Ləbin şagirdidür xalın, yazıbdır xaməyi-qüdrətCəmalun səfhəsində kim, anın ustadinə rəhmət.

Bolursan, ey könül, həmdəm, bu bədxular bilə, leykinYə’qin qıldım mən imdi kim, sənə xoşluq verür zəhmət.

Çü düşdüm yardən ayru, kərəm qıl, ey əcəl, barı,Bu canı məndən algil kim, irür həm muzdü, həm minnət.

Rəhi-təhqiqini tut, zahida, qoy rəsmi-təqlidiKi, mən həm bu biyabanda yügürdüm bir neçə müddət.

Qılıb mən nəzr kim, yapam səbil meyxanələr hər yan,Ləbin dövrində gər bir gün xuda versə mana dövlət.

Gözi yadi bilə cana, yenə yüzi qara könlüm,Düşübdür kuhü səhraya, keyiklərlən tutub ülfət.

Maqta — the closing couplet bearing the poet’s pen name. Gədadür Kişvəri, leykin visalından təməl yüzməz,Kişi gər şahü gər dərviş, ana ali gərək himmət.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets