“Koroğlu” operası
“Şahsənəm” operası meydana çıxdıqdan sonra Azərbaycan operasının inkişafında əmələ gələn dönümü bütün kompozitorlar qeyd etmiş və Azərbaycan milli operasının inkişafı üçün gələcəkdə də davam etdiriləcək bir yol kimi qəbul etmişdir. Qlierin təşəbbüsü həqiqi xalq nəğmələrini yüksək kompozitor texnikası ilə birləşdirməkdən ibarət olaraq, xeyli müvəffəqiyyətli olmuş və həvəsləndirici bir rol oynamışdır.
Belə bir vəzifəni yerinə yetirmək üçün kompozitor ilk növbədə çox və inadla çalışmalıdır. Burada söz yalnız nəzəri hazırlıqda deyildir, xalq yaradıcılığını, musiqi folklorunu dərindən öyrənməkdə, musiqi dilini mənimsəməkdə, xalq ilə onun anladığı dildə danışmaq istedadını kompozitora verən sadəlik və aydınlığı dərk etməkdədir. Bu iki şərtdən məhrum olan kompozitor böyük dövrümüzə layiq və yüksək qiymətli əsər yaratmaqda da aciz qalacaqdır.
“Koroğlu” üzərində çalışarkən, mən dolğun Azərbaycan operası yaratmaq məqsədini izləyirdim ki, bu opera bütün sadəliyi və aydınlığı ilə bərabər, yüksək bədii keyfiyyətə malik olsun.
“Koroğlu”nun musiqiyə salınması işində mən öz qarşımda formaca dərin milli opera yaratmaq məsələsini qoymuşdum. Məzmuna gəlincə, “Koroğlu” yüksək bədii keyfiyyətli olmaqla bərabər, sadə və aydın bir tərzlə ifadə edilmiş olmalı idi.
Opera əsərinə məxsus olan bütün ünsürlər – ariya, duet, ansambl, reçitativ – “Koroğlu” operasında vardır, lakin bunların hamısı Azərbaycan musiqi folkloru qurulan muğamlar əsasında qurulmuşdur. Mən xalqdan hazır nəğmələr almamışam, yalnız xalq yaradıcılığının əsaslarını öyrənmişəm.
Koroğlunu aşıqlar tərənnüm etmiş və edir və ona görə də operada üstün gələn stil aşıq stilidir. Ən artıq bu hal III və IV aktların antraktında və bu səhnədə özünü aşıq qələmə verən Koroğlu partiyasında hiss edilir. Muğamatdan isə başlıca olaraq, xanı və onun saray adamlarını xarakterizə etmək üçün istifadə etmişəm.
Operada leytmotiv sistemi dəxi keçirilmişdir. Bunlardan biri operanın əvvəlində başlanır və sonra tez-tez təkrar edilir; bu leytmotiv kəndli kütlələrinin məzlum halını göstərir və hər dəfə xanın zülm və sitəmindən söz açıldığı zaman eşidilir.
İkinci leytmotiv xalqın gizlin, lakin hər dəqiqə partlamağa hazır olan revolyusion həyəcanını göstərir. Bu leytmotiv hər dəfə xalqın narazılığını, Koroğlunun qisasını xana xatırladır.
Üçüncü leytmotiv Koroğlunu sevən və bu sevgi uğrunda canından belə keçməyə hər an hazır olan Nigarın gözəl obrazını verir.
Qalan musiqi materialı – reçitativ, səhnə və sairələr – operanın qəhrəmanlarını və onların hərəkətlərini təsvir edir. Operanın balet qismini XVII əsr musiqisi stilində vermişəm.
Operanın ümumi stili klassik stildir, bu stilə yabançı olan hər cür formalizm və naturalizm ünsürləri buraya qarışdırılmamışdır.
Bu kimi böyük bir işi yalnız xalqımın və hökumətimizin mənə və mənim bu işimə fövqəladə qayğılı olması nəticəsində müvəffəqiyyətlə başa çatdıra bildim. Mənə “Koroğlunu” yüksək, epoxamıza layiq, böyük qalibiyyətlərimizi tərənnüm edən bir əsər yaratmaq kimi şərəfli və məsul bir işə yapışmaq imkanını verən də yalnız mənə qarşı göstərilən bu qayğı olmuşdur.
Bu şərəfli vəzifəni nə qədər müvəffəqiyyətlə yerinə yetirə bilmiş olduğumu geniş kütlə – ictimaiyyət söyləməlidir.
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-koroglu-operasi
Use ← → keys to move, R for a random poem
More by this author
İndiyə qədər iki böyük dövlətin əlində heysiyyət və mənfəət qazanılması üçün mənbəyi-rəqabət olan İran, indi dəxi üçüncü bir rəqibin təməh oxuna nişanə olacaqdır.Bu rəqib Avropa arasında “Sultan Həmid dostu və aləmi-islam hamisi” adilə, amma durbin və əql sahibi olan islam övladı nəzərində “Osmanlı evyıxanı” və “aləmi-islam düşməni” ismilə məşhur olan Almaniya, yaxud Germaniya dövlətidir.
