Biz nə tövr iş görürük?

Biz iş görmək istədikdə bir şeyi yadımızdan çıxardırıq.

O şey nədir?

O şey nərdivandır! – Necə yəni nərdivan? Nərdivan nədir?

Nərdivan bir alətdir ki, onun vasitəsilə adam tədriclə yuxarı çıxa bilər. Hər kəs nərdivansız yuxarı çıxmaq istəsə, elə yıxılar ki, təpəsi dağılar.

Bu, belə. Bundan başqa, bir də biz həmişə başımızdan yekə iş görürük.

Amma bunun səbəbi var. Səbəbi də budur.

Qonşularımız siçan boyda iş gördükdə biz yatmışdıq. Sonra onların işi böyüyüb, keçi boyda olanda da biz yatmışdıq. Sonra onlar eşşək boyda işlər görməyə üz qoydular, biz yenə yatmışdıq. Qonşularımızın eşşək boyda olan işi, irəliləyib camış yekəlikdə oldu. Amma biz yatmışdıq. Və camış dönüb dəvə olanda da biz yatmışdıq. Biz ancaq o vaxt oyandıq, nə vaxt ki, qonşularımız fil boyda iş görməyə başladılar.

Qərəz, gözümüzü ovçalayıb dedik ki, nə var? Biz də o boyda işlər görə bilərik və başladıq fil boyda işlər görməyə.

Axırı nə oldu?

Axırı belə oldu:

Filin bir ayağını qayırmamış yoruluruq və durub qaçırıq. Sonra utanırıq, deyirik, gəlin tazadan başlayaq, ancaq burasını iqrar eləyim ki, filə gücümüz çatmır. Deyirik ki, ondan balacasını qayıraq. Fildən balaca nədir? Əlbəttə, dəvə. Qərar qoyuruq ki, dəvə boyda qayıraq, başlayırıq. Amma yenə dəvənin ayağı tamam olmamış yorulub qaçırıq. Sonra yenə yığılırıq deyirik ki, dəvə iridir, ondan balacasını başlayaq, ondan balaca nədir?

– Camışdır. Başlayırıq camış boyda iş görməyə, lakin camışa da gücümüz çatmır. Aşağa enirik (halbuki, qonşular fildən yuxarı çıxırlar) deyirik ki, eşşək boyda iş görmək, amma eşşək də bizə güc eləyir. Tuturuq keçini, görürük yox! Keçiyə də tab gətirə bilmirik. Onda məsləhəti qoyuruq, siçan üstünə.

Amma onda da görürsən ki, içimizdən bir pişik çıxdı və siçanı yedi...

Biz belə iş görürük.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dördüncü məclis

(Vaqe olur dava meydanında. Söhrab Hüceyri çəkib gətirir.)*Söhrab**

3 min
Pristav ağa

M... kəndində bir qəribə halətdir. Əhali bir-bir komalarından dışarı çıxıb, guya xof və vahimədən nəşət edən bir iztirab ilə o tərəfə bu tərəfə baxaraq, kəndin gen bir küçəsinə doğru gedirlər və burada toplaşıb dururlar. “Allah özü sovuşdursun” – deyirlər. Hər kəsin üzündə bir nişanəyi-xof, hərəkətində bir cürətsizlik, danışığında bir ehtiyat müşahidə olunur. Bunlar insanı bilaixtiyar titrəməyə məcbur edəcək mərtəbədə müdhiş bir hadisə vüquinə və yaxud mütəqəddim bir şəxsin vürudinə müntəzir idilər. Vaqiən belə idi: M... kəndinin əhalisi (Allah göstərməsin) pristav ağanın təşrifini gözləyirdilər. Dünən İran sərbazına müşabəhəti olan bir strajnik “bəy” kəndə gəlib, qabağına çıxan ağsaqqalları xubunca döyüb-söyəndən sonra, “sabah pristav ağa gələcək” dedi və gecə, döydüyü ağsaqqalların birinin evində qalıb, səhər atına minib, geri qayıtdı.Şayani-diqqət burasıdır ki, strajnik bəyin kəndə gələndə cibində beş-altı qəpik pulu var idi. Lakin gedəndə bu beş-altı qəpik bir gecənin içində beş-altı manata “istihalə” etmişdi. Bu “möcüzənin” sirri ev sahibi ilə cib sahibinə məlum idi.

4 min
Bir firəng ilə söhbətim

Günlərin bir günü, yəni bir neçə zaman bundan irəli nə tövr oldusa bir firəng ilə tanış oldum. Firəng məni, mən firəngi söhbətə tutduq, bir xeyli danışdıq, elədik; axırda firəng məndən soruşdu ki, bir de görüm bu Qafqazda nə qədər müsəlman vardır? Dedim, altı dəfə doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan doqquz və bir də altı müsəlman! Dedi, bu zəhməti çəkmə, altı milyon desə idin ağzın yorulmazdı. Dedim, mən müsəlmanam, doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan doqquzun mənə artıq təsiri olur, nəinki bir milyonun. Firəng bu sözə razı oldu və sonra yenə soruşdu ki, bu altı milyon müsəlmanın içində neçə qəzetə verilir. Dedim Allahdan gizli deyil, səndən nə gizli olacaqdır: bu altı milyon müsəlmanın içində bircə dənə qəzetə verilir; bunu dediyimi gördüm, firəng yerindən elə sıçradı ki, guya, kişini ilan dişlədi! Və üzündə elə bir heyrət və təəccüb əlaməti göstərdi ki, mənim özüm də quruyub mat qaldım və ürəyimdən keçirtdim ki, yazıq altı milyon müsəlman bir gör sənin içində bircə dənə qəzetə verilməsi yad firəngə nə pis təsir elədi və halonki, sənə qalsa istərsən ki, heç qəzet yerli-dibli olmasın! Amma sonra bildim ki, firəngi təəccübə gətirən altı milyon müsəlmanın içində bir qəzetə olması deyilmiş, çünki o məndən soruşdu ki, “Müsyo, indiyədək, nə təvarixdə, nə də heç bir abrazavannı yerdə görülməyibdir ki, bir dənə qəzetənin altı milyon müştərisi olsun!!! “Neujeli” sizin bir danə qəzetənizin altı milyon müştərisi var?! Firəng bu sualı mənə verdikdə, məndən bir qəhqəhə çıxdı ki, firəng elə bildi dəli olmuşam... dedi, nəyə gülürsünüz? Dedim: heç, onu deyirəm ki, qəzetəmizin altı milyon müştərisi yoxdur, bir qədər azdır.Dedi: Beş milyon?

2 min
Üçüncü dəllək

Bizim Qarabağda cürbəcür dəlləklər var. Bunların içində eləsi var ki, həmi sənin başını qırxar, həmi hansı dişini desən çəkər, həmi boynunun ardına zəli qoyar, həmi istəsən oğlunu sünnət eylər. Amma “adikalon-madekalon” bilməz və o cürə murdar şeyə heç əlini də vurmaz, bainhəmə üstündən bərk “ətir” iyi gələr ki, ona “quyruq yağı” deyirlər.Eləsi var ki məsələn, bu gün yaxşı urusu baş vurar, buğlarını da hatərəfə desən o tərəfə eşər və bir az-maz da urus dili bilər. Stolunun üstündə də həmişə cürbəcür içi su ilə dolu “adekolon” şüşələri olar, güzgüsü də adamı “xortdan”a oxşadır.

3 min

Poems by other poets · Satire