Bir tədbir lazımdır ya yox?
Page 1 of 2
Zaqafqaziyada işlər xarabdır. İrəvan və Gəncə quberniyalarından bir-birindən həyəcanlı, bir-birindən qorxulu xəbərlər gəlməkdədir. Quldurluq, qatillik, bu zavallı quberniyalarda adi hadisələr halını çoxdan bəridir ki, kəsb edibdir. Bir tərəfdə öldürürlər, bir tərəfdə soyurlar, bir tərəfdə heç bir təqsiri olmayanları əsir edib, min cürə əziyyət və əzaba giriftar edirlər! Qəzetələr böylə hadisələri öz sütunlarında xəbər verib, onu dəxi qeyd edirlər ki, filan yerə qoşun göndərilib, filan yerə top aparıldı. Lakin bu qoşun, bu top məzkur hadisələrin günü-gündən şiddətlənməsinəmi kömək edir, yaxud əksilməsinəmi? Biz desək bu hadisələrin əksilməsini görməyib hər gün yeni hadisələr vüquunu xəbər verirlər. Şübhəsizdir ki, əgər işlər bu tərz ilə davam etsə, yəni vaqe olan hadisələrə qarşı yalnız bir qoşun və top göndərməklə tədbirlər görülsə, bu ölüm-itim, quldurluq, basqınlığa bir intəha olmaz, bəlkə bunlar hamısı o qədər şiddətlənər ki, axırda ümumi bir qırğına mübəddəl olub, ölkəni ağzına alar. Ondan sonra... “əsaslı” tədbirlər görülməsinə mübaşirət edilər, tədbirləri işə buraxmağa, tətbiq etməyə başlarlar. Lakin üç gün keçməz ki, genə sahib tədbirlər boşalar, tədbirlərin əsəri, nüfuzu azalar, yenə ölüm, itim, hücum öz qaydasına girər, top və qoşun göndərilər, heç bir faydası olmaz, işin axırı qırğın və iğtişaşa müncər olar və habelə... Bunlar hamısı təkər kimi fırlanmağa başlar və bunların hər bir fırlanmasına ölkənin hər dəfə bir qismi qurban olub gedər...
Lakin bir fikir edəlim, məgər, doğrudan da bu qanlı hadisələrə qarşı əsaslı tədbirlər görmək lazım deyilmi? Məgər, doğrudan da qət edilibdir ki, hər nə olur olsun? Məgər, keçən erməni-müsəlman şurasından nəticələr çıxara bilmədiyi rəislərimizi, başbilənlərimizi daha həvəsdən saldı? Lakin bu erməni-müsəlman şurasından arzu edilən nəticələr çıxa bilmədiyinə səbəb nə oldu?
Əgər işə diqqət ilə baxılarsa məlum olar ki, bu şuranın səmərəsiz qalmağına və qanlı hadisələrin, hətta qırğınların davamına və şiddətlənməsinə yalnız bir o həqiqət səbəb oldu ki, məzkur şuranın qərarilə canişin, qubernator, naçalnik və pristavlar hüzurunda təşkil olunmuş sülh və səlah komisyonları öz vəzifələrini layiqincə yerinə yetirə bilmədilər.
Ən əvvəl bu həqiqəti yadımıza salalım ki, yuxarıda zikr olunan erməni-müsəlman şurası qurtarıb canişini-Qafqaz hüzurunda komisyon qurmağa başlandıqda, erməni camaatının ifratpərvər hissəsi öz vəkillərini məzəmmət edib, hətta onların vəkilliyə haqları olmadığından danışmağa şüru etdilər. Bu da ondan naşi idi ki, məzkur şurada müsəlmanlar tərəfindən biməhaba rast və mərd-mərdanə danışan vəkilləri bu erməni-müsəlman iğtişaşına böyük səbəb ermənilərin “Daşnaksütyun” adlanan ixtilalçı firqəsi olduğunu dəlil və sübutlar ilə hökumət hüzurunda bəyan etmişdilər.
Bəs o vaxt ki, ölkənin orasında-burasında müsəlmanlar ölüm-itim və hücuma giriftar olurdular, canişin hüzurundakı sülh və səlah komisyonu bu cinayətlərə qarşı bir tədbir görməyi artıq hesab edirdi, o vaxt ki, hökumət qulluqçuları öz provokatorları ilə və fitnə və fəsadları ilə aranı qızışdırırdılar və müsəlmanları erməni bədkarlarının ayağına verib erməniləri müsəlmanların üstünə qalxızırdılar. Yenə məzkur komisyon kəmal istirahət ilə oturub, belə bir şeytənətkaranə əməllərə etina etməyirdi və diqqət yetirməyirdi. Demək olmaz ki, bu cinayətlərin sədası və zülmdidələrin ah-naləsi komisyon üzvlərinin qulaqlarına yetişməyirdi; xeyr, onlar bunun hamısını yaxşı bilirdilər, lakin bilə-bilə özlərini bilməməzliyə vururdular.
Demək olar ki, əgər bu sülh və məsaliməti özünə vəzifə ittihaz etmiş canişin hüzurunda olan bu baş komisyon öz müqəddəs vəzifəsini layiqincə ifa edə bilsə idi, yəni qərəz və tərəfgirliyi kənara qoyub sadiq dil ilə işə baş qoşsa idi, əbəs bir bu qədər qan tökülməzdi.
İndi hər iki tərəfdən biruz edən cinayətlər şiddətlənməkdədir; sülh və səlah komisyonları isə bir tərəfdən qərəz və tərəfgirlər və digər tərəfdən ətalət və cəbunluq illətinə giriftar odluqlarından əlan bu qorxulu hadisələrin önünü almaqda gücsüzdürlər. Baş komisyonun bu axırki qərardadından necə ki, gözlənilirdi heç bir hüsn nəticə hasil olmadı... General Quluşçapovun Qarabağa təkrar təyin olunub getməsindən heç bir şey çıxmadı, generalın burnunun qabağında neçə-neçə cinayətlər baş verdi, general isə buna qarşı heç bir tədbir görmədi.
Məzkur komisyon tərəfindən general Quluşçapovun öhdəsinə həvalə olunmuş köç məsələsi əl-hal namücməl qalıbdır; köçün bir yarısı dağda və bir yarısı arandadır... Komisyon qərar qoymuşdu ki, Gəncə quberniyasının provokatorluq edən hakimləri qulluqdan kənar olunsun. Əlan o provokatorlar öz başçıları olan Xan kəndi pristavı Voskresenski, Zəngəzur pristavlarından Saxarov ilə bahəm hələ hökm sürməkdədirlər...
Ölkəsinin və millətin qeydinə qalıb dərd və qəmini çəkən və yalançı “millətpərəstlik” örtüyü (maskası) altında özünü gizləməyən və millətbaz olmayan şəxs bu işlərə və bu əməllərə diqqət yetirməlidir və gələcək vəxamət və təhlükələri nəzərdə tutub sual etməlidir ki, davam edib də şiddətlənməkdə olan bu hadisələrə qarşı tədbir, görmək lazımdır ya yox!
