Çəngidür min ğəmi-hicran məni-avarə əksüksiz,Gəlür dərdü ğəmin cana, mana həmvarə əksüksiz.

Ğəmindən şakirəm yarəb ki, əskük olmasun hərgiz,Təbibi-mehribandur kim, gəlür bimarə əksüksiz.Mənim dərdi-dilimnün çarəsi yox, neyləyim yoxsa,Qılırlar dustlar hər dəm mana yüz çarə əksüksiz.

Xanı dərdi-dilimdən baxəbər yari ki, ol varə,Mənim dilimdən ol səngindilə yalvarə əksüksiz.

Gəl, ey badi-səba, qıl bir güzər ol bivəfa sarı,Məhəl tapsan degil dərdi-dilimni yarə əksüksiz.

Şəbi-hicrində gərdun tək səni, ey mahi-no istab,Gözümdən saçılur hər guşədin səyyarə əksüksiz.

Qələndər Kişvərinin diləgi səndən budur, canaKi, xurşidi-camalunğa qılur nəzzarə əksüksiz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation