Gəlin düşünür...
Düşüncə var – şirin olur,Düşüncə var – acı olur.Bəzən onlar bir ürəkdə –Qardaş olur, bacı olur.
Gözəl gəlin, dünya nəydi,Acı-şirin olmasaydı.İnsan insan olardımıBulud kimi dolmasaydı?
Nə yollara göz dikmisən,Nə dənizdən gələnin var.Bəs neçindir qəlbindəki,Qəmli, həzin pıçıltılar?..
Saf çöhrəndə bərq vurduqca,Günün şövqü, ayın nuru –Sən anları əridirsən,Gözlərində ər qüruru.
Sevgilini görməyirsən,Buludlardan yuxarıdı.Onu bizdən alıb gedən,Nə yel, nə çay axarıdı..
İndi onu düşünsə dəMilyon gəlin, milyon ürək.Ulduzların arasında,O da səni düşünür tək.
Gözəl gəlin, çatan kimiYarın zöhrə ulduzuna –Xoş müjdələr gətirəcəkGöy qızından, yer qızına!
Kitabxana.az · https://kitabxana.az/en/works/islam-seferli-gelin-dusunur
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Qasımım, zülfi-xəmin üzdə hüveyda görünür,Bu əcəbdir ki, gün üzrə şəbi-yelda görünür.
Pişvaqiədən: Feyzi-əşkin talibi çeşmin bükadan saxlamazFeyzi-əşkin talibi çeşmin bükadan saxlamaz,Lülüi-saf istəyən bəhrin sədəfdən saxlamaz
Unut məniSaralan yarpaqlarısaxlamırsa budaqlar,
DünyadaQafil dilim, bu nə yoldu tutubsan,Sərf edirsən nə kamaldı dünyada.