Ordan-burdan 73
“Osmanlı”, Üdəba və mühərriri zümrəsinə daxil olmağa layiqi olan bir “ədib”in hər həftə çıxan asari-qələmindən bir nümunəyi-imtisal:
“Əfəndim, şu sözləri yazmaqda mənim muradım bütün aləmə kəndimin millətpərəstliyini bildirməkdir. Beləmi, əfəndim? Belə isə, qulaq asınız əfəndim! Şu gün mən şu sözləri yazıb şəhərimizin qoca qarunlarına deyirəm ki, ey qoca qarunlar, gəliniz mən sizə yol göstərim. Siz kəndi pulunuzu xərcləmək bilməyirsiniz. Beləmi, əfəndim? Belə isə çox gözəl əfəndim. Lakin bəs nə üçün şəhərin qoca qarunları mənim şu sözlərimə qulaq asmırlar, əfəndim? Görünür ki, mənə etina etmək istəmirlər, beləmi əfəndim? Belə isə yaxşı olmadı, şəhərimizin qocaları şu yanda dursun, əfəndim? Gəlin “cavanlar”ın üstünə; şu cavanlar heç mənim xoşuma gəlməyir, əfəndim! Çünki onlar heç bir şey qanmayırlar, beləmi, əfəndim? Belə olan surətdə o cavanların başından basıb qoymamalıyız ki, onlar mühərrir olsunlar. Onları hər halda müttəhim etmək lazımdır. Beləmi, əfəndim? “Əta olundu” sözü ilə “alındı” sözünə fərq qoymayan bir şəxs heç bir vaxt mühərrir ola bilməz, əfəndim! Amma qırx qəpiklik kitabı millətə bir manata satan adam əsil millətpərəst ola bilər, beləmi, əfəndim? Əlbəttə belədir, əfəndim? İştə, şimdi şu “qanmaz” cavanları zəmanəyə tapşırmalıyız, əfəndim və pul qazanmaqda mahir olan “millətpərəst”ləri öz-özümüzə yol göstərən ittixaz etməliyiz, beləmi, əfəndim? Beləmi, əfəndim? Belə, belə əfəndim!”
Doğrudur, bu sözlərdən bir şey anlamaq çox çətindir. Lakin nə eləmək ki, Allah-taala bizi “qanmaz” yaradıbdır.
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-ordan-burdan-73
Use ← → keys to move, R for a random poem
More by this author
Sokrat təriqilə siyasi söhbətB – Əşi, bilmirəm bu məşrutə nə idi ki, bu yazıq İranı bu günə saldı! İndi bu nə ömürdür ki, o yazıqlar sürürlər?!
Ordan-burdan 29Əli aşı və Vəli aşıQafqaz maarif popiçiteli yerli camaat məktəblərindən ötrü tazə proqram göndərib və bu proqrama görə həman məktəblərdə ana dili həftədə 6 dərs, rus dili də həftədə 12 dərs olacaqdır.
Ordan-burdan 30İcmali-siyasi və yaxud Yevropanın halıİngilis – Mən Osmanlı ilə dostam, Rusiya gərək mənim sözümə baxa, çünki mənimlə aşnadır.
Ordan-burdan 31Əlfitnətü naümmətü lənulla ey qəzəhaFitnə yatıbdır, Allah lənət eləsin onu oyadana. Nə gözəl söz və nə gözəl qarğış.
Poems by other poets · Satire
İndi qalmıştar təmamən intizar iranhlar',Bilmeyirlər məmləketde bir nə var iranlılar.
Sərçə balladasıŞarj-nəzirə*Günlərin bir günündə
Tərpənmə, amandır, bala, qəflətdən ayılmaTərpənmə, amandır, bala, qəflətdən ayılma!Açma gözünü, xabi-cəhalətdən ayılma!
Lisan bəlasıEy dil, dəxi dinmə və sükut et, səni tari,Lal ol və danışma.