Kəndlinin biri buğdasını, baramasını aparıb bazarda dəyər-dəyməzinə satıb bir dana at, bir dana eşşək və əyninə də bir dəst paltar alıb, evinə tərəf gəlirdi...

Bir nəfər bəy bunu gendən gördu və təəccüb elədi ki, kəndlinin həmi atı var, həmi də eşşəyi. Daldan kəndliyə yaxınlaşıb başına elə bir qapaz saldı ki, kəndli ancaq bir saatdan sonra ayıla bildi və ayılandan sonra da baxıb gördü ki, eşşəyi yoxdur.

Yasavul kəndlinin atına baxıb şikayətinə qulaq asdı, amma şikayət “haqqı az olduğuna görə” kəndliyə bir neçə qamçı çəkdi və dedi:

– Bağla atını burada, get ətrafı gəz, bəlkə eşşəyin tapıla.

Kəndli atını yasavula tapşırıb, eşşəyi axtarmağa getdi. Çox gəzdi, çox dolandı, hərçənd bəyin qapısında bir eşşək gördü ki, öz eşşəyinə çox oxşayırdı, amma o cürə şeyləri fikrinə gətirməyə cürət eləmədi. Və qayıtdı ki, bəlkə yasavul bir kömək eləyə, amma nə yasavuldan və nə atdan bir nişan da görmədi.

Kəndli xofə düşdü, elə bildi ki, bunlar hamısı yuxudur. Onun üçün özünü çimdiklədi ki, ayılsın, amma gördü ki, xeyr yatmayıbdır. Bikef və bidamaq bir çayın qırağında oturub evinə qayıtmağa utanırdı. Gördü ki, bir nəfər sarıqlı gəlir. Kəndli durub ikiqat əyildi və genə bidamaq yerinə oturdu. Sarıqlı dedi:

– Nədir ki, belə bidamaqsan?

Kəndli ağlaya-ağlaya əhvalatı nəql elədi.

Sarıqlı bunun təzə libasına diqqət yetirib dedi:

– Mən sənə əlac edərəm!

Yazıq kəndli şadlığından bilmədi ki, nə qayırsın, özünü yıxdı sarıqlının ayağına. Sarıqlı dedi:

– Sənin atını da, eşşəyini də cin oğurlayıbdır və o cin də sənin bu libasındadır. Ona görə bu libası ovsunlamaq lazımdır. Və illa başına çox bəlalar gələr.

Kəndli cin adını eşidən kimi, dəlitək paltarını çıxardıb tulladı. Sarıqlı bir dua oxudu və dedi:

– Bir qədər yat!

Onsuz da it kimi yorulmuş kəndli başını yerə qoyan kimi yuxu basdı və yuxusunda gördü ki, eşşəyi və atı da tapılıb, kişnəyə-kişnəyə bunun yanına çapırlar. Kəndli sevindiyindən elə çığırdı ki, öz səsinə oyandı və oyanıb gördü ki, nə sarıqlı var, nə paltar. Binəvanı dəhşət basdı. Əlinə çomaq alıb özünü qoruya-qoruya kəndinə yetirdi. Xalq yığılıb dedilər ki:

– A kişi, dəli olubsan nədir? Lüt gəzib özünü qoruyursan?

Dedi:

– Atımı oğurladılar, eşşəyimi oğurladılar və paltarımı oğurladılar. İndi qorxuram ki, özümü də oğurlayalar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Halımız

