Ordan-burdan 21
Bayram
Bu gün eydi fikirdir. Bu gün o gündür ki, camaatın ağzı açılıb, amma məscidlərin ağzı qapanır.
Məscidlərin ağzı qapanmağı bir tərəfdən şayani təəssüfdür. Amma çünki məscidlərin ağzı qapandıqda bəzi adamların da ağzı qapanır, ona görə digər tərəfdən şayani məsərrətdir.
İndi mənə deyəcəklər ki, əşi sizdən ötrü məscidin ağzı qapalı olsun, ya açıq olsun. Hamısı birdir, siz ki, məscidə gəlmirsiniz.
Onda mən də deyərəm: Doğrudur, məscidə gəlmirik, amma gəlməməyimizə səbəb var.
Mənə nə düşübdür ki, məscidə gedim və qulağım da belə-belə sözlər eşitsin:
– Hər kəs rəmazanda qəzet oxusa vələdüznadır.
Əgər birisi gedib bir özgəsinin evində söyüş söysə, şübhə yoxdur ki, ev sahibinin acığı tutub deyəcəkdir ki, mənim evim söyüşxana deyil.
Halbuki, Allahın evində müqəddəs minbərdən, rəmazan günündə bu cür nalayıq sözlər eşidirsən...
Yox, sözün doğrusu, iş belə olan halda məscidin ağzı qapalı yaxşıdır!
Bəli, orucluq çıxdı. Aya, camaatımız Allah-taalanın bu böyük nemətindən bəhrəmənd oldularmı?
Bəli, oldular. Əqəllən məscidlərdə bir iyirmi dəfə ictimai-müslümin vaqe olub, hərçənd müsəlmanların indiki ovzai-pərişanından danışılmadı, bu gün hər müsəlmanın borcu nə olduğu məlum edilmədi, qara camaatın ağlının, daireyi məlumatını artıran söhbətlər edilmədi. Qan tökənlərə rozə təsir edəcək sözlər söylənmədi, amma hər halda – bərəkət olsun – bir çox faydalı və lazımi sözlər danışıldı ki, onun millətimizə artıq nəfi vardır.
Məsələn, camaat bildi ki, nə üçün arvadlar heyz görürlər, belə məlum olub ki, bunun səbəbi Həvvanın behiştdə buğda ağacına əl uzatmağı imiş, çünki o vaxt ağacdan qan gəlibmiş; bundan başqa yenə məlum oldu ki, imamlarımızdan biri bir kafir öldürübdür ki, gündə bir dəvə yeyərmiş. Amma hamısından nəfili dəvə məsələsidir. İndiyə qədər heç bir alim bilmirdi ki, nə üçün dəvənin alati-tənasüli daladır, görünür ki, bunun baisi Cəbrayıl əleyhüssəlam imiş. Çünki bir dəfə İbrahim peyğəmbər bir bütpərəsti dəvənin üstündə dəvə ilə bir yerdən götürüb çiyninə alıbdır, bu əsnada dəvəyə bovl etmək lazım gəlibdir. Cəbrayıl əleyhüssəlam bunu görüb, İbrahim peyğəmbərin üstü bulanmasın deyə, qanadı ilə geri vurubdur. Bunlardan başqa, camaat bunu bilibdir ki, qəzetə oxuyanların hamısı vələdüznadır.
Bunlar hamısı keçəndən sonra millətimiz minlərcə belə bayramlara nail olsun, amma onunla bərabər Allah bizə rəhm eləsin. Çünki biz daha çürüyürük...
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-ordan-burdan-21
Use ← → keys to move, R for a random poem
More by this author
Meşə içində boş yerdə vaqe olur. İki çadır qurulubdur. Hər çadır ağzında bir nəfər əsgər durubdur. Bəkir tək ora-bura gəzinir. Pərdə qalxır.*Bəkir** (söz ilə). Harun, bəli, düşməni məğlub etdi! Zeyd məyus qaldı... Nə edim? Zeydin təklifini qəbul edim, etməyim? Təklifi ağırdır. Lakin əvəzində verdiyi simuzərin çəkisi də ağırdır! (Fikrə gedir.) Olsun! Mənə simuzər lazımdır! (Bu halda pərdə dalından qoşunun səsi gəlir.) Aha, gəlirlər!
Dördüncü pərdəYenə Əmirin sarayında vaqe olur. Əmir, yanında vəzir və əyanlar taxt üstündə əyləşibdir. Qabağında qızlar rəqs edirlər. Bədə rəqs tamam olur.*Əmir** (qızlara)
Beşinci pərdəƏmirin hamankı sarayında vaqe olur. Səhnədə vəzir ilə Bəkirdir. Pərdə qalxır.*Vəzir**. Qırx gün keçdi... Bu gün vədə tamamdır. Zeyd gələcəkdir, amma biz bir əlac tapa bilmədik... Hiyləgər Zeyd Əmirin sözündən asıldı, özünyə yol tapdı. Harun isə... ax, Harun, Harun! Kim bilir, davadamı ödürdülər, ya Zeydin namərd əli ilə qətl oldun. (Fikrə gedib, sonra Bəkirə tərəf yönəlir.) Bəkir! Doğrusunu söylə, yoxsa həm bu dünyada və həm o dünyada şədid cəzalara düçar olarsan! Harunu davada öldürdülər, yoxsa?..
İkinci məclis(Yenə vaqe olur həmən otaqda. Söhrab bidamağ anasının qabağında durub, şüştər oxuyur.)*Söhrab**
Poems by other poets · Satire
Vermə ölmək xəbərin xalqa yalandan, özün öl!Ölməyib sağdır o sən sevməyən insan, özün öl!
Ürəfa marşıİnteligentik, gəzərik naz ilə,Ömr edərik nəş’eyi-dəmsaz ilə,
Naxçıvandan bir nəfər dostumaÖzgələr dərs oxuyur, alimi-ferzane olur,Özünə, millətinə qövli-həkimanə olur,
Bu əhldən mehribanlıq görmədimİsmayıl bəy Qutqaşınlıya*Bu əhldən mehribanlıq görəmdim,