Oyan-buyan 4
Maarif işləri, yaxud şurayi-valideyn
B i r a t a – Cənabi müdiri-məktəb, sən mənim oğluma farsı, ərəbi, türki, nə bilim nə – nə deyirsən! Baba, oğul mənim dəyilmi? Mənim oğluma onlar lazım dəyil. Mənim oğluma lazım olan odur ki, bu gün bir urusu görəndə onunla “işto-mişto” eliyə bilsin. Allah atana rəhmət eləsin. Mənim oğlumu urusca öyrət.
O b i r i a t a – Cənabi molla! Sən mənim oğlumu kafir eləmək istəyirsən, amma mən razı olmayacağam. Oğul gərək müsəlmanlığında baqi qalsın. Təvəqqe eliyirəm, bundan sonra mənim oğluma bulud nədir, ildırım nədir, ulduz belə gəldi, filan... bu cürə sözləri deməyəsən. Mənim oğluma şəriət öyrət, şəriət. Çünki, istəyirəm sonra oğlumu təhsilə göndərəm.
Ü ç ü n c ü – Cənabi müdərris! Hərçəndi ola bilsin ki, sən məndən çox oxuyubsan. Amma mən özüm də az oxumamışam. Bu saat “Tarixi- Nadiri” su kimi içərəm. “Gülüstanı” sənin üçün göz yummadan oxuyaram. Firdovsidən yüz beyt əzbər bilirəm. Ona bina heç insaf deyil ki: Bər danayani romuzi agahi və dəqiqə şünasani hekməthayi ilahi... Ondan sonra:
Ki Rüstəm, yəli bud dər Sistan.
Mənəş kərdəəm Rüstəme-dastan.
Və bir də:
Bənde haman beh ke, ze təqsire xiş.
Ozr bədər gahe xoda avərəd.
kimi dil bilən bir atanın oğluna bu cür sözləri öyrədəsən. Məsələn, Qasım atdan düşdü. Yanan yerdən tüstü çıxar. Atam dörd put saman aldı... “Həqiqət insafdan kənar işdir”. Sən mənim oğluma farsı öyrət, farsı.
D ö r d ü n c ü – Cənabi molla, çox təvəqqe edirəm ki, mənim oğluma uruscanı öyrətmə. Qoy müsəlmanca oxusun. Urusca oxumasına böyük anası evdə razı olmur.
B e ş i n c i – Ağa molla, sən ki mənim oğluma bəzi vaxt hesab, kitab öyrədirsən, məsələn, bir tacir 600 pud qənd alıb, pudunu 1 manatdan satdı, nə bilim, 89 dəfə 100 neçə olar! Sən gəl o hesabları de ancaq oğlumun əvəzindən onları mənim özüm axşamlar sənin üçün çötkədə hesablayıb, səhər uşaqnan göndərərəm, yoxsa, oğlum uşaqdır, indidən ona o cürə hesab, kitab öyrətsən, axırda uşaq xarab olub, dələduz çıxar, uşaq nədir, o cür hesab-kitab işinə qarışdı nədir? Onunku odur ki, dərs oxusun, dərs.
M ü d i r –???!!.. (Bərk bir ah çəkdi.)
