Yarım günlük səyahətim və yaxud üsuli-cədid

təlimi nəyə deməzlər!

Əgər “bir müəllim” klasın içində bozbaş yeyə və qabağında diz üstə oturub yırğalanan uşağa deyə ki: “Lam, əlif, layi, püş, yufi, zən yuf, layi lam, zəbərli, layifli, huhu, layəfləhu, nun zəbər, nə layəfləhunə” və eyni zamanda o biri uşağa deyə: “Bər daniyani rəmuziagahi” və bozbaşdan iki qaşıq vurub davam edə: “Və dəqiqə şünasani hekməthayi ilahi vazeh və mübərəhən əst” və bunun dalınca bir yoğun papiros qayırıb uşağın üzünə fısqırda! Buna üsuli-cədid təlimi deməzlər.

Ağlım kəsir ki, bunu müəllimlərin hamısı bilirlər.

Və yenə, əgər bir müəllim uşaqlari iki-uç saat klasda saxlaya və tənəffüsə qoymaya və uşaqlar yorula və yorulub yata və müəllim uşaqları yuxudan durğuzub deyə ki, gedin, çörək yeyin, sonra gəlin, yenə dərs deyəcəyəm, ona da üsuli-cədid üzrə təlim deməzlər.

Belə zənn edirəm ki, müəllimlərin bir çoxu da bunu bilirlər.

Və əgər bir məktəb ola və o məktəbdə bir müəllim ola və o müəllimin yanına bir ayrı müəllim də gələ və əvvəlki müəllim görə ki, bu tazə müəllim ondan çox bilir, ona görə xayınlığı tutub bu müəllimin quyruğunu düymək istəyə və onun üçün bəhanələr axtara, amma yaxşı bəhanə tapa bilməyə, onun üçün ona sataşa və bu tövr ilə bir “skandal” çıxarda və uşaqların atalarına söyləyə ki, bu tazə müəllim dinsizdir, özü də şərab içir. Və məktəbin işinə şuluqluq sala, buna da heç vaxt üsuli-cədid təlimi deməzlər, bəlkə üsuli-şeytan rəftari deyərlər.

Məncə, klasda bozbaş yeyən müəllim, bu üsuli-şeytan rəftarlı müəllimdən xətasızdır və bir də, o ki deyirlər, məsələn, “Qafqaziyada cəhalət” elə haman cəhalətin ürəyi bax haman bu cürə rəftardır.

Burada mənim səyahətnaməm tamam olur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ordan-burdan 39

...Neçə gün bundan əvvəl bir firəng böyük bir hünər elədi: qırx beş verst eni olan bir dəryanın bu tərəfindən hoppanıb o biri tərəfinə düşdü; yəni quşa oxşayan bir hava gəmisinə minib dəryanı keçdi. Bu firəng məşhuri-cahan oldu; özü də bu anda hər gün min manatdan artıq pul qazanır. Bir tərəfdən şöhrət, o biri tərəfdən dövlət! İndi əgər bu adam, firəngin xasiyyətində olmaq şərtilə, bizim müsəlmanlarımızdan olsa idi, haman dəm bizim qara və paxıl qəlbimiz cuşə gəlib, haman həmcinsimizə quyular qazımağa başlardıq!Mollalarımız deyərdi ki, bu adam babıdır və özünün də arvadı ondan boşdur.

2 min
Ordan-burdan 40

XəbərdarlıqSentyabr yaxınlaşır, məktəblər açılacaqdır və hamısı ağzına qədər şübhəsiz ki, dolmayacaqdır.

3 min
Ordan-burdan 41

Niyyəti-xalisəNədəndir ki, çox işlərimiz baş tutmayır? Milləti qabağa aparmaq üçün cəmiyyətlər qururuq. Pis incinerlərin tikdikləri ev kimi dağılır! Hansı işə baş qoşub əl atırıq, iş bizdən qaçır və ya axırda biz də işdən qaçırıq. Bu nədəndir? Bu barədə mən çox fikir elədim, amma bir səbəb tapa bilmədim. Axırda qərar qoydum ki, cəmiyyətlərə yığılan adamların əhvali-ruhiyyəsini yazım, sonra hesablayaq görək nə çıxır.

4 min
Xəbərdarlıq 1

Dünənki məqaləmizdə əxtar surətində ərz olundu ki, biz öz milliyyətimizi baqi saxlamaq, istiqbalımızı təmim etmək üçün var qüvvəmizi elm, maarif yolunda sərf etməliyik ki, biz də mədəniyyətlilər cərgəsinə girməklə özümüzü mədəniyyətlilərin hər bir növ təcavüzatından müsəvvən saxlaya bilək.Hal-hazırda bizim maarif işimiz ümumiyyətlə fəna bir haldadır. Realnı, gimnaziya və universitetlərdə təhsil edən şagirdlərimizin ədədi başqalara nisbətən çox azdır. Halbuki biz müsəlmanlar Qafqaz əhalisinin əksəriyyətini təşkil edirik. Az olmalarına da səbəb əhalimizin cəhalət və qəfləti ilə bərabər yoxsuzluğudur. Şəhərlərimizdə, bəzi kənd-kəsəklərimizdə mövcud olan rus-müsəlman məktəblərinə gəlincə bunlarda da baxüsüs kəndlərdəki məktəblərdə tədris və təlim işi ağlamalı bir haldadır. Kəndlərdəki rus-müsəlman məktəblərinin, baxüsus üç şöbəli məktəblərin maarif işimizə heç bir köməyi yoxdur. Məktəblərdə ana dili oxunmur, desək caizdir. Rus dili isə oxunursa da heç bir fayda verməyir. O cürə məktəbləri ikmal etmiş uşaqlar əksər halda realni, gimnaziya və hətta altıklaslı şəhər məktəblərinə də girməyə qadir olmayırlar. Və bir də bu məktəblər heç bir yol ilə əhalini rəğbətləndirə bilməyirlər. Biləks çox vaxt müxtəlif səbəblərə görə əhali o məktəblərdən ikrah olunur. O ki qaldı milli məktəblərimizə. Əvvəla, onların ədədləri çox azdır. Və saniyən bu məktəblər dəxi iqtizaati-zəmanəyə müvafiq bir halda deyildirlər. Kəndlərdəki milli məktəblərimizin vəzifəsi əvvəla, ana dilini uşaqlara mümkün qədər mükəmməl surətdə öyrətməklə bərabər, rus dilini dəxi ona təlim etdirməkdir. Bundan məqsəd: əvvəla, rus dili bilməməklik kəndistan əhalimiz üçün böyük bir müsibətdir. Dil bilməməklik ucundan binəva kəndli rəhmsiz və mürüvvətsiz dilmancların hədəfi-təməi olub varından-yoxundan keçir. Bundan başqa, həmin vicdansız dilmanclar, mirzələr pul gücülə tərəfgirlik edib yalandan tərcümə etməklə günahsız kəndlinin hayasız tənbeh və cəzalarına səbəb olurlar. Onlardan başqa, kəndli yenə dil bilməmək ucundan başqa zillətlərə də düçar olur ki, onların tovzihi başqa bir məqaləyə möhtacdır. Və saniyən milli məktəbi ikmal etmiş kənd balaları şəhərdə realni və gimnaziyalara girmək istədikdə yolları açıq olsun. Bu barədə keçənlərdə də yazmışdıq və bizə etiraz edənlər olmuş idi. Lakin onlar nədənsə ana dili məsələsilə rus dilini bir-birinə qatışdırıb araya özgə mətləblər salmışdılar. Lakin biz öz əqidəmizdə baqi qalıb hər cürə məktəblərimizdə rus dili tədrisini millətimiz üçün mənfəətli və əks təqdirdə zərər bilirik.

5 min

Poems by other poets · Satire