Tədbir vacibdir və əzəldən vacib idi. Lakin indiyə kimi görülən “tədbirlər” necə ki, görürük, heç bir hüsn-nəticə verə bilmədi. İndi isə ciddi tədbirlər görmək vacibdir. Hal-hazırda neçə-neçə firqələrin bu əhvala dair nəzərləri bizə məlumdur. Bu firqələr dəxi keçən tədbirlərin və əzoncümlə sülh və səlah komisyonlarının puç və bihudə olduqlarını görüb və gələcəyə dair təsəvvürlərini izhar etməklə bəra-bər öz tərəflərindən dəxi əqidələrincə həqiqi saydıqları tədbirlər təklif edirlər. Məsələn, erməni sosial-demokrat partiyası bizim ictimaiyyunamiyyun firqəsilə bərabər, isbat edirlər ki, hal-hazırdakı tərzi idarə (rejim)in vücudilə ölkənin sükut və istirahəti tamməsi, yəni, bilmərrə sakit və salim olması mümkün deyildir, bainhəmə, bu tərzdə bir tədbir təklif edirlər ki, bu iğtişaşın qəti, yalnız, bir Qafqazın zəhmətkeş hissəsinin əlilə mümkün ola bilər. Binaən əleyh həmin zəhmətkeşlərdən, yəni füqərayi-kasıbə deyilən fəhlə ilə kəndçi sinfindən cəmiyyətlər təşkil edib, iğtişaşı qət etmək işini onlara həvalə etməlidir. Lakin əvvəlcə təşviqat və təhrikat vasitəsilə bu füqərayi-kasibə firqəsini o məqamə yetirməlidir ki, onlar işin əslində xəbərdar olub öz xeyir və şərlərini qansınlar.
Bu nəzər və bu tədbiri hər halda təqdir və təhsin etməmək olmaz, bu yaxşıdır. Lakin iş buradadır ki, bu tədbirin işə qoyulması çox uzun çəkər, istər ermənilərin və istərsə müsəlmanların kəndçi qismini xeyir və şər tanımaq məqaminə gətirmək üçün neçə illər sərf etmək lazımdır. Halbuki bu böhranlı zamanda iti əsərli tədbirlər görmək lazımdır.
Biz müsəlmanlar dəxi rus məmurlarının provokatorluqlarını iqrar və etiraf edib də, erməni “Daşnaksütyun” firqəsinin də bu iğtişaşın davamına səbəb olduğunu anlayıb, ölkənin sakitlik və rahətliyi xatirəsi üçün tələb edirik ki, provokator olan məmurların bərkənar olması ilə bərabər, onların əlində kor alət olan “Daşnaksütyun” firqəsi dəxi dağılıb puç olsun, əlbəttə, bizim bu tələbimizə tez əncam verilsə, iğtişaş tez bir zamanda da sükunət və rahətliyə mübəddəl olar. Bu şübhəsizdir, lakin iş buradadır ki, bizim bu haqq tələblər tez bir zamanda əncampəriz ola bilməz, çünki doğrudur erməni camaatının özü bu hala öz “mühafiz”ləri olan “Daşnaksütyun”dan incikdir, amma, bainhəmə, illər ilə təşkil və təqviyə edilmiş bu firqə bu gün özünü öz camaatı arasında elə möhkəmləndiribdir ki, tez bir zamanda puç olması çox mahaldır. Onun terror vahiməsi hələ camaatın canından çıxmayıbdır...
Bəs nə etməli?
Məlumdur ki, iğtişaş və qan tökmək olmamaqdan ötrü lazımdır ki, provokasiya olmasın. Bu provokasiya həm hökumət tərəfindən ola bilər və həm də hər iki camaatın əvzəl və dəni şəxsləri tərəfindən; və saniyən, bir qanlı hadisə vaqe olandan sonra səy etmək lazımdır ki, bu hadisə təkrar davam etməsin və sair yerlərə yayılmasın. Bu da o zaman mümkündür ki, qanlı hadisəyə səbəb olan şəxslər bilatəxir adilanə, lakin şədidcəza və tobix yesinlər, yəni təkrar edirik, ölkəni, barı heç olmasa indiki halına nisbətən, sükunət və rahətlik üzrə saxlamaq üçün lazımdır ki, ümdə diqqət iki şeyə cəlb olunsun: Provokasiyanın olmamağına və müqəssirin bilatəxir layiqincə cəzalanmasına; zatən bu düşmənçilik bu iki millətin arasına kənar əlilə soxulmuş bir şeydir, əsası deyil. Binaənəleyh kənardan gəlmiş bu düşmənçiliyi yuxarıda zikr olunan tədbirlər ilə rəf etmək mümkündür. Lakin bu şərtlə ki, o tədbirlərin tətbiqinə heç bir qüsur və müsamihə olmasın.
