Ümumvladiqafqaz camaatına açıq məktub
Ümumvladiqafqaz camaatından istifsar olunur: Doğrudurmu ki, Ümumvladiqafqaz camaatı Hacı Molla İsmayıl Molla Həsənzadə Gənceyini, Hacı Məmmədsadıq Əliyev Təbrizini, Hacı Yusif Qafarov Təbrizini və bir də Mustafa Aliverdov – Əliyevi vəkil seçib də, “Molla Nəsrəddin” jurnalı barəsində bir məqalə yazıb idarəmizə göndəribdirlər. Bunlar Ümumvladiqafqaz camaatının nasıl vəkilləridir ki, birisi Gənceyi, ikinci təbrizli və dördüncüsü də nerəli olmağı məlum dəyildirsə də, müsəlmanca bisavaddır.
Rica olunur ki, Ümumvladiqafqaz camaatı bu barədə idarəmizə rəsmi bir kağız göndərməklə tez cavab versinlər.
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-umumvladiqafqaz-camaatina-aciq-mektub
Use ← → keys to move, R for a random poem
More by this author
Yarım günlük səyahətim və yaxud üsuli-cədidtəlimi nəyə deməzlər!
Ordan-burdan 26İrana dair aşıq nağılıElə ki Təbriz “guruldadı”, Əmir Bahadır Cəng başılovlu yüyürdü Şeyx Fəzlullahın yanına, şeyx bunu görüb qorxdu və dedi: ya Əmir! Bu nə pəjmürdə haldır, əhvalın nə üçün belə pərişandır? Onda Əmir Cəng əlini qulağının dibinə qoyub bir Qarabağ şikəstəsi çağırdı və dedi:
Ordan-burdan 27Sokrat təriqilə siyasi söhbətB – Əşi, bilmirəm bu məşrutə nə idi ki, bu yazıq İranı bu günə saldı! İndi bu nə ömürdür ki, o yazıqlar sürürlər?!
Ordan-burdan 29Əli aşı və Vəli aşıQafqaz maarif popiçiteli yerli camaat məktəblərindən ötrü tazə proqram göndərib və bu proqrama görə həman məktəblərdə ana dili həftədə 6 dərs, rus dili də həftədə 12 dərs olacaqdır.
Poems by other poets · Satire
Yurdumuzu müstəmləkə bəhrilə abad eyləriz,Meydan oxur aləmlərə, zor və hünər yad eyləriz,
Üç dostluqMənzum hekayə**Qulaq as, duzlu bir hekayətdir,
Nakam şairO qədər yazdı ki, dəftərlərə, əldən düşdü,Çox özündən dedi, “mən”, “mən” dedi, dildən düşdü.
Ey on ki, ülumi-mədənidən xəbərin varEy on ki, ülumi-mədənidən xəbərin var,Yüz dərdi-sərin var;