Bizə dair

Müsəlmanların mehmannəvaz adamları da çoxdur.

Yəni müsəlmanlar içində, çox qonaqsevən və qəribi dost tutan adamlar var. Əgər bir kişi gəlib bunların birisinin evində qonaq ola, səhər yerdən duranda görər ki, cibi sağ və səlamətdir və bir qəpiyi də oğurlanmayıbdır. Və yainki bir qərib gəlib birisinin qonşusu ola – heç vaxt onun evini daşa basmazlar və heç vaxt onun evini yarmazlar.

Müsəlmanlar içində xain, taməkar adam yoxdur. Yəni müsəlmanlar bir-birinə o qədər mehribandırlar ki, heç vaxt bir-birinin xainliyini çəkməzlər və istərlər ki, özlərinə nəf olan kimi özgələrə də olsun. Məsələn, əgər bir müsəlman dükançısı görə ki, bir ayrısı da gəlib onun yanında dükan açıbdır – heç vaxt ona kağız yazdırıb deməz ki, əgər burdan təşrif aparmasan dükanını dağıtdıracağam və özünü də öldürəcəyəm.

Qərəz, camaatımız içində “gözəl” sifətli adam çoxdur. Ancaq mən burada hamısını demək istəmirəm. Çünki öz-özümüzü tərifləmək bir az yaxşı deyil.

İrana dair

Bizə belə xəbər gəlibdir ki, bu saat İranın cəmi adamları üç böyük partiya olubdurlar.

Bu partiyalardan biri deyir ki, gərək İran “məşruə” olsun.

O biri partiya deyir ki, xeyr, İran “məşrutə” olsun.

Üçüncü partiya deyir ki, yox, gərək İran “məşrubə” olsun.

Hökumət də qalıb əli qoynunda. Bilmir ki, bunların hansına qulaq versin. Ancaq Avropa padşahlıqları ona məsləhət görürlər ki, görsün bu üçüncü partiya ilə əlbir ola bilərmi?

Firəngistana dair

Bu saat Firəngistanın aşağı tərəfində bir “vur çatlasın”dır ki, gəl tamaşa elə. Buna da səbəb odur ki, Firəngistanın haman yerlərində xalqın dolanacağı çaxır qayırıb satmaqladır. Amma di gəl ki, bu il orada çaxır boldur, amma alan yoxdur. Ona görə xalq da güzərandan düşüb hökuməti qısnayıblar ki, ya bu saat bizə çörək ver, ya da çaxırımızı sat.

İndi Firəngistan hökumətinin cəmi ümidi ondadır ki, bəlkə İran “məşrutədən” dönüb “məşrubə” ola və Firəngistanda satılmayan çaxır boçkalarını oradan yumalıyalar düz İrana.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ordan-burdan 20

Ha fikir edirsən, ha özünə təsəlli verirsən, ha deyirsən ki, Allah kərimdir, işimiz bu gün-sabah düzələr, ha papağını fırlayırsan ki, il gəlib keçsin, bir də baxıb görürsən ki, “millət irəli gedibdir”, ha eşidirsən ki, filan yerdə filankəs filan dana məktəb açdı, qiraətxana düzəltdi, pul bağışladı. Ha danışırlar ki, beş il keçməz müsəlmanlar yapon kimi tərəqqi edərlər. Ha deyirlər ki, indidən belə məscidlərdə başmaq, papaq, saqqal məsələləri müzakirə olunmayacaqdır. Ha inandırırlar ki, indidən belə orucluqda qəzetə oxumaq həlal olacaqdır. Ha söyləyirlər ki, daha ümumi mənafe üçün qurulan işlərin içinə qərəzi şəxsi soxulmayacaqdır. Ha deyirlər ki, daha bundan sonra müsəlmanlar arasında ittəhad və ittifaq olacaqdır, ha inandırırlar ki, müsəlmanlar millət, din və məzhəbi özlərinə bəhanə edib, partiyabazlıq salmayacaqlar. Ha deyirlər, ha söyləyirlər, ha inandırırlar, – yenə axırda baxıb görürsən ki:Əlif, zəbər ə, bey zən əb, cim, zəbər, cə, dal zən cəd – əbcəd!

1 min
Ordan-burdan 21

BayramBu gün eydi fikirdir. Bu gün o gündür ki, camaatın ağzı açılıb, amma məscidlərin ağzı qapanır.

2 min
Ordan-burdan 22

Tazə xəbərEşitdiyimizə görə şəhər idarəsi belə qərar qoyubdur ki, daha indidən belə müəllimlərlə alış-veriş eləsin. Məsələn, elə müəllim var ki, iyirmi dərsi əlli manata deyir, elə müəllim də var ki, haman iyirmi dərsi 40 manata deyir. İş belə olan surətdə daha şəhər idarəsinə nə düşübdür ki, 40 manat yerinə 50 manat versin? 10 manat təfavüt eləyir, zarafat deyil! O ki qaldı dərs yaxşımı olacaq, pismi – onun şəhər idarəsinə dəxli yoxdur.

2 min
Ordan-burdan 23

Bir qədər qəzetəçilik dərsiM ü ə l l i m – Qəzetəyə hər cür şey yazmaq olarmı?

5 min

Poems by other poets · Satire