Vəh ki, rüsvalıq bilə əfsanə boldum aqibət,Bisərü samanlara həmxanə boldum aqibət.

Munca lafi-əqlü danış kim, urardım ah kim,Bir pərirüxsar içün divanə boldum aqibət.

Danə-danə əşk saçdım gözlərimdən, şükr kim,Bir girami gövhəri-yekdanə boldum aqibət.

Mən ki, bir əhli-səlah irdim ləbin yadi bilə,Məstü bixud sakini-meyxanə boldum aqibət.

Maqta — the closing couplet bearing the poet’s pen name. Kişvərinün könlini tapdum xiyalın məskəni,Hasilin kim, gəncdür, viranə boldum aqibət.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets