Ağabəyim ağa qara paltarda kənizləri ilə birgə səhnəyə daxil olur. Saday bəy ilə Əbülfət xan da oradadırlar.

Ağabəyim ağa

Bu nə dəhşətdir, ilahi! Azərbaycan torpağında axıdılan bu günahsız qanlar bəs deyilmi? Ey böyük Yaradan, sənin dərgahında mənim günahım necə böyükdür ki, mənə bu qədər əzab verirsən? Gör neçə ildir ki, mən bu qara libasdan çıxa bilmirəm? Əvvəl bu dünyadan nakam köçmüş bacım Səltənət bəyim... Sonra da... Yerlər, göylər bu dəhşətə necə dözdü, necə? Elə bil, məni dəmir məngənə arasına qoyub sıxırlar. Qoy böyük Yaradan sizin kimi Azərbaycan igidlərinin qılıncını əlindən salmasın. Bu, yalnız bizim faciəmiz deyil. İbrahim xanın rus padşahının sözlərinə inanıb, ona tabe olması bizim gələcək nəsillərimizin də faciəsidir. İbrahim xanın bu səhvi onları da tarixin müşkül tilsiminə saldı. Mənim əziz həmvətənlərim, Azərbaycan türkləri heç bir zaman yadelli padşahın zülmünə tabe olmayacaq. Həmişə vətənin azadlığı uğrunda vuruşacaq.

Dalbadal atılan güllə səsləri altında səhnə qaranlıqlaşır.

Pərdə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets