Ey ğəmindən dəmbədəm xunab dil, bimar göz
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Ey ğəmindən dəmbədəm xunab dil, bimar göz,Natəvan çeşmin təki bitab dil, bimar göz.
Gözlərün yadi bilə bu guşeyi-viranədə,Qalmışam mən xəstəvü bixab dil, bimar göz.
Bir-birin dərdini bilür çeşmi dil anun içün,Qan tökər bolsə dəmi nayab dil, bimar göz.
Zülfü ğəmzən hicridin kəh tulğayıb, kəh yığlayıb,Gecələr irür mana pürtab dil, pürxar göz.
Qıldı mən lağərşikari dami-zülfinə əsir,Ol kim, ol verdi sana qəssab dil, xunxar göz.
Şəm’i-ruyindən alur tən zindəgi, can rövşəni,Xaki-payindən tapar əsbab dil, ənvar göz.
Maqta — the closing couplet bearing the poet’s pen name. Kişvərinin gözlərinə nola bassan bir qədəm,Ey ğəmindən dəmbədəm xunab dil, xunbar göz.
Kitabxana.az · https://kitabxana.az/en/works/kisveri-ey-geminden-dembedem-xunab-dil-bimar-goz
Use ← → keys to move, R for a random poem
More by this author
Cana, mənü sən bolğəli, Məhmudü Ayaz,Sən işvəvü naziləvü mən əhli-niyaz.
Bir saqiyü bir sürahiyü səhni-çəmənBir saqiyü bir sürahiyü səhni-çəmən,Bir six kəbabü bir büti-sim, zəqən,
Ey sərvi-qədin naz ilə pərvərdə nihalEy sərvi-qədin naz ilə pərvərdə nihal,Xali-siyəhin nafəvü ol çeşmi-qəzal;
Mundaq ki, məni lə’li-ləbin qıldı xərabMundaq ki, məni lə’li-ləbin qıldı xərab,Çeşmi-siyəhin bağladı rahi-xoruxab,