Xürrəm ol gün kim, mənim fərxundə yarım var idi
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Xürrəm ol gün kim, mənim fərxundə yarım var idi,Könlümü bağrım bütün, səbrü qərarım var idi.
Könlümün şəhrində sultanlar təki hökm eyləyüb,Şadman övqatimü xoş ruzigarım var idi.
İtlərinlə həmdəmü vaxtin xoş irirdi ruzü şəb,Şəhr idi, mə’murü adil şəhriyarım var idi.
Gərçi hər gün uçar edürdi, yüz bəlayə şad idim,Ğəm yüzini görməz idim, ğəmküsarım var idi.
Bir güli-xəndan içün bülbül kimi nalan idim,Bir gecə çün və’dəbusü kəqarım var idi.
Gözü nərgis, yüzü lalə, ağzi qəndü qəddi sərv,Bir neçə gündə nə xoş bağü bəharım var idi.
Maqta — the closing couplet bearing the poet’s pen name. Kop güvənmə Kişvəri kim, mö’təbərsən payın dəKim, mənim həm səncə bir gün e’tibarım var idi.
Kitabxana.az · https://kitabxana.az/en/works/kisveri-xurrem-ol-gun-kim-menim-ferxunde-yarim-var-idi
Use ← → keys to move, R for a random poem
More by this author
Dəli könlümə nə tədbir qılsam,Məgər saçın ana zəncir qılsam.
Səhraya düşdüm tilbə-rab gögə yetişdi nalişimSəhraya düşdüm tilbə-rab gögə yetişdi nalişim,Qaldı tikanlar üstünə hər pareyi-pirahənim.
Vəh ki, bir vəhşisifət mişkin ğəzalım var mənimVəh ki, bir vəhşisifət mişkin ğəzalım var mənim,Kimsə bilməz kim, fəraqində nə halım var mənim.
Gül kimi yüzüm əgərçi, şadü xəndandur mənümGül kimi yüzüm əgərçi, şadü xəndandur mənüm,Lalə tək bağrımda hər yan daği-pinhandur mənüm.