Hicrara könlüm sorur hər dəm ləbin əhvalını,Gərçi var mührəq büti əmma yalaydür balını.

Gözlərin aldı qərarü səbrü aramım mənim,Ol kişi tək kim, hərami aldı anın malını.

Al yanağın tökmək istər qanım, ey Leylivəşim,Necə kim, Məcnunəm, əmma bilmədim anın alını.

Dağlar göydürdüm, kəsdim əliflər köksümə,Zahir etdim ziynət içün, munca xəttü xalını.

Aşiqi-sabitqədəm oldur ki, İbrahim təki,Padişahlıqdan keçib geydi gədalıq şalını.

Ey ki, dersən, zahida, qalxandan etməz tiri-eşq,Vay əgər görsən sən anun ğəmzeyi-qəttalını.

Maqta — the closing couplet bearing the poet’s pen name. Kişvəri tək zəhr oldu xumari qəm biləOl dəm ol nərgisi-bimar sormaz halını.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love