Bədayeyi-təbiət
Ərzi-rüxi-bəhcət ediyor lövhi-təbiət,Feyzavəri-vicdan oluyor sanki həqiqet.Bir kuhi-sərəfraz oluyor zivəri-ənzar,Baxdıqca fərəhyabi-hüzuz olmada əbsar.Payində şu kuhun axıyor nəhri-səfadar,Nurdan yazılan xətt kimi sahədə parlar.Zibi-ləbi-cu, rayihəbəxşa gülü lalə.Növbarə kimi, bə'zi erib həddi-kəmalə.Baxdıqca gülə, laləyə, şol qönçeyi-alə,Bu gül, bu çiçəklər salıyor yari xəyalə.Qarşımda bir orman ediyor ərzi-lətafət.Guşi-dilə gəlməkdədir ahəngi-təbiət.Mə'şuqeyi-dil mənzəreyi-nəş'əfəzası,Vəcdavəri-can məşcəreyi-didərübası.Güllər gülüyor, quşlar oxur, feyz saçır bad,Ol sevgili quşlar ediyor naləvü fəryad.Möhnətzədələr hər biri bir dürlü nəvadə,San şivən edirlər bu çəmənzari-fənadə.Səyyadi-sitəmpərvərə nifrin ediyorlar.Cəlladi-cəfagüstərə təl'in ediyorlar.Zülm əhli xərab eylədi gülzari-vücudi,Eyvah, sitəm məhv elədi baği-şühudi.İştə axıyor hüznlü bir səslə bulaqlar,Dərxatir edib tişəni şaxlar üçün ağlar.Əvvəlcə məsərrətli könül yə'slə doldu,Gülzari-fəna qönçəsivəş çöhrəsi soldu.Aya bu nasıl mənzəreyi-faciəzadır,Hər "pərdə"si, hər "fəsli” səzavari-bükadır?Hər zərrədə məşhud olur asari-fəlakət,Bir cövhəri-qəmdənmi doğub tifli-təbiət?
Kitabxana.az · https://kitabxana.az/en/works/hadi-bedayeyi-tebiet
Use ← → keys to move, R for a random poem
More by this author
“Parlaq yaz!” deyənlərə*Deyirsiniz mənə: “əş’arı gəl açıq söylə,
Tamaşayi-riqqətəngizDün bir kişi, varlı bir adəm, qürurkar;Vəchində kibrlər oluyordu şəramisar...
Livayi-zəfərin tamaşasıÇıxanda göylərə şəhbali-e’tilayi-zəfər,Qanadlanır daha balalara səmayi-zəfər.
Ümid səhneyi-tamaşayi-həyatın ruhudurMən bir günəşəm, yerdə əyandır ləmə’atım,Şe’rimdə parıldar duruyor çöhreyi-zatım.
Poems by other poets · Nature and spring
Göylər örtmüş başınaBuludlardan kəlağay.
میگفت به سرو در چمن فاختهایهر چند به ما سایه نینداختهای
The Treasury of Mysteries, chapter 17The wind lifted the veil sideways. The master hastily returned to his love-making.He saw one with scented breath and sweet laughter, who had given colour to the rose and sweetness to sugar.
Gəraylı: Rüxsarın ətrafında nə xoşRüxsarın ətrafında nə xoşDüşübdür danə xalların