Yenə üsuli-təbii haqqında bir neçə söz
Page 3 of 4 · 50%
Lakin mən bu məsələdə tərəfgirlik etmək istəmirəm və çünki mənim aradığım həqiqətdən başqa özgə bir şey deyildir. Ona görə deyirəm ki, üsuli-təbii müəllimin “yumurtlamağından” ibarət olmadığı kimi, əsil üsuli-tərcümə dəxi “Filankəs” cənabları tərif etdiyi müəllimin dərsindən ibarət deyildir.
Əsil üsuli-tərcümə tələb edir ki, əcnəbi bir lisan öyrədilən zaman nə öyrənilən dil və nə də öyrətməyə vasitə olan dil xarab edilməsin, yəni hər iki dilin sərf və nəhv qəvaidinə və hər bir xüsusiyyətinə rəyət olunsun. Məsələn, rusca deyilir ki, “uçenik sidit”, yəni “şagird oturubdur”; daha məsəl: “ptiçka sidit na dereve”. Bu cümlənin ləfzən mənası “Filankəs” cavabları yazdığı kimi belə olur:
Ptiçka – quşcuğaz; sidit – oturubdur; na – üstündə; dereve – ağacın; daha doğrusu, ağacda. Daha bir misal:
“Malçik sidit na loşadi” – ləfzən mənası:
Malçik – uşaq; sidit – oturubdur; na – üstündə; loşadi – atın.
Məlumdur ki, bizim dilimizdə “oturmaq” ləfzi yalnız insanların bardaş qurub və ya diz çöküb bir vəziyyət almasını bildirir. Quş isə bardaş qurmaz və diz də çökməz, binaən əleyh oturmaz; o səbəbdəndir dilimiz quş üçün “qonmaq” ləfzi icad edibdir.
İnsanın qıçlarını atın belinə keçirib də, elə bir vəziyyət almasına da bizim dilimiz “minmək” adı qoyubdur. Amma rus dilində minməyə də, qonmağa da və oturmağa da “sidet” deyilir ki, bunun əsil mənası bizim dilcə oturmaqdır.
Buna görə də, quş ağacın üstündə oturubdur, demək, türk dilinin səhhəti nöqteyi-nəzərincə səhvdir.
Uşaq atın üstündə oturubdur və yaxud: Kərbəlayı Səlim atın üstündə oturubdur, demək dəxi türkcə deyildir.
Bu səbəbə görə də əsil üsuli-tərcümə ilə dərs verən müəllim uşaqlara əxtar etməlidir ki, əvvəlki mətləbi türkcə: quş ağaca qonubdur və ikincisini də, uşaq ata minibdir və “uçenik sidit” cümləsini də şagird oturubdur – deyə tərcümə etməlidir.
Daha bir-iki misal:
Rusca deyilir: “Mı stali çitat kniqu”. Bunun ləfzən mənası belədir: Biz durduq oxumaq kitabı. Bu sözlərin ləfzən mənasını öyrətməklə bərabər türkcə nə tövr demək lazım olduğunu da uşaqlara öyrətməlidir, yəni “Biz durduq kitab oxumağa”, yaxud “Biz kitab oxumağa başladıq”.
Söz yoxdur ki, rusca bir çox cümlələr də vardır ki, onların tərcüməsi lap başqadır. Lakin mən onları axtarıb yazmağı daha lazım bilmirəm. Burası hər bir müəllimə məlum və aşikardır. Mənim burada zikr etdiklərim ən adi və asanlardır ki, mən qəsdən onları götürmüşəm.
Qərəz, əsil tərcümə üsuli, uşaq anlamaq cəhətincə o nəhvilədir!
İndi baxaq görək bu üsulun yamanlığı və yaxşılığı nədir? Biz görürük ki, bu gunə üsuli tədrisdə uşağın qulağı bir dənə rus sözü eşidirsə, on dənə öz dilinin sözünü eşidir. Zatən bu üsul ilə uşaq rus dili deyil, öz dilini öyrənir, bilir ki, məsələn, türkcə “quş ağacda oturubdur” – demək olmaz və sairə. Öyrənilən çətin dil isə, uşağın nəzərində bir o qədər əhəmiyyət qazanmır!
Bu üsul ilə uşaq öyrənilən dilin iki kəlməsini bir-birinə yanaşdırıb, ən asan bir cümlə də tərtib etməyə qadir olmaz. Çünki öz dilinin rus dilindən nə qədər fərqli olduğunu düşündükdən sonra əli, ayağı boşalar.
Uşağa deyirsən ki, “on ne mojet çitat” və sonra ləfzən tərcümə edirsən. On – o; ne mojet – bacarmır; çitat – oxumaq.
Və sonra deyirsən ki, bu kəlməni türkcə nə tövr deməlidir? Uşaq cavab verir ki, o oxumaq bacarmayır. Halbuki bunun mənası belə deyildir, çünki o oxumaq bacarmayır, yəni o tamam bisavaddır və halon ki, “on ne mojet çitat”– “o oxuya bilmir” mənasındadır.
Pedaqogika nöqteyi-nəzərincə bu üsuli tədris naməqbul bir üsuldur. Çünki uşağa bir zamanda əcnəbi bir dili öyrədib, öz ana dilinin də filasofiyasının təlim etmək yaramaz. Uşaq çaşar, karıxar, korlaşar.
Bundan başqa, pedaqogika və didaktika tələb edir ki, dərs əsnasında uşaq dərsdə ciddi surətdə iştirak etsin (aktivnoe uçastie), yəni uşağın həm əqli işləsin və həm də hissiyyatı nəşvi-nüma etsin, uşaq fəaliyyət göstərsin, uşaqda iqtidar əmələ gəlsin (samostoətelğnostğ), dərs uşağı həvəsə gətirsin, onun üçün şirin görünsün, elə olmasın ki, uşaq dinməz-söyləməz oturub müəllimin qulaq taqqıldadan ya yuxu gətirən, ya əsnətdirən sözlərinə qulaq asmaqdan başqa heç bir həvəs, şövq, fəaliyyət, ciddiyyət göstərməsin (passivnoe uçastie) və axırda da hər bir həvəsdən düşüb dərsdən zəhləsi getsin. Halbuki üsuli tərcümədə uşağın təlim və təəllüm işində heç bir ciddi iştirakı olmayır, müəllim uşağa deyir ki, “Uçenik çitaet kniqu”, mənası: “Şagird oxuyur kitabı” – yəni (türkcəsi) – şagird kitab oxuyur. Deməli, müəllim dərsi halva qayırıb qoyur uşağın ağzına, uşaq da udur. Onun iştirakı ancaq halva alıb-udmaqdır. Halbuki şagird özü tikəni çeynəyib halva halına salmalı və sonra udmalıdır. Sən uşağa “uçenik”in mənasını şagird və yaxud şagirdin mənası “uçenik” olduğunu özün demə, sən dərsi elə bir yola sal ki, uşaq özü “uçenik”in şagird olduğunu kəşf etsin. “Çitayet”in – oxuyur mənasına olduğunu dəxi uşaq özü kəşf etsin. Kəşf etsin ki, əqli, xəyali, dərrakəsi tərbiyə tapsın və bu kəşfiyyatından dolayı uşaq özündə iqtidar hiss etsin. Dərsə qalib gəldiyini duysun ki, şövqühəvəsi dəxi artsın; yoxsa, sən uşağa, “ya” – mən; “idu” – gedirəm dedikdə, uşağa nə tərbiyə verərsən? Uşağın aciz olduğunu bildirib evini yıxarsan.
Tərcümə üsulunun bir yaxşı tərəfi var ki, bu üsul vasitəsilə uşaq öz dilini daha yaxşı öyrənir, lakin rus dərsi deməkdən bizim məqsədimiz, hansı dili öyrətməkdir?
