəşiman olum”.
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-ordan-burdan-116
Use ← → keys to move, R for a random poem
More by this author
Vaqe olur İ b n-S ə l a m ı n evində. Evin bir tərəfi küçədir; M ə c n u n Z e y d ilə küçədə durublar. Otaqda toy məclisidir.Musiqidən sonra pərdə qalxır.
Milli marşVurulur meydanda sinci-dəf,Vurulur meydanda sinci-dəf,
Ordan-burdan 28Biz nə tövr iş görürük?Biz iş görmək istədikdə bir şeyi yadımızdan çıxardırıq.
DilZənni-acizənəmcə, dilimizin islahı barəsində yazmadan qabaq, dilimizin əbqasi xüsusunda danışıb demək daha əfzəldir.Çox vaxt rus qəzetələrində bu nov xəbər oxunur: filan müsəlman qəryəsində hökumət bir məktəb açdı, lakin əcnəbi dilinə qarşı xüsumət ibraz edən əhali bu məktəbə həvəslə uşaq qoymurlar. Yaxud filan məktəbin müəllimi rus olduğuna görə əhali məktəbə uşaq vermək istəmir. Bundan başqa, özümüz də bir çox ataların ağzından bu sözü eşitmişik ki, filan məktəbdə müsəlmanca oxunmadığına görə biz də oraya uşaq qoymaq istəmirik.
Poems by other poets · Satire
Ey Mehdiyi-zaman, şairi-dövran,Adam olan gərək danışa məqul;
Bədbəxt adamaDərdə bax, yalnız özündən razısan, bədbəxt adam,Zənn edirsən, millətin avazısan, bədbəxt adam.
Bizim arvadEvdən çölə çıxmazdı əzəldən bizim arvad,Şura gələli çıxmış əməldən, bizim arvad.
Unudulmaz yaraOl səfa əhli, könül, dünyada, get, qaldır qədəh!Millətin əhvalını sal yada, get, qaldır qədəh!