Yatmağa hazırlaşan Cahandar ağa nökərlərdən ot tayasına od vurulduğunu eşidən kimi çırağı söndürdü. Belə hallarda düşmən pusquda dayanıb, qapını gözlədiyini yaxşi bildiyindən, tüfəngi götürüb pəncərədən bayıra atıldı. Həyətə çıxmayıb, birbaş evin dal tərəfinə hərləndi. Çəpərin dibinə sinəsinə kölgə kimi sürünüb, talvarın altına gəldi. Dirəyə daldalanıb, itlərin qəzəblə hürdükləri tərəfə bir-iki güllə atdı. Qaranlıqdan onun atəşinə atəşlə cavab verdilər. Yaşıla çalan barıt alovu parıldayıb söndü. Cahandar ağa tətiyi bir də çəkib işıq gələn səmtə atəş atdı. Çaxmağı hərləyib yenidən nişan almaq istəyirdi ki, itlər qaraltını qovub sahilə endirdilər. Kişi "ayə, qoymayın!" - deyə qıy çəkdi. Nökərlər əllərinə nə keçdisə götürüb darvazadan çıxdılar. Tapdıq tövlədəki atlardan birini yallayıb belinə qalxdı və siyirməxəncər sahilə doğru çapdı.

İtlər qaraltını yaxaladılar. Onu əvvəlcə kəndin içinə doğru, sonra isə yanan tayalara tərəf qovdular. Cahandar ağa qaraltı alovun işığına çıxan kimi nişan almaq üçün barmağı tətikdə hazır dayandı. İtlər qaçanın qabağını kəsdilər. Cahandar ağa hiss etdi ki, at bürküb fınxırdı və birdən sıçrayıb üzüaşağı, Kürə doğru çapdı. İllər ondan əl çəkmədilər. Kişi yenə bir-iki güllə atdı. Nökərlərin qaçan adamı qamarlamağa çalışdıqlarını bilib gözlədi. O hiss etdi ki, Tapdıq itlərin geri qaytardığı adamın qabağını kəsmək fikrindədir.

İtlər birdən uçurumun kənarında dayandılar. Ağır bir şey şappıltı ilə suya düşdü. Cahandar ağa itlərin sahildə dayanıb hürmələrindən anladı ki, atlı aradan çıxdı. O ya suya batıb qaldı, ya da ki, üzüb özünü adadakı cələyə saldı.

O, səs-səmir kəsəndən sonra tüfəngini çiyninə alıb ağır-ağır evə qayıtdı. Təlaş içində eyvanda dayanan Mələyə fikir vermədən içəri keçdi. Tüfəngi taxtın üstünə atdı və yalnız bundan sonra arvadını səslədi.

– Gəl çırağı yandır, özün də keç o biri otağa!

Mələk səs salmaqdan ehtiyat edirmiş kimi barmaqlarının ucunda gəlib, hələ istisi soyumamış şüşəni çıxartdı. Fitili yuxarı çəkib alışdırdı. Otağa solğun bir işıq çilənəndən sonra ərinin üzünə baxmağa cəsarət etmədiyindən səssizcə kölgə kimi çəkilib qapının dalında əridi. Cahandar ağa papiros eşib müştüyə keçirdi, acgözlüklə papirosunu sümürə-sümürə otaqda gəzdikcə tüstü-duman evi bürüdü. Kişini fikir gotürdü. Tez-tez "mənə sataşan kim olar?" - deyə özünə suallar verdi. "Bu, uşaq-muşaq işi deyil. Gələn oğru da deyildi. Oğru olsaydı tövləyə, ya da xalxala basqın edərdi, daha çöldəki otlara od vurmazdı. Yox, bu kimdirsə mənə sataşır. Bəlkə o gədədir, Şamxalın hayıfını məndən almaq istəyir? Yəni belə işə cürət edər? Yox, ağlım kəsmir. Gəmiçi Qocanın oğlunu qan ha örtməyib, belə qələt eləsin. İnanmıram. Yaxşı, bir hovurluğuna deyək ki, otu o yandırıb. Bəs Salatına güllə atan kim idi? Onda ki Şamxal məsələsi yox idi. Deyəsən burda ayrı əl var. Bəlkə... Cahandar ağa duruxdu. Mələyin əvvəlki ərini indiyə qədər yadına salmadığına, bu barədə təzə arvadı ilə bir kəlmə danışmadığına özü də təəccüb etdi. - Necə olub ki, bu mənim ağlıma gəlməyib? Onun kimliyini öyrənməmişəm. Elə o olacaq. Yoxsa heç kəs cürət edib mənim evimin həndəvərinə hərlənməz. Hələ bu kənddə indiyəcən qabağımdan söz qaytaran olmayıb. İndi isə mənə sataşırlar. Elə bu onun işidir. Görünür, hələ məni yaxşı tanımır".

Kəndin bir az bundan əvvəl ağız-ağıza verən itləri səslərini kəsdilər. Nökərlər geri qayıtdılar. Darvazanın ağzında dayanıb qaranlığa hürən itlər zingildəyib susdular. Cahandar ağa gözünü qapıya zillədi. Nökərlərin nə xəbərlə gələcəklərini gözlədi. Hamıdan sonra həyətə girən Tapdıq atı dirəyə bağlayıb, ağanın yanına gəldi. Cahandar ağa gözünü geniş açıb qapının ağzında dayanan nökəri süzdü. Onun yoğun, zəhmli səsi eşidildi:

– Nə oldu?

– Tuta bilmədik, ağa, mən qabağını kəsənəcən özünü suya atdı.

– Belin qırılmamışdı ha, dalınca niyə getmədin?

– Sözün düzü, qısqandım.

– Nədən?

– Axı tüfəngli adamın üstünə əliyalın getmək çətindir.

– Bəs belindəki nədir?

– Xəncər tüfəng deyil ki, kürəyini odlayasan, ağa, əgər tüfəngim olsaydı, əlimdən qaça bilməzdi. Aramızda bircə güllə mənzili qalmışdı. Neyləyim, mən özümü yetirənəcən suyu keçib cələyə girdi.

– Yaxşı, tüfəng də verəcəm. Görüm onda sözün nə olacaq... Heç olmasa tanıya bildinmi?

– Yox, tanıya bilmədim.

– Çərkəz deyildi ki?

– Kim? Çərkəz? Yox, ağa, nə danışırsan! Çərkəz olsaydı, o saat tanıyardım. Kim idisə bura adamına oxşamırdı.

Cahandar ağa ağır sükut içində bir xeyli qarşısında dayanan nökərə baxdı. Sonra iri müştüyə keçirdiyi papirosunu tüstülədə-tüstülədə otaqda gəzindi. Tapdıq bu iri bədənli kişinin qurğuşun qaldırırmış kimi ağır-ağır tərpəndiyini, sir-sifətindən zəhrimar yağdığını, gözlərinin yenə qızarıb qan çanağına döndüyünü gördü və anladı ki, ağası bu saat qana həris bir yırtıcı kimi əlinə keçəni parçalamağa hazırdır.

Cahandar ağa onun qabağında dayandı. Qaşlarını çatıb zəhmlə nökərə baxdı.

– Deyirsən bura adamına oxşamırdı, hə?

– Bəli, ağa, nabələd adamdı.

Kişi papirosunu sümürüb yenə otaqda gəzindi. Tapdıq cansıxıcı sükutdan yaxasını qurtarmaq üçün astaca diləndi:

– Ağa, deyəsən, gülləniz boşa çıxmayıb.

Cahandar ağa dabanı üstündə geri fırlanıb, eşitdiklərinə inanmırmış kimi gözünü Tapdığa zillədi. Onun qıllı qaşları bir-iki dəfə qalxıb-endi.

– Nə dedin?

– Dedim ki, gülləniz boşa çıxmayıb. O adam kimdirsə, yaralıya oxşayırdı. Deyəsən atına da güllə dəymişdi.

– Nədən bilirsən?

– Bundan, - deyə Tapdıq əlindəki yun başlığı göstərdi. – Qana bulaşıb.

– O nədir?

– Başlıq.

– Kimindir?

– Bilmirəm... Yarğanın qaşından tapdım. Görünür, itlər onu təntidib suya salanda başından düşüb.

– Göstər görüm.

Tapdıq başlığı taxtın ayaq tərəfində işığa sərdi. Cahandar ağa diqqətlə qotazlı yun başlığın ləkələrinə baxdı. Qanın təzə olduğunu görüb, özündən razı halda güclə sezilə biləcək tərzdə gülümsündü. Ancaq onun gözlərində ani qığılcım kimi parıldayan sevinc tezcə də yox oldu. Bəbəkləri qəzəblə alovlandı.

– Bəlkə o biqeyrət köpəkoğlu papağını da qoyub qaçıb? Əməllibaşlı yoxladın?

– Rast gəlmədi, ağa, qaranlıqda bir şey ağardığını görən kimi atdan düşüb baxdım. Başlıqdan başqa heç nə tapmadım.

– Gərək tapaydın.

– Ala-torandan yenə gedib baxaram. Papağı düşmüş olsa, tapıb gətirərəm.

– Sən elə bilirsən papağını itirmiş olsa, dalınca geri qayıtmaz?

– Ağlım kəsmir.

– Yekə-yekə danışma. Bu saat gedib anbardakı tüfəngdən birini götür Uşaqlardan da kimi istəyirsən özünlə apar. Sabahacan suvadağı kəsib pusquda durun. İşdi, o geri qayıtsa, ya ölüsünü, ya da dirisini məna gətirin. Başa düşdünmü? Di yeri!

Tapdıq gedəndən sonra evdə tək qalan Cahandar ağanın qəlbinə indiyə qədər duymadığı bir yalqızlıq kədəri çökdü. Kişi yanında isti və doğma bir nəfəsin olmadığını ilk dəfə duyub qüssələndi. "Təklik yaman şeymiş" - deyə xəyalından keçirdi. Ona elə gəldi ki, obalar yaylaqdan köçüb gəlmiş, o isə yurdda tək qalmışdır. Nə bir səs var, nə də səmir. Sükutdan qulaq cingildəyirdi. "İki oğuldan biri yanında olmaya, axırda da nökərin ümidinə qalasan, heç bundan da böyük dərd olarmı? -deyə düşünən kişi qəhərləndi. -Birini göndərmişəm oxumağa, o biri də ki, belə. Yanımda olsaydılar, bəlkə də bu işlər başıma gəlməzdi. Gərək Əşrəfin getdiyinə razı olmayaydım... Amma yox, oxumaq yaxşıdır. Qoy lap böyüsün, divan-dərə ilə yaxın olsun. Deyəsən, indiki zamanda bir yanım hökumətə söykəməsən iş keçməyəcək. Bəlkə elə Əşrəfin özünü pristavdanzaddan qoydular. Onda bəndəvərimə heç kəs hərlənə bilməz. Lazım gəlsə onu padşahın oturduğu şəhərə də göndərərəm, təki fərasətli olsun. Bəlkə heç sözümə baxmadı'? Şamxal kimi zaylıq elədi? Yox, elə şey olmaz. Əşrəf gərək mənim zənnimi itirməsin".

Kişi ağır düşüncələrin pəncəsindən yaxasını qurtarmaq və ürəyinə dammış şübhələri aydınlaşdırmaq üçün arvadını səslədi. Bayaqdan qonşu otaqda oturub, intizarla ərinin nə deyəcəyini gözləyən Mələk dərhal içəri girdi. Ürəyi döyünə-döyünə ərinin üzünə baxdı.

– Nə deyirsən?

– Yerdən-zaddan sal yataq. Mərdimazar köpəkoğlu olmasaydı, indi iki yuxu almışdıq.

Mələk dərhal yük yerindən yorğan-döşək gətirdi. Taxtın yuxarı başında ərinə yer saldı. Yastıqları qoşalayıb yanaşı qoydu. Ərinin işarəsini gözləmədən pəncərənin taxtasını basdı. Kişinin tüfəngini və xəncərini götürüb, həmişəki kimi divardan asmaq istədi, ancaq əri razı olmadı.

– Gətir yanıma qoy. Qoltuqaltını da bəri ver.

– Yatdığımız yerdə bunları neyləyirsən?

– Sənə borc deyil, nə deyirəm, ona bax!

Mələk ərinin sözünə əməl etdi. Kişinin paltarını və uzunboğaz çəkməsini götürüb bir tərəfə qoydu. Taxtın aşağısındakı yun başlığı görəndə üzünü ərinə çevirdi.

– Bunu niyə bura atıbsan? Özü də qana bələnib?

– Mənimki deyil.

– Bə kimindir?

– Nə bilim? Uşaqlar suyun qırağından tapıblar. Bax gör, bəlkə tanıdın?

Mələk ürəyinə qorxulu bir şey daman adamlar kimi əsə-əsə başlığı götürdü. Öz əli ilə düzəltdiyi qotazları görəndə gözünə qaranlıq çökdü. Elə bil otaq başına hərləndi. Bir xeyli beləcə dayandı və birdən bilmədən əlinə ilan götürən adam kimi dəhşətə geri sıçradı. Başlığı yerə tulladı. Özü də hiss etmədən:

– Onundur! - deyə qışqırdı.

Cahandar ağa dik atıldı. Hələ də özünə gələ bilməyən arvadının başının üstünü kəsdirdi:

– Kimindir?

– Allahyarın.

– Allahyar kimdir?

– Əvvəlki...

– Ərin?!

– Hə.

Cahandar ağanın dişləri kilidləndi. Onun fısıltısını qulağının dibində eşidən Mələk nə edəcəyini bilmədiyindən, yumaq kimi büzüşdü.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Üçüncü hissə, 17

Cahandar ağa bütün gecəni at belində yol gəldi. Qalın meşələrdən necə keçdiyini, köpüklü çayları nə vaxt adladığını, dolama cığırlarla bələnləri haçan aşdığını bilmədi. Qəmər arada addımlarını yavaşıdanda onu mahmızladı, atın yorulmasına fikir vermədi. Bütün yolu çaparaq gəldi. O, mənzilə yaxınlaşdıqca daha da həyəcanlanırdı. Ürəyi yumaq kimi bükülür, nəfəsi darıxırdı. Kişi qorxurdu. Yaylağa yetişən kimi binədə bədbəxt bir hadisə ilə qarşılaşa biləcəyini xəyalına gətirdikcə bədəni buz kimi soyuyur, alnına tor gətirdi. O, evdəkilərin birinin ölümünə, mal-qaranın oğurlanınasına dözə bilərdi. Ancaq arvad-uşağın namusuna sataşılmış olsaydı... Aman Allah, sən belə bir rüsvayçılıq eləmə!!!Cahandar ağa istəyirdi ki, lap tezdən binələr yuxudan ayılmamış özünü yaylağa yetirsin, heç kəsin gözünə görünmədən alaçığa girsin, əhvalatın nə yerdə olduğunu öyrənsin. Əgər bir bədbəxtlik üz veribsə, onun keçirdiyi iztirabları heç kəs görməsin. Camaatın gözü qabağında zərbə almaq və qovşurulub-qıvrılmaqdan dəhşətli nə ola bilərdi?

19578 min
Üçüncü hissə, 18

Cahandar ağa səhər tezdən atın örüyünü dəyişdirmək üçün dəyədən çıxdı. Tüfəngini əlinə alıb, binələrin aşağı tərəfindəki çəmənliyə getdi. Çisəkləyirdi. Hər yeri duman bürümüşdü. Beş-on addımlıqdakı qaraltılar güclə seçilirdi. Otlar yuyulub sürüşkənləşmişdi. Havanın soyuqluğunu adam nəfəs aldıqca ciyərlərində hiss edirdi. Dəyələrin ətrafında dolaşan itlər tənbəl-tənbəl hürürdü, xalxaldakı dana-buzov mələşirdi. Binə mürgüləyirdi.Cahandar ağa səksəkəli idi. Axşam, əl-ayaq yığışdırılandan sonra itlərin arasına çaxnaşma düşmüşdü. Sığırçılar kimi isə qıya basmışdılar. İtlər binələrin üstündəki yola qədər getmişdi. Nökərlər hər yeri, arxacı, xalxalı dönə-dönə yoxlamış, atın örüyünü dəyişmiş, hər şeyin yerində olduğunu söyləmişdilər. "Yəqin yol adamları imiş", – deyə kişini sakit etmişdilər.

19578 min
Dördüncü hissə, 1

Axşam qaranlığı qatı bir kölgə kimi Qorinin üzərinə çökmüşdü. Yarımca saat bundan əvvəl zirvəsində günəşin son sarılıqlarını əks etdirən dağlar boyun-boyuna verib mürgüləyirdi. Buranın təbiəti şimala bənzəmirdi, nə bəyaz gecələr, nə də uzun sürən yay axşamları var idi. Birdən-birə zil qaranlıq çökür, birdən-birə də dan yerində şəfəqlər oynaşırdı.Semyonov artıq bunlara vərdiş etmişdi. Əvvəllər Peterburqun bəyaz gecələrinə vurğun olan Dmitri Dmitriyeviç indi də cənub axşamlarına məftunluq göstərirdi. O hər axşam pəncərə qabağında dayanıb qüruba tamaşa etməyi sevirdi. Bu gün də adəti üzrə, həmişəki yerində durub üfüqlərə baxırdı, bağ-bağat içində itən Qorinin kiçik daxmalarında yanan çıraqlar qaranlıqda parıldayan yalqız qurdları kimi işıldayırdı.

195710 min
Dördüncü hissə, 2

Damların və çardaqların üstündə axşamdan təzək yandırmışdılar. Gecədən xeyli keçməsinə baxmayaraq, hava durğun olduğundan kəsif tüstü layları kəndin üstünə çökmüşdü. Bir yarpaq, bir ot belə tərpənmirdi. Ağcaqanad sürüsünün vızıltısı bir-birinə qarışıb kəndə züy tuturdu. Hər şey susmuşdu. Anası Osmana axşamdan damın üstündə yer salmışdı. O, yatıb yuxuya qalmamaq üçün tezdən yorğan-döşəyə girmişdi, ancaq gözünə yuxu getmirdi.Mina xala oğlunun yanında oturmuşdu. Arvad Osmanın köynəyini dizinin üstünə qoyub yamayırdı. Düz üç gün hər yeri gəzmiş, qonum-qonşuya ağız açmış, hətta şəhərə gedənlərə yalvarmışdı ki, ona beş-altı metr parça alsınlar, sonra əlinə pul düşən kimi borcu qaytarar. Ona əl tutan olmamışdı. Axırda hər yerdən əlacı kəsildiyindən, oğlundan xəlvət qapılarındakı yeganə xoruzu tutmuş, qonşu kənddəki dükana gedib parça istəmişdi. Dükançı bir arşından artıq parça verə bilməyəcəyini söylədikdə isə "ağrım ürəyinə, xoruzu sənə verməkdənsə, kəsərəm, uşağım yeyər" – demiş və birbaş evə qayıtmışdı. O, oğlunun əynini təzələməyə çalışmış, yoldaşlarının yanında Osmanın utanmasını istəməmişdi. İstəmişdi ki, Osman qərib yerə ürəyi sınqın, əyni çılpaq getməsin. Ancaq nə edəsən ki, yoxdan Allah da bezardır.

195710 min

Poems by other poets