İştə, ölkənin sülh və müsaliməti üçün ümdə iki tədbir görmək lazımdır: provokatorları qovub sürmək və caniləri layiqincə tənbeh etmək. Qətiyyən demək olar ki, bu erməni-müsəlman iğtişaşı başından indiyə kimi nə bir provokatora və nə də bir caniyə arzu olunan surətdə cəza və tənbeh olunmayıbdır; provokatorlar öz yerlərindədirlər və bu yerdən o biri yerə dəyişilibdirlər; əsil müqəssir və canilər isə cəza üçün hökumət əlinə verilməyibdirlər.
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-bir-tedbir-lazimdir-ya-yox
Use ← → keys to move, R for a random poem
More by this author
Hilal ilə Şiri-XurşidŞ i r i - X u r ş i d (Hilalə) – Bəs sən batmışdın, nə üçün birdən çıxdın?
Tazə lüğətdənMəşrutə – (osmanlıca) şərt sözündən çıxıb. Yəni şərt qoysunlar ki, hər kəs xəzinədən nə oğurlayıbsa, dinməz-söyləməz gətirsin qoysun yerinə.Məşrutə – (iranca) şərit sözündən çıxır. Yəni adamları tutub bir-bir şəritdən assınlar.
Vəzirlər proqramıOsmanlıdan gələn xəbərlər bir-birindən şayani məsərrətdir. İndiyə qədər bir xəbər gəlməmişdir ki, bizim nikbinanə hal və hissiyyatımızı xələldar və pərişan etsin. Lakin bainhəmə Osmanlıda olan həvadisat nə qədər şayani məsərrət olsa da, yenə də indiyə qədər qeyri-müəyyən bir halda olub, bizi qəti bir nəticəyə müntəzir qoymaqda idi. Dünənki teleqrafda oxuduğumuz vəzirlər proqramı isə, iştə bu nəticənin müqəddəməsi olub, Osmanlı dövlətinin qanuni əsaslı dövlətlər cərgəsinə girib də nə gunə süfət və simada olacağını bildirir.Vəzirlər proqramı, ümumi bir nəzərlə baxdıqda, hüsn təsir bəxş edəcək dərəcə gözəl tərtib olunmuşdur. Osmanlının yaralarını sağaldacaq daru və dərmanların haman hamısı burada peyda və təzkar olunmuşdur. Qərar və qəbul edilmiş bir qanuna məqayir olub da məmləkətə qanunsuzluq salan əmrlərin və düsturül-əməllərin hamısı məhv və ləğv ediləcəyini vəzirlər proqramı vəd edib də idareyi müstəbidəyə məxsus bürokratiyalıq havavü həvəsinə son qoyulacağını bildirir. Köhnə “qanun”ların həyat və məişətin şəraiti-hazirəsinə müvafiq olmadığı üçün məclisi-ümumi, yəni parlaman açılıncaya qədər dövlət üçün yeni qanunlar lüzumu aşkardır.
Ordan-burdan 8“İran xəzinəsində pul yoxdur” – qəzetələrdənƏmir Bahadır Cəng qapıları bir-birinə vurub çıxdı və başladı söyləməyə:
Poems by other poets · Satire
İki gözüm, millətçün zəhmət çəkib çalışma,Yanıb millət oduna pərvanə tək alışma.
Dün yatıb Mir Haşımı rö’yadə gördüm, söylədimDün yatıb Mir Haşımı rö’yadə gördüm, söylədim:Seyyidim, hicrində ərzi-şurişi-həşr eylərəm.
GapBirdən-birə dünyaya böyük ğülğülə düşdü,Bu ğülğülədən ali-Roman müşkülə düşdü.
Ehsan aşiqiİndi ölənin, Kirpi dayı, hörməti yoxdur,Ehsansız olan məclisin heç ləzzəti yoxdur.