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-oyan-buyan-4
Use ← → keys to move, R for a random poem
More by this author
Bir neçə zaman bundan əvvəl məqalələrimizin birində millətimizə rəhbər və başçı olmalı adamlar lazımdır məalında bir şey yazmışdıq. Bugünkü halımız camaatın adamsız qaldığını və adama əşədd möhtac olduğunu ən müəssir bir surətdə göstərməkdədir. Bir tərəfdən zemstvo məsələsi, digər tərəfdən məktəb və ələlümum maarif məsələsi, bir yandan da qərəzi-şəxs həvəsilə iş görməyə atılıb da, camaatın zərər və fəlakətindən mənfəət aparmaq istəyənlərin əmal və hərəkatimüzürrəsinə qarşı məmaniət göstərmək məsələsi. Bunların hamısı həll və fəsilsiz qalmaqla nə qədər zərərləri movcib olur.Bu zərər və ziyanları görüb də dinməmək, danışmamaq məhz xəyanət və vicdansızlıqdır. Axırda camaatın fəlakətini mövcib ola bilən bu zərər və ziyanları dəf etməklə işlərimizi düzəltmək və hər bir işi öz yoluna qoymaq üçün adamlar lazımdır. Oylə adamlar ki, qəlbləri pak, niyyətləri xalis olmaqla bərabər qüvayi-ruhaniyyələri möhkəm və mətin olsun. Hissiyyat sahibi deyil, əqli-səlim sahibi olsunlar... Zira hər bir böyük işdə insan ancaq əqlini özünə rəhbər tutmalıdır. Yoxsa hissiyyata təvəssül edilərsə, işi batırar, yaxşı nəticə görməz. Doğrudur insanın hissləri iki cürədir: yaxşısı da var, yamanı da. Yaman hisslərin insanın qəlbindən bilmərrə məhv və nabud olmasının lüzumu şübhəsizdir. Yaxşı hisslərə dəxi o qədər nəşvü nüma verməməlidir ki, əqlisəlimə qalib gəlsinlər.
Tələbələr məsələsiQəzetəmizin dünənki nömrəsində ədib və müəllim möhtərəm Firidun bəy Köçərli cənabları oxuyan uşaqlarımızın müşkül halından bəhs edib, onlara bir çarə arayırlar. Ədadı məktəblərdə və seminariyalarda oxumaq istəyən, lakin pulsuzluq ucundan böylə nemətlərdən məhrum qalmış uşaqların halı nə qədər müşküldürsə, “student” namilə ali məktəblərdə oxuyan və ya oxumaq istəyən cavanlarımızın əhvalı daha ağır, daha müşküldür.Bundan əvvəl studentlərimizə ianə verib kömək edənlər yenə azçox olurdu, amma hal-hazırda bu ianə mənbəyi hər yerdən quruyubdur, odur ki, təhsili-ali şövqündə olan tələbələrimizin ədədi gündən-günə artmaq əvəzinə gündən-günə azalmağa üz qoyubdur. Bu xüsusda “Kaspi” qəzetəsində müsəlman tələbələrindən Hacınski cənabları öz zavallı yoldaşlarının ağır halından bəhs edib, camaatı ianiyə təklif eləyir. Lakin iş burasındadır ki, belə ianələr ilə bu mühüm işə əncam vermək olmaz. Burada elə bir iş görməlidir ki, mövcud tələbələrimiz maddi cəhətdən arxayın olub, təhsillərini bitirməklə bərabər, ali məktəblərə girmək istəyən cavanlarımız dəxi bu yolda maddi cəhətdən məmaniyət görməsinlər.
Ordan-burdan 44Dünən vədə verdik ki, məşhur xuliqanların adlarını yazaq; hərçənd bu xuliqanlar onsuz da camaata məlumdur, amma burada təkrar söyləsək mənfəətdən başqa heç bir ziyanı olmaz.Əvvəlinci, bu bir xuliqandır ki, bunun dili budur:
Ayrı söhbətRəmazan günü, bir nəfər “bizim adam” ilə bir nəfər yevropalı bir müsəlman şəhərin Quba meydanı və ya bazarbaşı kimi bir yerinə tərəf gedirlər.Və görürlər ki, orada bir xeyli camaat dövrə çökübdür. Yevropalı güman edir ki, burada mitinq qurulubdur.
Poems by other poets · Satire
Gecəyarıdan keçib, aləm yatıb, bir nəfərQəlbində sonsuz kədər,
Baba bəyin vəfatınaDiriğa, getdi bir-bir dərdbilənlər, fərd mən qaldım,Cahanda xatiri qəmgin, dili pürdəd mən qaldım.
Ay gülüm, nanayBakıda çox gözüqannıA gülüm, nanay nay nanay.
Odessa xəyalatıGündən-günə zülmün, a fələk, lap betər oldu,Hər kəs özünə çul toxudu, bəxtəvər oldu.