Halımız
Ənvai-əksam işlərimizə diqqət yetirdikdə bu işlərdə zahir olan halətlərimizi nəzərə aldıqda, insanda belə bir etiqad hasil olur ki, biz hələ öz-özümüzü, öz mövcudiyyətimizi və öz mövqeyimizi dürüst anlamamışıq. Biz nəyik, nə haldayıq, hansı mövqeyi işğal etməkdəyik – bunlar hamısı bizim üçün hələ qaranlıqdır. Hər ağızdan eşidilən “millətimiz cahildir, bacarıqsızdır, müsəlmandan bir şey çıxmaz” kimi sözlərin ağız sahiblərini bir yerə yığsaq, elə bir əksəriyyət hasil olar ki, gendən baxan o əksəriyyətin belə “ahu-zarına” istinadən camaatımızı bədbinlər cərgəsindən sayar. Yəni elə zən edək ki, biz “öz-özümüzü tərəqqiyə sövq etmək yolunda çox da çalışıb, çox vuruşub, lakin heç bir şey çıxmadığını və bundan sonra da çıxmayacağını anlayıb, məyus olmuşuq və bədbinlər cərgəsinə girmişik.
Lakin bizim içimizdə başqa bir əksəriyyət də vardır ki, bunu təşkil edən əzalar yuxarıdakı sözləri söyləmirlər. Heç bir halımızdan şaki dəyillər və “ahu-nalə” da etmirlər. Bu əksəriyyətin də əfal və hərəkatına istinadən, gendən baxanlar bizi nikbinlərdən sayırlar. Yəni o şəxslərdən hesab edirlər ki, gələcəkdən heç də qorxmurlar və çünki gələcəyin xoş keçəcəyini və məramımızca olacağını yəqin bilirlər.
Fəqət əsil mətləb burasıdır ki, bizlər nə bədbinlərdənik, nə də nikbinlərdən. Zatən biz bədbinlik və nikbinlik nə olduğunu da bilmirik. Bir hissəmizin də halımızdan şikayət etməsi bədbinlik əlaməti dəyildir. Bəlkə boş-boşuna vayıldamaqdır. Uşaq ağlamağıdır. Digər hissəmizin də nikbinanə davranması qeydsizlik və yaxud qəflət əlamətidir. Hal-hazırda biz bir ailənin balaca əzalarına bənzəyirik. Yəni uşaq kimi bir haldayıq. Uşaq bir ailə nə olduğunu nədən anlaya bilər? Ailənin xeyir və zərəri nədə olduğunu mülahizəyə ala bilərmi? Uşaqdan ötrü hər bir şey qızıl rəngində görünür. Uşaqdan ötrü keçmiş yaxşı imiş, indiki hal daha yaxşıdır. Və gələcəkdə yaxşı olacaqdır. Ailələrinin həqiqətən nə halda olduğunu, digər ailələr arasında hankı mövqeyi işğal etdiyini, özgələrin bunlar ilə olan münasibəti və ailənin gələcəyi – bunlar hamısı uşaqdan ötrü məchuldur. Zatən o xüsuslərdə fikir etmək belə uşağın xəyalına gəlmir. Çünki bu cürə nöqtələri anlayacaq hiss və düşünəcək ağıl hələ nəşvü nüma edilməyibdir. Amma elə ki, uşaq böyüməyə başlayır, təcrübə sahibi olur, əqli artır, o halda ailə nə olduğunu düşünür. Öz ailələri ilə digər ailələr arasında mocud olan hüdudu gözü seçir. Ailəsinin digər ailələrə nisbətən hankı mövqeyi işğal etdiyini anlayır. Sonra ailələrinin gələcək qeydini çəkməyə də başlayır...
Bu gün bizim millətimizi təşkil edən camaatın əksəri də haman ailə çocuqlar halındadırlar. Onlar bizim halətimizi aydın və aşkar surətdə təsəvvürlərinə gətirə bilmirlər. Hankı mövqedə olduğumuzu seçmir və hansı mövqeyə keçmək lazım olduğunu da düşünməyə qadir dəyillər.
Odur ki, hər bir əfal və hərəkatlarında ümum millət mənafeyi nöqteyi-nəzərindən faydasızdır...
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-halimiz
Use ← → keys to move, R for a random poem
More by this author
“Şahsənəm” operası meydana çıxdıqdan sonra Azərbaycan operasının inkişafında əmələ gələn dönümü bütün kompozitorlar qeyd etmiş və Azərbaycan milli operasının inkişafı üçün gələcəkdə də davam etdiriləcək bir yol kimi qəbul etmişdir. Qlierin təşəbbüsü həqiqi xalq nəğmələrini yüksək kompozitor texnikası ilə birləşdirməkdən ibarət olaraq, xeyli müvəffəqiyyətli olmuş və həvəsləndirici bir rol oynamışdır.Belə bir vəzifəni yerinə yetirmək üçün kompozitor ilk növbədə çox və inadla çalışmalıdır. Burada söz yalnız nəzəri hazırlıqda deyildir, xalq yaradıcılığını, musiqi folklorunu dərindən öyrənməkdə, musiqi dilini mənimsəməkdə, xalq ilə onun anladığı dildə danışmaq istedadını kompozitora verən sadəlik və aydınlığı dərk etməkdədir. Bu iki şərtdən məhrum olan kompozitor böyük dövrümüzə layiq və yüksək qiymətli əsər yaratmaqda da aciz qalacaqdır.
“Leyli və Məcnun”dan “Koroğlu”ya qədərRespublikamızın opera teatrı və filarmoniyası Azərbaycan incəsənəti dekadasında milli musiqi yaradıcılığı və ifaçılığının ən yaxşı nümunələrini göstərməyə hazırlaşır. Bizim hamımızı – bəstəkarları, musiqiçiləri, rejissorları və artistləri ümumi bir məqsəd, vahid bir arzu – Azərbaycanın musiqi sənətini əsl və ən parlaq formalarda əks etdirmək arzusu ruhlandırır.Azərbaycan musiqisinin inkişaf tarixi bizim dekada üçün hazırladığımız repertuarda da öz əksini tapacaqdır. Repertuarımızın əsasını opera təşkil edir. Bu tamamilə təbiidir. Opera sənətinin ölməkdə olduğunu iddia edən burjua “nəzəriyyəçiləri”nin fikrinə zidd olaraq, sənətin bu növü bizim ölkəmizdə yaşamaqda davam edir və yeni məzmun kəsb edərək xalqımız tərəfindən daha artıq sevilir və başa düşülür.
Ərəblinski teatr tariximizdə unudulmaz sənətkardırAzərbaycanda teatr sənətinin doğuluşunda görkəmli rol oynayan simalardan biri Hüseyn Ərəblinskidir. 1906-cı ildə Sarabski ilə bir yerdə Ərəblinski ilə ilk dəfə tanış olduğum günləri yaxşı xatırlayıram. Ərəblinski o zaman teatr tamaşaları göstərən bir qrup təşəbbüsçülər – həvəskarlar ilə bir yerdə oynayırdı. Ərəblinski hələ o vaxt həvəskarlar arasında özünün aktyorluq sənətinə bəslədiyi tükənməz arzusu, səmimiyyəti, coşqunluğu ilə başqalarından çox fərqlənir və yüksəkdə dururdu.O, məşğələlərdə də özünü səhnədə olduğu kimi hiss edirdi, rolunun xüsusiyyətlərini bütün incəliklərinə qədər yaşayırdı, tamaşaçının fikrini, duyğusunu məharətlə öz əlinə alırdı.
Musiqidə xəlqilikXalq incəsənəti, folklor stili səslər və gözəllik cəhətdən tükənməz zənginliyə malikdir. Bunlarda dil çox rəngarəngdir. Azərbaycan incəsənətinin Moskvada keçirilən dekadası tamaşalarında geniş surətdə göstərilmiş xalq yaradıcılığına yüksək qiymət verilmişdir. Dekada iştirakçıları Kremldə qəbul edildikdə, bizə – sosialist incəsənəti işçilərinə xalq ustalığının rol və əhəmiyyəti haqqında çox qiymətli göstərişlər verilmişdir.İlk gözəl nəğmə və rəqs melodiyalarının yaradıcısı xalq özüdür. Bizə bu gün nümunə olan xalq nəğmələri əsrlərdən bəri işlənə-işlənə yaradılmış və yalnız bizim zəmanəmizdə həqiqi bədii formalar almışdır.
Poems by other poets · Satire
Başqa millətdən hüququn almaq üçün hər zamanInqilabiyyun, səlahiyyun, rəşadiyyun çıxar!
Lə’nət ola!Fələkin gərdişi-dövranına min lə’nət ola!Sərvətə qız satan insanına min lə’nət ola!
Zəhmət çəkmə!İki gözüm, millətçün zəhmət çəkib çalışma,Yanıb millət oduna pərvanə tək alışma.
Xoş ol zaman ki, xalq yatıb bizəban idiXoş ol zaman ki, xalq yatıb bizəban idi,Bəzmim pilov, çay ilə rəşki-cinan idi,