Ənvai-əksam işlərimizə diqqət yetirdikdə bu işlərdə zahir olan halətlərimizi nəzərə aldıqda, insanda belə bir etiqad hasil olur ki, biz hələ öz-özümüzü, öz mövcudiyyətimizi və öz mövqeyimizi dürüst anlamamışıq. Biz nəyik, nə haldayıq, hansı mövqeyi işğal etməkdəyik – bunlar hamısı bizim üçün hələ qaranlıqdır. Hər ağızdan eşidilən “millətimiz cahildir, bacarıqsızdır, müsəlmandan bir şey çıxmaz” kimi sözlərin ağız sahiblərini bir yerə yığsaq, elə bir əksəriyyət hasil olar ki, gendən baxan o əksəriyyətin belə “ahu-zarına” istinadən camaatımızı bədbinlər cərgəsindən sayar. Yəni elə zən edək ki, biz “öz-özümüzü tərəqqiyə sövq etmək yolunda çox da çalışıb, çox vuruşub, lakin heç bir şey çıxmadığını və bundan sonra da çıxmayacağını anlayıb, məyus olmuşuq və bədbinlər cərgəsinə girmişik.Lakin bizim içimizdə başqa bir əksəriyyət də vardır ki, bunu təşkil edən əzalar yuxarıdakı sözləri söyləmirlər. Heç bir halımızdan şaki dəyillər və “ahu-nalə” da etmirlər. Bu əksəriyyətin də əfal və hərəkatına istinadən, gendən baxanlar bizi nikbinlərdən sayırlar. Yəni o şəxslərdən hesab edirlər ki, gələcəkdən heç də qorxmurlar və çünki gələcəyin xoş keçəcəyini və məramımızca olacağını yəqin bilirlər.

2 min
Ümumvladiqafqaz camaatına açıq məktub

Ümumvladiqafqaz camaatından istifsar olunur: Doğrudurmu ki, Ümumvladiqafqaz camaatı Hacı Molla İsmayıl Molla Həsənzadə Gənceyini, Hacı Məmmədsadıq Əliyev Təbrizini, Hacı Yusif Qafarov Təbrizini və bir də Mustafa Aliverdov – Əliyevi vəkil seçib də, “Molla Nəsrəddin” jurnalı barəsində bir məqalə yazıb idarəmizə göndəribdirlər. Bunlar Ümumvladiqafqaz camaatının nasıl vəkilləridir ki, birisi Gənceyi, ikinci təbrizli və dördüncüsü də nerəli olmağı məlum dəyildirsə də, müsəlmanca bisavaddır.Rica olunur ki, Ümumvladiqafqaz camaatı bu barədə idarəmizə rəsmi bir kağız göndərməklə tez cavab versinlər.

1 min
Vladiqafqaz caamatına bir də açıq məktub

Əfəndilər!“Molla Nəsrəddin” jurnalını təkfir və təlin xüsusunda idarəmizə dörd nəfərin imzası ilə bir məqalə gəlmişdi. Məqalənin axırında “Ümumvladiqafqaz camaatı tərəfindən vəkil” sözləri bizim diqqətimizi cəlb etdi. Və çünki biz məzkur vəkilləri tanımırdıq, ona görə açıq məktubla Vladiqafqaz camaatından soruşduq və əhval istədik. Sualımıza cavab olaraq idarəmizdə 70-ə qədər Vladiqafqaz sakinlərindən cavab gəldi ki, haman adamları onlar vəkil seçiblər.

3 min
Şeyxülislam həzrətləri və maarif

Dünənki nömrəmizdə Şeyxülislam həzrətlərinin Ümum qafqaz mədrəsəyi-ruhaniyyəsi inşası haqqında layihə yolunda yazılmış olan təklifini qarelərimiz oxudular, zənn edirəm.İdareyi-ruhaniyyəmizin başçısı tərəfindən sadir olan bu təklif şeyxülislamlığımız tarixində ən mühüm və mənidar bir vəqədir. Xoşa ki, bu vəqə bizim əsrimizə təsadüf etdi! İştə, idareyi-ruhaniyyəmiz başında nəhayət, bir zat oturdu ki, dərdlərimizi görür, ah və naləmizi eşidir və çarəsinə də yol arayır. O yolun da nədən ibarət olduğunu düşünə də bilir.

3 min

Poems by other poets · Satire