Vəh ki, mən biçarəni biçarə qıldın aqibət
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Vəh ki, mən biçarəni biçarə qıldın aqibət,Dərbədər salıb məni avarə qıldın aqibət.
Qönçə tək ağzım dolu xunabi-həsrət eyləyib,Gül kimi pirahənimi parə qıldın aqibət.
Ancə güldün mən fəqiri-natəvan əhvalinəKim, nəsibim giryeyi-həmvarə qıldın aqibət.
Gərçi öldürdün məni-bimarini həsrət bilə,Şükr kim, tabutuma nəzzarə qıldın aqibət.
Maqta — the closing couplet bearing the poet’s pen name. Çak qıldın Kişvərinin könlini tiği-hicr ilə,Razi pünhanı anun aşkarə qıldın aqibət.
Kitabxana.az · https://kitabxana.az/en/works/kisveri-veh-ki-men-bicareni-bicare-qildin-aqibet
Use ← → keys to move, R for a random poem
More by this author
Getdilər əhbabü mən miskini giryan qıldılar,Atəşi-həsrət bilə bağrımı büryan qıldılar.
Dəmi-rühul qüds cana, ləbi-şəkkərfəşanındurDəmi-rühul qüds cana, ləbi-şəkkərfəşanındur,Hidayət şəm’i kim, derlər zəmiri-xordedanındur.
Bizdən sarı ol mah könülni savudubdurBizdən sarı ol mah könülni savudubdur,Yarəb, nə bəla, əhli-vəfani unudubdur.
Yarsız qaldım yenə, biyarlıq müşküldürürYarsız qaldım yenə, biyarlıq müşküldürür,Biənisü munisü ğəmxarlıq müşküldürür.
Poems by other poets · Separation
Ay ariflər, nə bəlalı qul oldum,Gecə-gündüz ahu-zara qalmışam.
KönülArsız elin atıbdı vəli mən atanmadımÖz yürdünü satıbdı vəli mən satanmadım
İstəsən könlüm kimi zülfün pərişanİstəsən könlüm kimi zülfün pərişan olmasın,Ol qədər cövr et mənə ah etmək imkan olmasın!
YaşamaqNə xoşdi bir sənəmi–məhcəmal ilən yaşamaq,Həmişə izzətü cahü cəlal ilən yaşamaq.