Qar yağaraq dünya açmış ağ çiçəkNə qoyun var otlaqlarda, nə inək.Dəyirmanı axar sular fırladır,Suyun səsi ağacları yuxladır.İçərisi dəyirmanın tutqundur,Hər yer ağdır, tavan, taxça, dam undur.Qızıl günəş yanırsa da bacadaSınıq lampa tüstüləyir taxcada.Bir bucaqda cındır yataq salıblar.İki körpə kor yuxuya dalıblar.Onlar tozlu dəyirmanda doğulub,Gül açmadan öz qınında boğulub.Kiçiklikdə olursalar dərbədər,Böyüyərək bir gün... gedərlər.Şorba yeyib, bit içində yaşarlarDağı, daşı aşarlar.Keşik çəkib sarayların önündə,Cavanlıqda yaşarlar it kökündə...Qayıdarkən kəndə yeri əkərlər,Meşələrdən quru odun çəkərlər.Arvadların qoruyarkən ərbabdanÜzlərinə ağız açar kor zindan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring