Sular aydın, göy ləkəsiz,Şəhər saldıq bu yerdə biz.Qoy birləşsin ürəyimizMingəçevir dənizində.

Gəzdirdikcə bizi yelkən,Ulduzların altında mən.Kaş öpəydim tellərindən,Mingəçevir dənizində.

Muğan girib al qumaşa,Tamaşadır başdan-başa.Yelkən açıb, gəzək qoşa,Mingəçevir dənizində.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets