VI fəsil, 4
Birinci eşelon stansiyanın iki verstliyində dayandı. Yol yenə bağlı idi. Eşelon rəisi vaqondan düşüb əsgərlərin müşayiəti ilə vağzala yaxınlaşdı və birbaş rəisin otağına keçdi. Xudadat bəy, Səfikürdski və zirehli qatarın komandiri içəridə oturmuşdular. Onları görən eşelon rəisi azca özünü itirsə də, amiranə tərzdə vağzal rəisinə müraciət etdi:
– Yolları nə üçün açmırsınız?
Xudadat bəy sakitcə ona cavab verdi:
– Əyləşin, məsləhətimiz var.
Komandir narazılıqla qaşqabağını turşaltdı və gurhagurnan yanan sobanın yanında oturtdu. Araya xeyli sükut çökdü. Söhbəti necə, nədən başlamaqda çətinlik çəkirdilər. Nəhayət, Xudadat bəy astadan dilləndi:
– Əvvəla sizi müharibəni qurtarıb sağ-salamat evinizə qayıtmağınız münasibəti ilə təbrik edirəm. Əsgərlərin sevincinə ürəkdən şərik olduğumuzu bildirirəm. Amma bir məsələ bizi narahat edir. Siz öz silahlarınızla birlikdə geri dönürsünüz. Topla-tüfənglə vətənə qayıdırsınız. Belə bir dönüşün sizə nə xeyri ola bilər? Sizi - hazır əsgərləri, yeni döyüşlərə, toqquşmalara göndərə bilməzlərmi?
Komandirin qaşları çatıldı, alnı qırışdı və gözlərini qaldıraraq təəccüblə Xudadat bəyin üzünə baxdı:
– Nə demək istəyirsiniz?
Xudadat bəy söhbəti çox uzatmağı lazım bilməyib suala sualla cavab verdi:
– Ordudan qayıdan əsgərlərin silah nəyinə lazımdır?
– Silahsız da ordu olarmı?
– Düz deyirsiniz, silahsız ordu olmaz, amma siz artıq ordu deyilsiniz. Sizi Vətənə qayıdan kimi fəhlələrin, kəndlilərin, inqilab etmiş camaatın üstünə göndərəcəklər. Əliniz qardaş qanına boyanacaq, qırğın törəyəcək. Bütün bunların olmaması üçün təklif edirik: silahlarınızı təhvil verin!
Eşelon komandiri yerindən dik atıldı. O, sözün bu yerə gəlib çıxacağını gözləmədiyindən səsini bir qədər ucaltdı:
– Bəs, bu silahlar sizin nəyinizə lazımdır?
– Biz yeni hökumət yaradırıq. Bizə ordu və ordunu silahlandırmaq üçün silah lazımdır.
Komandir otaqda fikirli-fikirli xeyli gəzindi, pəncərədən yollara, "fis-tısla" işləyən parovozlara baxdı. Sağa-sola hərəkət edən dəmiryolçuları seyr etdi, onların kəsik-kəsik çaldıqları tütək səslərinə qulaq asdı və birdən dabanı üstə fırlanıb üzünü Xudadat bəyə tutdu:
– Əgər təslim olmasaq, silahları təhvil verməsək, onda nə edəcəksiniz?
Xudadat bəy kəskin və ciddi suala, kəskin və ciddi cavab verməyi qərara aldı:
– Onda araya qan düşəcək, mən isə bunu istəmirəm.
Komandir söhbətin bu yerində sözünə ara verib "mən məsləhətləşməliyəm" deyə cavab verdi və dərhal bayıra çıxıb müşayiətçilərin müşayiəti ilə eşelona doğru getdi. Yarım saatdan sonra qatarın önündə ağ bayraq dalğalandı və eşelon vağzala yaxınlaşdı. Vaqonlardan tökülən əsgərlər tüfənglərini yol kənarında dayananlara təhvil verdilər. Sonra at qoşulmuş toplar, iri çaplı pulemyotlar vaqonlardan düşürüldü. Eşelon təmiz boşaldıqdan sonra parovozun kəsik fiti eşidildi. Əsgərlər hay-harayla qaçışaraq vaqonlara doluşdular. Bundan sonra vaqonlar ağır yük altından çıxmış kimi taqqıldaşa-taqqıldaşa irəliyə hərəkət etdilər. 2-ci və 3-cü eşelon da bu cür təslim oldu. Sonrakı eşelon vağzala yaxınlaşdıqda vaqondan səslər eşidildi: "Təslim olmayın!" "Qırın bu basurmanları!'' "Atəş açın!". Azacıq sükutdan sonra vaqondakı toplardan, pulemyotlardan, tüfənglərdən şiddətli atəş başlandı. Yol qar tozanağına bulandı. Mərmilərdən biri zirehli qatarın dal tərəfinə toxundu və komandir yaralandı. Eşelonun vaqonlarına da çaxnaşma düşdü. Hiss olundu ki, orda əlbəyaxa vuruşma düşmüşdü. Yolun kənarında səbrlə dözən silahlı camaat, qaçaq dəstələri cavab atəşi verdilər. Bir anın içində hər şey bir-birinə qarışdı: partıltıdan, çatıltıdan, şüşə cingiltisindən qulaq tutuldu. Bu qeyri-bərabər döyüşdən qalıb çıxa bilməyəcəklərini başa düşdükdən sonra əsgərlər ağ bayraq qaldırdılar.
Təxminən 10 min əsgər təslim oldu, silahlarını yerə qoydular. Xudadat bəy isə stansiya rəisinin iş otağında yaralıların yarasını sarıyırdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/ismayil-sixli-olen-dunyam-vi-fesil-4
Use ← → keys to move, R for a random poem
More by this author
Əşrəf pencəyini çiynindən götürüb geydi. Kitabı yan cibinə qoydu. Ağacların kölgəsindən kənarda, güneydəki qalın yarpaqların arasında qızaran çiyələkləri dərmək üçün dizi üstə çökdü. Çiyələklərin ətri dərhal onu vurdu. Əşrəf hər şeyi unutdu. Xallı kəpənək dalınca qaçan uşaq kimi yarpaqları aralayıb qırmızı çiyələkləri dərə-dərə meşənin dərinliyinə doğru irəlilədi. Onun başı qarışdı. Meşədə nə qədər qaldığını bilmədi.Qarşıdan səs gəldi. Cingiltili qız gülüşləri onu ayağa qalxmağa məcbur etdi. Əşrəf talaya yaxınlaşdığını başa düşdü. Budaqları aralayıb çəmənliyə baxdı.
Üçüncü hissə, 13Salatın çətəni çəkib dəyənin qapısını örtdü. Küncə, yük yerinin yanına bir döşəkcə atdı. Ayaqlı duağı ortaya qoydu. Döşəyin altından dəftər-qələm çıxartdı. Bardaş qurab oturdu. Yaylağa gələndən bəri öyrənib yazdığı hərflərə xeyli baxdı. Onları səssizcə oxudu. Sonra da duağın üstünə əyilib iri, naşı hərflərlə sözlər yazmağa başladı. O, xəttinin gözəl olmasına çalışdığından qələmi kağıza daha möhkəm basırdı. Qız elə bilirdi ki, qələmi gücü gəldiyi qədər sıxsa hər şey düzələcəkdir.Salatın gün günorta yerinə gələnə qədər üç səhifə yazıb doldurdu. Sonra boynunu yana əyib diqqətlə yazdıqlarına baxdı. Əllərini boynunun arxasında çarpazlayıb bərkdən gərnəşdi. Onun sümükləri şaqqıldadı. Ayağa durub kağız-qələmi yığışdırdı. Döşəyin altında gizlətdi. Dəyədən çıxdı.
Üçüncü hissə, 14Binələrin üst tərəfindən səs-küy qalxdı. İtlər çaxnaşıb bir-birinə dəydi. Dana, buzov böyrüşdü. Yenicə yuxuya gedən arvad-uşaq oyandı. Kimi isə vurdular. Sonra da it zingiltisi eşidildi. Hamı səksəkəli halda daha nə olacağını gözlədi.Gələnlər dəyəyə yaxınlaşdılar. Arvad qışqırtısı uşaq ağlamasına qarışdı. Kimi isə söydülər. Kimi isə itələdilər. Çətən şaqqıldadı. Birinci dəyədə baş verən hal eyni ilə ikinci, üçüncü dəyədə təkrar olundu.
Üçüncü hissə, 15Cahandar ağa ayağının ikisini də yəhərin üstündən sağ tərəfə aşırıb, atın belində yanaşı oturmuşdu. O, papirosunu sümürür və qırçın-qırçın olub dalğalanan zəmilərə tamaşa edirdi. Dəmyədəki taxıllar kəhrəba kimi saralmışdı. Sünbüllər ağırlaşıb boynunu əymişdi. Üfüqlərə qədər uzanıb gedən zəmiləri arabir Kür tərəfdən əsən meh yerindən oynadıb dəniz kimi ləpələndirirdi. Çöllərə ahəngdar bir xışıltı yayılırdı. Qərb tərəfdəki dağların sinəsi belə saralmışdı. "Buranı da biçdirib, dərzləri qapıya daşıtdırsam, atın başını qanırıb yaylağa qayıdaram, – deyə Cahandar ağa düşünməyə başladı. – Oralar da yiyəsiz qalıb, aranda çox ləngimək olmaz, zamana əlləm-qəlləm zamanasıdır, sonra nə olar, nə olmaz. Şamxal zənnimi itirdi, Əşrəfdən isə ağlım bir şey kəsmir onlara arvad-uşaq tapşırmaq olmaz".Kişi axır vaxtlar baş verən hadisələri xatırladı, nəhayət, maralın öldürülməsini yadına saldı. Bunların hamısı düşmənçilik idi. Onu izləyir hər addımbaşı sataşırdılar. Cahandar ağa əvvəllər buna o qədər də əhəmiyyət vermək istəmirdi. Hər gəda-güdəyə baş qoşmağı şəninə sığışdırmırdı. Belə olmasaydı, düşmənin qapısına atını sürər, onu bayıra çağırar və gülləni sinəsinə sıxardı. Bir də, o, heç ağlına gətirmirdi ki cəsarət edib onun həndəvərinə hərlənən olar. Ancaq, görünür, zaman dəyişmişdi. Hər başına papaq qoyan özünü kişi hesab eləyir, əlinə tüfəng alıb camaat arasına çıxır. "Yox, bu işi belə qoymaq olmaz. Elə dağdan arana enən kimi o köpəkoğlunun izini itirmək lazımdır. Belə eləməsəm, bundan sonra da əl-ayağıma çox dolaşacaq".
Poems by other poets
{| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"
MaraqDəmir pəncərədə qalmış gözlərim,Araram fəzada son qismətimi.
Gəraylı: Dəli könül nə məlulsanDəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
BənövşələrSən baharın qonağısanBoynu buruq bənövşələr.