Pəltək
Özü vəznsiz adam,Yazısı hecalıdır.Dili ilan dili tək,Yamanca haçalıdır.
Yeni fikir, təzə söz,Ülvi şeriyyətindir.Dili pəltək şairiOxumaq nə çətindir!
Bəzən durub düşünür,Xəyala dalıram mən.Ey onun həmyaşları,Günah sizdədir deyən.
Sümüyünü bərkidib,Qoltuğuna verdiniz.Kif atmış bu nadanıŞairə çevirdiniz.
Ömrünün bu yaşında“Dostları” rəng-rəng olub.Tərif azarı onunCanında xərçəng olub.
Kitabxana.az · https://kitabxana.az/en/works/islam-seferli-peltek
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Dilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
Bala xanımYazdım sənə bu naməni, dilbərim,Oxu məzmununu qan, Bala xanım.
BilginənYaxşı tanı Ələsgəri, Qurbanı,Neçə belə nər aşığı bilginən.
Qəzəl: Dəmbədəm nalan olarsam, nola, manəndi-həzarDəmbədəm nalan olarsam, nola, manəndi-həzar,Görmədim buyi-vəfasın qönçədən, ey gülüzar