Huri-hürriyyətə

Dil istər ibtisamını, gül, ey nigar, gül!Tərk eylə iğbirarını, ey işvəkar, gül!Bir tərzi-dilrüba ilə, ey dilşikar, gül!

Üşşaqın intizardadır, nazlı yar, gül!Qaldır hicabı, ey mələki-xüldzar, gül!

Etmə bu rütbə sətri-rüx, ey huriyi-cinan,Sənsiz bu gün ağlayır ənzari-xakidan.Bir gülməyinlə giryə cahandan olur nihan,Ol ləbgüşayi-xəndə ki, gülsün zəmin, zaman.

Hər gülməyin min gül açar, ey bahar, gül!Hər mənzərən min dil açar, ey nigar, gül!

Bilməm nədir üzündəki asari-iğbirar?Ey qönçeyi-səbahət, açıl, olma pərdədar.Çeşmi rəində, baği-təmənnadədir həzar,Bir bunca etmə qəlbi-həzari cərihədar.

Bülbül gözü yolundadır, ey gül'üzar, gül!Güllər açar da, sən açıl, ey növbəhar, gül!

Aləm görürsə məst olacaqdır xuramını,Həsrətkəşani-eşqinə sun vəsl camını,Doldur bu cama badeyi-şövqü qəramını,Çək tiği-intiqamını, al sonra kamını,

Ey afəti-zəmanə olan kamkar, gül!Ləbriz oldu sağəri-səbr, ey nigar, gül!

Ərbabi-eşqə bunca sitəmlər rəvamıdır?Hər dəmdə min cəfa çəkilir, ibtilamıdır?Könlüm Hüseyn, ərzi-dilim Kərbəlamıdır?Sənçə cəfa, yoxsa ki, eyni-vəfamıdır?

Azadələr dimanınə ləbtəşnə yar, gül!Ey hökmdari-təxti-cəfa, zülmkar, gül!

Çox dəymə, sevdiyim, dili-möhnətmədarıma,Rəhm eylə kimsəsiz yaşayan qəlbi-zarıma,Bir gün gəlir də zair olursan məzarıma,Ağlarsan onda qəmli bu cismi-nəzarıma,İndi inayət eylə mənə, ey nigar, gül!Tərk eylə iğbirarını, ey işvəkar, gül!

Qəlbin nədir? Ahənü ya səngxarəmi?Lütf eyləməzmisən bu dili-dabdarəmi?Etmə xəraş dəsti-qürurunla yarəmi,Bilməm bu həsrəti-dil aparsın məzarəmi?

Ey qönçeyi-əməl, fəmin aç, pürməsar gül!Hürriyyətin baharıdır, ey növbahar, gül!

Tutmuş səhabələr üzünü nuri-mahımın,Məndənmi münfəil dili ismətpənahımın?Əvf istərəm də, nadimi oldum günahımın,Bicamıdırmı hikməti fəryadü ahımın?

Əfv eylə cürmümü, ey inabətşüar, gül!Ey könlümə mədari-təsəlli nigar, gül!

Rö'yada görsəm ər o behişti cəmalını,Verməm həqiqətə bu vüsali-xəyalını,Əlfazə sığmayır deyim ülvi məalını,Gəl xəndəzarə, tərk elə bu infialını,

Ey fatehi-mülukəti-dil, şəhriyar, gül!Üftadənə tərəhhüm et, ey şəhsüvar, gül!

Yoxdur təhəmmülü dili-zarın bu nazə, ah!Oldu yolunda ömri-giranmayəmiz təbah,Təqib edər şamı, təbii ki, bir səbah,Ərzi-cəmali-xəndə qıl, ey nuri-intibah.

Gül, gül, a sevdiyim, yenə gül, pürməsar gül!Tərk eylə iğbirarını, ey gül'üzar, gül!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love