Köçürtmək məsələsi“İrşad”ın 62-ci nömrəsində Əhməd bəy cənabları yer məsələsi haqqında yazmış olduğu məqaləsində, bunu yetirir ki, əgər kadet və sağ partiyaların yer haqqında olan məramnamələri dumada qəbul olunub ümumi dövlət qanunu halını kəsb etsə, ola bilər ki, hökumət bu qanundan istifadə edib, Qafqaz yerlilərinin ərazisinı rus mühacirlərinə versin; doğrudan da burası şayani-əndişə bir nöktədir və orası dəxi şayani-məsərrət bir haldır ki, müsəlman fraksiyası işin bu cəhətinə nəzər yetirib bunu kadetlərə ixtar edibdirlər və kadetlər məramnaməsinə görə yerin ümumi dövlətin olması əvəzində, əhalinin öz zəxirəsi olmaq qaydasını lüzumunca göstəribdirlər.Doğrudan da, içəri rusiyalıların hökumət binagüzarlığı ilə Qafqaza köçürülüb, əhalinin yerlərini əllərindən almaları o qədər böyük bir ədalətsizlikdir ki, buna diqqət yetirib fəsxinə çalışmamaq olmaz. Bu işdə, yəni rusları daxili Rusiyadan köçürüb Qafqazda sakin etdirməkdə hökumətin fikri bir o qədər kolonizasiya təşkili deyil, nə qədər ki Qafqazın yerli əhalilərini sıxmaq və bununla ya rusluğa və yaxud tərkivətən qəsdinə məcbur etməkdir. Tərəfi hökumətdən ittixaz olunmuş bu politika ibtidasından indiyə qədər yüz minlərcə Qafqaz yerlilərinin tələf olmasına və ya tərki-vətən edib dərbədər düşməsinə bais olubdur.
Ordan-burdan 100Rus hökuməti əmr eləyib bərk-bərk tapşırıbdır ki, içəri Rusiyada sakin olan müsəlman molla və axundları yerlərində dinməz oturub heç bir partiya-martiyaya qoşulmasınlar. Bu cürə əmri rus hökuməti öz çinovniklərinə də veribdir, deməli rus hökumətinin nəzərində başı çalmalı bir molla ilə başında “şlafka”sı olan çinovnikin heç bir təfavütü olmadığına görə də rus hökumətinin borcudur ki, öz çinovniklərinə verdiyi ixtiyarlardan çinovnik hesab elədiyi mollaya da versin, amma di gəl işə bax ki, özgə cürədür də! Məsələn, bu gün içəri Rusiyadan birisi mənə kağız yazıb deyir ki:“...mollalarımızdan birini bazarda tutub dedim ki, bircə de görüm sən nəçisən? Dedi: “Əlhəmdülillah axundam!”. Dedim: “Xub, indi ki, sən axundsan – bəs hanı sənin vəzin? Bəs hanı sənin islama xidmətin? Bəs hanı sənin millətə ruhani köməyin? Bəs hanı sənin fəqir-füqərayə iyanətin? Bəs hanı sənin xalqa əsərin? Bəs hanı sənin ittihad və ittifaq barəsində odlu-odlu sözlərin? Bəs hanı sənin maarifə göstərdiyin yol? Bəs hanı sənin islam dilşikəstələrinə mənəvi təskinliyin? Bəs hanı sənin məsləkin? Bəs hanı sənin?..” Burada sözümü kəsib dedi: “Bir dur!”. Dedim: “Nədir?” Dedi: “Sözün doğrusu, mən axund deyiləm, çinovnikəm. Binəva, elə bildi ki, bu sözlərlə canını qurtardı”. Dedim: “Xub, indi ki, sən çinovniksən, bəs hanı sənin ixtiyaratın? Bəs hanı sənin haqqın? Bəs hanı sənin nişanın? Bəs hanı sənin çinin? Bəs hanı sənin xəzinə maaşın? Bəs hanı sənin pensiyan? Bəs hanı sənin imtiyazatın? Bəs niyə səni saldat aparırlar? Bəs hanı sənin...” Burada sözümü kəsib dedi: “Bir dur”. Dedim: “Nədir?” Çinovnik-axund istədi bir söz desin, amma sözün əvəzinə başladı udqunmağa; udqundu, udqundu, udqundu, udqundu axırı mən ötüb getdim. O, elə udquna-udquna qaldı”.
Ordan-burdan 102Dünən “Proqress” qəzetunin 46-cı nömrəsində oxudum ki, guya Gəncə quberniyasının məktəb direktoru Livitski uçitellərə kağız göndərib deyir ki, gərək uşaqlara mənim kitabımdan dərs deyəsiniz. Bu belə.İndi gələk cənab Livitskinin kitabına. Cənab Livitskinin kitabı... O kitabdan müsəlman uşaqlarına dərs verən uçitel gərək müsəlmanca bir söz danışmasın. Yəni özünü elə göstərsin ki, guya heç əbədi müsəlmanca bir söz bilmir və dərsi də “lal qaydası” ilə versin. Bu da belə.
Poems by other poets
Bir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
MiçəkQurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
Didəbanam rəhguzari-şahı gozlər gozlərimDidəbanam rəhguzari-şahı gozlər gozlərim,Baqmazam qeyri yola, şəhrahi gozlər gozlərim.