Ordan-burdan 84
Rəfiqimdən məktub
Peşiman olub bir Allah bəndəsi ilə rəfiq olmuşam. Hər dəfə, görürsən, mənə bir kağız yazıb bir qulluq buyurur.
İndi də yazıbdır ki:
Əzizim Filankəs, təvəqqə eləyirəm ki, bu göndərdiklərim kağızları aparıb tezliklə poçta salasan, yoxsa vaxtı keçir; ancaq təvəqqə eləyirəm ki, açıb oxumayasan, çünki içində məxfi sözlər yazılıbdır.
Sözün doğrusu, bu sözlər mənə çox bərk dəydi. Dedim, indi ki belədir, mən mən deyiləm sənin kağızlarının hamısını oxumasam. O saat kağızların başını açıb, gördüm nə?
Peterburqda Dövlət dumasının müsəlman üzvlərinə:
Getdin gördün dum
Nə eləyirsən “şurum-burum”*
Otur yerində ağzını bərk-bərk yum.
Bakıda müsəlman qoçularına:
Getdin gördün partapart
Nə eləyirsən qaradavoy, saldat,
Piştovunu çıxart, sən də bir yandan at.
Qafqazda bir neçə mollaya oxşayanlara:
Getdin gördün müsəlmanlar bir-birini qırır,
Nə eləyirsən soruşub: kim kimi vurur?
Get yeginən bozbaşı, gör necə keyfin durur!
Dünyada bütün müsəlman dövlətlərinə:
Getdin gördün Zəngəzurda ac
Nə eləyirsən axtarıb əlac,
Ciblərini tutub, dabanına tüpür qaç.
İstambulda Sultan həzrətlərinə:
Getdin, gördün rəyət
Nə eləyirsən ədalət və hürriyyət,
Yapış boğazından, ver əziyyət.
İranda xanlara və bəzi İran konsullarına:
Getdin gördün hammal,
Nə eləyirsən sorğu-sual,
Tez ol, başına bir qapaz sal.
Qafqazda bəzi müsəlman “başbilənlərinə”:
Getdin gördün camaat,
Nə eləyirsən onlara itaət,
Bacar, cibin kəs o saət.
“İşto-mişto” bilən müsəlmanlara:
Getdin, gördün müsəlman,
Nə eləyirsən din, məzhəb və iman
Bir danos yaz ki: “əto çelovek yaman”.
“Evli-eşikli” müsəlman cavanlarına:
Getdin gördün “barışnə”
Nə eləyirsən, arvad, uşaq, yeznə...
(heyf ki, burasını oxuya bilmədim, heç nə!) Vəssalam!
İndi biz bu kağızları açıb oxuduq və rəfiqimin də məxfi işlərini duyduq, aya nə tövr eləyək ki, bu kağızlar gedib öz yerlərinə çatsın və “padloq” işimizin başı tutulmasın?
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-ordan-burdan-84
Use ← → keys to move, R for a random poem
More by this author
Rus və yapon müharibəsi əsnasında bizim avam-xalqımıza deyirdilər ki, yaponlar quş kimi uçub Peterburqun başına gəliblər, iki saatdan sonra rus paytaxtını alacaqlar... Yaponlar öz dəryalarının dibinə girib bir aydan sonra rus dəryasının içindən çıxıbdırlar və s.Biz “abrazavannılar” əvamımızın bu sözlərini eşi-dəndə gülürdük, belə şey yoxdur – deyirdik. İndi, bizdən milyon dəfə artıq “abrazavannı” olan əcnəbilər bizim bu Qafqaza dair elə qəribə əhvalatlar danışırlar ki, “bişmiş toyuğun gülməyi tutur”. Bu əhvalatı yalnız danışırlar deyil, məşhur qəzetələrində də yazırlar. Belə ki, ingilis qəzetələrində yazmışdılar ki, Bakı şəhəri, general-qubernatoru ilə bir yerdə dağılıb, viran olubdur. İndi də alman qəzetələrində yazırlar ki, guya Qafqaz müsəlmanlarından bir firqə İrana gedib, İran əhlini rus əleyhinə qalxızırlarmış, bunt istəyirlərmiş və bu firqənin əlində iki qəzetə və hər qəzetənin 70 min (pah, atanla yeri!) müştərisi varmış!..
Ordan-burdan 62Cavad uyezdində pristav Şəfi bəy Fətəlibəyova açıq məktub*“Dusti-mehriban” cənab Şəfi bəy!
Ordan-burdan 63“Dərə xəlvət tülkü bəy”Cavad uyezdində uryadnik Hacı Əli Şəkər oğlu Muğan və Mil səhralarını xəlvət dərə hesab edir, özü də tülkü bəy olubdur. Bu tülkü, öz ağası olan canavarlar tək binəva müsəlmanların hər bir mal və mülkünü xoruz və toyuq yerində qoyub, çəkib yeməkdədir. Bu tülkünün paqonu, filanı olduğundan paqondan ürkən müsəlmanlar ona kəmaliinqiyal ilə itaət edib, balalarının yem və xörəyini onun doymaq bilməyən qarnına təpirlər və tülkünün qorxusundan bu barədə heç bir kəsə söz demək istəmirlər. Tülkü də “əlindən gələni beş qaba çəkir”... Çəksin... Kişi dövr sürür: Muğan ilə Mil kimi səhraların xanıdır; kimin nə borcuna qalıbdır ki, ona desin ki, nə üçün Qafqazı İrana döndərib ağzı otlu heyvan yerində olan müsəlmanların qanını sümürürsən?
Ordan-burdan 64Kazakların Şuşa uyezdində erməni kəndlərində olan rəftarı və Şuşa ərbabi-hökumətinin belə rəftara etinasız və qeydsiz baxmağı Qafqaz ermənilərini böyük bir həyəcan və qələyanə gətirdi. Arvad, kişi, uşaq, iri dad-haray çəkib mühakimə tələb etdilər. Tələblərində sabit durdular və arzularına çatdılar. İş istintaq olundu. Şuşa uyezd naçalniki ilə bərabər bəzi məmurlar suda verildilər.Kazakların Cavanşir uyezd naçalniki Pivovarov və pristav Şəfi bəy ilə bərabər Cavanşir kəndlərində icra etdiyi zülm və sitəmi müsəlmanlar eşidib bildilər. Heyf – dedilər. Çox pis iş olubdur, gərək elə olmaya idi! Söylədilər və... Bu faciəni nisyan bucağına atıb, işlərinin dalınca getdilər... Şayiələrə görə bu əhvalatı istintaq etmək üçün Cavanşirə məhkəmə məmurları göndərilibdir. Nəticəsi nə olacaqdır? Naçalnik ilə pristavın suda, verilməsi o yanda dursun, qorxuram ki, istintaqdan sonra bu zülm təkrar baş verə...
Poems by other poets · Satire
Çoxdandır köhnələrlə oturmuram, durmuram,Mənə özümə bənzər dost gərək, qardaş gərək.
Məqsəd nədirİrzaxan, anlat, sükutundan nədir son məqsədin?Aç nəhayət kartını, göstər bizə “nəqş”in, “bəd”in.
Tə’ziyə günlərindəSəsi artdıqca əza günləri fəryadımızın,Sayı cənnətdə çoxalmaqdadır arvadımızın:
Leyli-MəcnunEy dövlətimin zəvalı oğlum!Ey başı ağır bəlalı oğlum!