Ey məni aşüftə qılğan zülfi-ənbərbarınız,Sağ əhlini sayru etkən nərgisi-bimarınız.

Dadü fəryad əlinizdən, ey cahan gögçəkləri,Bir dögül, iki dögül kim, bivəfasız varınız.

Ta ki, məndən özgə heç kim sevməyə siz xubları,Hər kim olur yarınız daş ilə başın yarınız.

Ey brəhmənlər ki, kafir boldunuz ol zülf içün,Rişteyi-təsbihdin yeg həlqeyi-zünnarınız.

Ğəbğəbün əlmasına Məcnunü mən qılduq təməl,Qopdu ğovğa yağ vəslindən ki, barı yarınız.

Ey səba, hüsn əhlinə məndən degil bulsun məcalKim, savıtmın neçə gün kim, gərmdür bazarınız.

Maqta — the closing couplet bearing the poet’s pen name. Qurtulub irdi bəlayi-eşqdən qul Kişvəri,Mübtəla qıldı anı bu fitnəlü rəftarınız.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love