Mədəni ingilislərin vəhşi yırtıcılığı
Rus qəzetələrini mütaliə etdiyim yerdə gözlərim “Novoye vremya”da təəssüfamiz bir məqaləyə sataşdı. Bu məqalədə insanı təhqir edəcək dərəcədə murdar bir hadisədən məəl-təəssüf xəbərdar oldum. “Liberalnı” adlanan ingilis qəzetələrindən “Tribyun” adlısı yazır ki, bu keçənlərdə ingilis əfsər (zabit)ləri Misirdə nə səbəbdən isə güllələr atıb, məhəlli əhalidən bir neçəsini vurubdurlar. Bu halda şuriş düşüb, əhali tərəfindən güllələr atıldıqda ingilis zabitlərindən, birisinə güllə dəyib ölübdür. İngilis hökuməti, əlbəttə, öz zabitinin qanını yerdə qoymaq istəməyibdir. Sud qurub, məhəlli əhali tərəfindən 4 nəfərini asılmağa və 2 nəfərini qırmanc (qamçı) ilə döyüb əziyyət verdirməyə məhkum edibdir. Misirlilərdən bir çox adam hazır olduğu yerdə bu binəvaların qətl və cövrünə şüru olunub, tamam 4 saat müddətində olmazın əziyyət və əzabdan sonra hamısını qətl edibdirlər...
Bir baxınız, indiyə qədər ingilis tərəfindən “vəhşi” hesab olunan Rusiya milləti hələ qısqıdan qurtarmamış, arzu olunan hürriyyətləri almamış, tələb edir ki, ölüm cəzası fəsx olunsun. Amma azadəlik sayəsində dolanan mədəni ingilislər XX əsrdə də adam öldürməkdən, yəni qatillikdən əl götürməyiblər. Özü də kimi öldürür? Sahibsiz, başsız, əl-ayaqsız əhalini! Nə tövr öldürür?
Bir can əvəzində 6 nəfər can, arvadların ah-naləsinə, kişilərin yalvarmağına baxmayıb, dürlü-dürlü cövr və sitəmdən sonra öldürür! Harada öldürür?
Misirlilərin sahibsiz qalmış öz vətənlərində.
Təəccüb burasıdır: ingilis hökumətinin belə vəhşi yırtıcılığına azad və mədəni ingilis parlamenti, yəni ingilis camaatı bir söz belə deməyib, Rusiyada bir əmri əzim ucundan vaqe olan qırğınlardan ötrü Rusiya hökumətindən rəncidə olduğunu izhar edir... Görünür ki, mədəni ingilislərin yanında Rusiya yəhudiləri adamdırlar, amma Misir əhalisi dilsiz və ixtiyarsız heyvandır...
Bu isə mədəniyyət üçün nə böyük bir istehzadır. Hürriyyət pərəstarı adlanan ingilis qəzeti hökumətinin belə bir vəhşi dirrəndəliyini yazıb da bu xüsusda bir söz də demir. 6 nəfər misirlinin ədalətsizlik ilə icra olunan qətli məzkur qəzetədən ötrü adi və etiraza layiq olmayan bir hadisə kimi görünür...
Bu isə “liberalizm” sözünü ayaq altına salıb tapdala-maq deyilmi?! Bilirsinizmi, ingilisin Misir əhalisinin başına gətirdiyi bu cinayətlər Misir əhalisindən intiqam alıb, onu vahimə (terror)yə salmaqdan ibarətdir. Çünki misirlilərin meyli və məhəbbəti Osmanlı dövlətinə olub, qasiblərə qarşı qəlblərində yalnız bir nifrət bəsləyirlər.
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-medeni-ingilislerin-vehsi-yirticiligi
Use ← → keys to move, R for a random poem
More by this author
Uşaqlıqda nənəmiz bizim üçün bir nağıl deyərdi. O nağılın başı bu idi ki: bircəciyi var idi, bircəciyi yox idi, bircə qarı var idi. Bir gün getdi su üstə, sürüşdü düşdü buz üstə.Dedi: – Ay buz, sən nə zalımsan?
Ayrı söhbətMəşədi Dadaş**. Kəblə Qasım nə belə dərin fikrə cumubsan?Kəblə Qasım**. Ay Məşədi, ovqatım nəhayətdə çox təlxdir.
MəzhəkəKəndlinin biri buğdasını, baramasını aparıb bazarda dəyər-dəyməzinə satıb bir dana at, bir dana eşşək və əyninə də bir dəst paltar alıb, evinə tərəf gəlirdi...Bir nəfər bəy bunu gendən gördu və təəccüb elədi ki, kəndlinin həmi atı var, həmi də eşşəyi. Daldan kəndliyə yaxınlaşıb başına elə bir qapaz saldı ki, kəndli ancaq bir saatdan sonra ayıla bildi və ayılandan sonra da baxıb gördü ki, eşşəyi yoxdur.
KələkbazlarMirzə Bədnamülməmalik ilə qaspadin İvanın söhbəti.Bədnamülməmalik**. Adə İvan, bu nə işdi ki, bizim başımıza gəldi?
Poems by other poets · Satire
Dedilər gəıçi mülki-İranəAçdı məşrutə bir təriqi-nəcat,
XanbacıXanbacı, bu kişilər bizdə həya qoymadılar,Etməmiş zülmü sitəm, cövrü cəfa qoymadılar.
DedilərGördülər yuxlamışam, şad olub oxqay dedilərBir deyirdim ki, duram, yox hələ lay-lay dedilər.
Ramazan həsrətiRamazan ayı münasibətilə mollalar nağıl oxuyurlar.*On bir ay həsrətinə tab eyləməz can, Ramazan,