Və bir də tərcümə üsulunun haman o yaxşı tərəfi eyni zamanda çox qorxulu bir tərəfdir. Çünki əsil tərcümə üsulilə dərs demək üçün müəllim öz ana dilini, o dilin qəvaidi sərfiyə və nəhviyyəsini və dilin hər bir xüsusiyyətini mükəmməl bir surətdə bilməlidir.
Əcəba, biz müəllimlər öz ana dilimizi mükəmməl bilirikmi? Biz yazıqlar hankı məktəbdə öz dilimizi oxumuşuq? Mən müəllimin, ana dilində yazılmış olan bu məqaləsi dil cəhətincə başdan-ayağa fahşxəta və səhvlər ilə dolu deyilmi? Biz müəllimlərin yüzdə doxsanı tərcümə üsulilə dərs verdikdə, “Filankəs”in yazdığı kimi dərs vermirlərmi? Və dilimizin içinə cürbəcür yanlış sözlər qatıb ana dilimizi xarab etmirlərmi?
Müəllim Əli cənablarına
Əfəndim, məqalələrinizdə başdan-ayağa qədər zərrəcə məntiq yoxdur. Əvvəlcə “üsuli-təbii”nin əcnəbi bir dili öyrənmək üçün “ən təbii və ən asanraq olduğunu” özünüz iqrar edirsiniz. Sonra “üsulitəbii”ni pisləyib məktəblərimizdə (öz təcrübəniz göstərdiyi üzrə) yaramaz olduğunu isbata çalışırsıniz. Axırda da hər iki üsulun tətbiqini müəllimin özü yaxşı bilər və bu yolda danışmaq müəllimin haqqına təcavüzkar – məalində sözlər deyib ən başda özünüz “əhəmm” adlandırdığınız məsələnin üstünü örtmək istəyirsiniz. Görünür ki, məqalənin axırını yazdıqda, başda nə yazmış olduğunuzu xatirinizdən çıxardırsınız. Bədə əz cümlə yazırsınız ki, “üsuli-təbii” o halda yarar ki, uşaq öyrəndiyi dildən başqa özgə dil öyrənməsin.
Xeyr! Üsuli-təbii hər yerdə və hər halda yarar. Ancaq bəzi halda verəcək olduğu səmərin tez bir zamanda verər, bəzi halda da həmin səməri gec zamanda verər. Məsələn, mən yapon dilini üsuli-təbii ilə Bakı şəhərində 2-3 il ərzində öyrənərsəm, həmin dili həmin üsul ilə Yaponiyanın özündə 5-6 aya qədər öyrənərəm.
Əcəba, bu iş bunu isbat edirmi ki, həmin yapon dilini mən tərcümə üsulilə 2-3 il ərzində, məsələn, bir il və ya il yarımda öyrənərəm, elə olan surətdə bəs nə üçün 7-8 il fars və ərəbcə tərcümə üsulilə dərs alan tələbələr, ən asan bir cümləni fars və ərəbcə söyləmək üçün dörd saat hıqqanırlar?!
Buyurursuz ki, uşaq əcnəbi dilindən üsuli-təbii vasitəsilə öyrənmiş birinci sözü dörd tərəfdən əsən bu yellərin (yəni ana dilinin) qabağında xatırını saxlaya bilərmi? Rəfiqim, sizin bu sözləriniz üsulitərcüməni müdafiə deyildir. Bəlkə həmin üsuli-təbii vasitəsilə öyrənilmiş sözləri xatirində saxlaya bilməzsə üsuli-tərcümə ilə tədris edilmiş sözləri bilkülliyə unudar.
Səbəbini qabaqda ərz etmişəm, görünür ki, elə mühüm yerlərə diqqət yetirmək istəməyibsiniz. Təkrar ərz edirəm, ancaq əvvəlcə bu bir-iki sözü deyirəm ki, həqiqət aranılan yerdə ifrat lazım deyildir. Siz baltanı dibindən vurursunuz, sizin o sözlərinizdən bu çıxır ki, heç dil öyrənmək lazım deyildir. Çünki dörd tərəfdən əsən yellər (ana dili) mümaniət göstərirmiş. Bu isə müqair həqiqətdir.
Allah-taala insanı o qədər zəif yaratmayıbdır ki, bir dildən başqa xatirində özgə bir dil saxlaya bilməsin. Halbuki beş-altı dil bilən adamlar çoxdur. Mən özüm və mən ilə bərabər 20-yə qədər yoldaşım seminariyanın axırıncı klasında olarkən gürcü məktəbində gündə üç saat rus dili öyrənib də başqa zamanları öz evlərində ana dilinin seyli içində keçirən gürcü uşaqlarına üsuli-təbii ilə bir il dərs verib də, bir ildən sonra bu uşaqların öz fikirlərini ifadə edəcək qədər rusca danışa bilmələrini görüb, zəhmətimizin yaxşı səmərə verdiyindən dolayı şad və xoşhal olduq.
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-yene-usuli-tebii-haqqinda-bir-nece-soz
Use ← → keys to move, R for a random poem
More by this author
Kimdən nə soruşdularLoğman həkimdən soruşdular ki, ədəbi kimdən öyrəndin? Dedi: – Bakının işkol uşaqlarından.
Ordan-burdan 19Dünyada olan bütün diri məxluqatın (hətta bəzi nəbatatın da) bir qüvvəyi-tədafüəsi vardır. Yəni bir karastısı var ki, onunla düşməni dəf eləyir.Məsələn, şirin və bəbir kimi heyvanların qüvveyi-tədafüəsi iti dişləri və dırnaqlarıdır.
Ordan-burdan 20Ha fikir edirsən, ha özünə təsəlli verirsən, ha deyirsən ki, Allah kərimdir, işimiz bu gün-sabah düzələr, ha papağını fırlayırsan ki, il gəlib keçsin, bir də baxıb görürsən ki, “millət irəli gedibdir”, ha eşidirsən ki, filan yerdə filankəs filan dana məktəb açdı, qiraətxana düzəltdi, pul bağışladı. Ha danışırlar ki, beş il keçməz müsəlmanlar yapon kimi tərəqqi edərlər. Ha deyirlər ki, indidən belə məscidlərdə başmaq, papaq, saqqal məsələləri müzakirə olunmayacaqdır. Ha inandırırlar ki, indidən belə orucluqda qəzetə oxumaq həlal olacaqdır. Ha söyləyirlər ki, daha ümumi mənafe üçün qurulan işlərin içinə qərəzi şəxsi soxulmayacaqdır. Ha deyirlər ki, daha bundan sonra müsəlmanlar arasında ittəhad və ittifaq olacaqdır, ha inandırırlar ki, müsəlmanlar millət, din və məzhəbi özlərinə bəhanə edib, partiyabazlıq salmayacaqlar. Ha deyirlər, ha söyləyirlər, ha inandırırlar, – yenə axırda baxıb görürsən ki:Əlif, zəbər ə, bey zən əb, cim, zəbər, cə, dal zən cəd – əbcəd!
Ordan-burdan 21BayramBu gün eydi fikirdir. Bu gün o gündür ki, camaatın ağzı açılıb, amma məscidlərin ağzı qapanır.
Poems by other poets · Satire
Yetişdi mövsümi-matəm, göz aç, ey şiə, yatmaqdan,Usanmaz şiə bu ayda nigarə qaş-göz atmaqdan.
Aclıq davasıAclıq davasında yoldan azanlar, qaçıb dazanlar, qəzet yazanlarüçün belə rəvayət edirlər: Saralüddövlə Kirmanşah döyüşündən sonra
Gözüm yolda qaldı könül intizarMirzə Fətəliyə*Gözüm yolda qaldı, könül intizar,
Arzu ("Nə dərs olaydı, nə məktəb, nə elmü sən’ət olaydı!")Nə dərs olaydı, nə məktəb, nə elmü sən’ət olaydı!Nə dərsə, məktəbə, elmə, filanə hacət olaydı!