Gəlgil axır, ey mənim canü cəhanım xandasan,Yüzi güldəstə, boyu sərvi-rəvanım, xandasan.

Atəşi-ğəm göydürür bağrımdakı dağ üstə dağ,Ey dodağı mərhəmü daği-nihanım, xandasan.Qıldı seyli-əşk sənsiz xanümanimni xərab,Ey xərab olmuş səninçün xanümanım, xandasan.

İstərəm hər yan səni, tapman nişanın, ey könül,Binişan olmuş ğəribi-natəvanım, xandasan.

Mehribanlar ağlaşurlar Kişvəri oldi rəqib,Sən vəfasız dilbəri-namehribanım, xandasan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love