Bəzi rəvayətə görə, Asəf Şirvaninin müasiri olaraq "Asəf" təxəllüsü digər bir şair dəxi var imiş ki, əslən Qarabağ mahalında Lənbəran qəryəsindən imiş. Bu şairin ismü nəsəbi bir kəsə məlum deyil. Əgərçi filhəqiqə qarabağlı olsaydı, salxürdə şüəra və ədiblərimiz — ki, əlan hali-həyat üzrə baqidirlər,--onun barəsində az-çox məlumat verə bilərdilər. Vəli bir kəsdən səhih bir xəbər eşitmədik. Hər halda atidə dərc olunan qəzəli lənbəranlı Asəfə isnad verirlər:

Cismindimi, bilməm, görünür pirəhən içrə,
Ya ruhi-rəvandır dolanır bu bədən içrə?

Kuyində yüz il zülfə əsir olsam usanmam,
Əzbəs ki, qara gün mənə xoşdur vətən içrə.

Bir şeri-nəməkriz ilə ağzından öpərdim,
Gizlin gedə bilsəydim əgərçi süxən içrə.

Mücganların içrə sənin ol çeşmi-siyahın
Bir nərgisi-tərdir ki, bitibdir tikən içrə.

Asəf güli-ruxsarını görmüşmü nigarın,
Qönçə dəhəni açıla qalmış çəmən içrə?

Bu qəzəldə "bir şeri-nəməkriz ilə" i. a. beytin məalını, yəqin ki, Asəf Lənbərani samanilər əsrində zindəganlıq edən məşhur "Əmmar" təxəllüslü şairin kəlamından iqtibas etmişdir. Əmmarın söz arasında gizlənib də yarın ləbindən busə almaq barəsində yazdığı şer budur:

Əndər ğəzəle-xiş nehan xahəm gəşt,
Ta bər ləbe-to buse zənəm çon to bexani.

Asəf Lənbəraninin fövqdə dərc olunan kəlamından başqa bir neçə qəzəllər və bir müxəmməs Məhəmməd ağa Müctəhidzadənin "Riyazül-aşiqin" nam təzkirəsində zikr olunmuşdur. Vəli onların çəndan əhəmiyyəti olmadığı üçün təkrarən burada yazılmağı lazım görülmədi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Mustafa ağa "Arif" təxəllüs

Mustafa ağa təvəllüd edibdir Qazax mahalının Şıxlı adlanan qəryəsində hicrətin 1188-ci ilində. Bir rəvayətə görə, Ağakazım ağa Salikin--ki, xoştəb bir şair imiş və tərcümeyi-halı aşağıda zikr olunacaqdır,--böyük qardaşı imiş. Amma bir qövl də budur ki, Mustafa ağa Salikin əmizadəsidir. Qazi Səidəddin əfəndinin deməyinə görə, səhih əvvəlki qövldür.Mərhum Mustafa ağa fars, türk və hətta rus lisanlarını yaxşı bilirmiş, özü də ziyadə dindar, qeyrətkeş və həqiqətdə arif və dana bir şəxs imiş. Vəli bu biçarə dəxi öz qeyrət və millətpərəstliyi ucundan çox bəlalar və müsibətlərə düçar olubdur. Belə ki, mərhum Mustafa ağa Şəmsəddinli Nəsib Sultan ilə dövlət nəzərində müttəhəm olub, zəval təriqi ilə Rusiyaya göndərilir və orada Kazan və bir rəvayətə görə, Xarkov şəhərində sakin olurmuş. Binəva Arif Rusiyada çox üsrət və zillət çəkir və axırda vətəni-məlufunun fəraqına, dost və əqrəbanın hicranına və düşmənlərin tən və şəmatətinə tab gətirə bilməyib, orada vəfat edir. Odur ki, Salik onun şənində demişdir:

19256 min
Mehribanlı baba bəy

Mehribanlı Baba bəy İbn Canının müasiri olub, cümleyi-ürəfadan və xoştəb şüəradan birisi sayılırmış. Hər iki şair Zakirin həqiqi dostlarından olub, bir növ ona fünuni-şerdə ustadlıq etmişlər. Vəli onların meylü rəğbəti həcvguluğa olduğu halda, Zakirin həcvü həzl təriqi ilə söz söyləməyə artıq rəğbəti yox imiş. Əgərçi Zakirin də bir çox həcvə bənzər kəlamı vardır, amma onların əksəri ədibanə yazılmış kəlamlardır ki, öz mövqeində onlardan bəhs olunacaqdır. İbn Canının və Baba bəyin və başqalarının ədəbiyyatın həcv növünə göstərdiyi meylü həvəs, əlbəttə, bir illət və səbəbdən xali deyil.Çox ehtimal var ki, o zamanın şairləri qəzetə və jurnalın ədəmindən naşi öz müasirlərinin əxlaqını həcv demək ilə islah edərlərmiş. Hər halda çox təəssüflər olsun ki, Baba bəy və İbn Canı kimi müqtədir şairlər dünyadan bixəbər və Avropa ülumundan bisəmər olub gözəl təblərini həcvguluğa və latayil söyləməyə sərf ediblər. Baba bəyin vəfatı Zakirə ziyadə təsir edib onu pərişanhal etmişdir və Zakir ustadının maddeyi-tarixini aşağıda dərc olunan cigərsuz şerlərlə izhar qılmışdır:

19252 min
Məhəmməd bəy Cavanşir "Aşiq" təxəllüs

Məhəmməd bəy vələdi-Behbud bəy-Zəngilani "Aşiq" təxəllüs Aşıq Pərinin aşiqlərindən birisidir. Ziyadə qeyrətli, vəfadar və sahibi-kəmal bir vucud imiş. Dindar və həqq tərəfdarı olduğu üçün müasirləri arasında hörmət və izzəti çox imiş. Bununla belə düşmənləri də az deyilmiş. Belə ki, Rus dövləti Qarabağ xanlığının bir çox nöqtələrini təhti-təsərrüfünə götürdükdən sonra Zəngəzur mahalını dəxi zəbt etdi. Bu əsnada bəzi şurişlər o mahalda vuqua gəldi. Məhəmməd bəyin düşmənləri bu hadisədən nəfbərdar olub, onu dövlət nəzərində müttəhim qıldılar və ricali-dövlət dəxi onun haqqında söylənilən iftira və böhtanları təhqiq et[mə]miş, onu vətənindən çıxarıb Ordubad şəhərinə göndərilməsinə əmr verdi və o məkanda miladın 1861-ci sənəsində vəfat etmişdir.Hər qisim əşarı var isə də, mürəttəb divanı yoxdur. Əşarından nümunə üçün bəziləri burada zikr olunur. Mirzə Həsən Mirzəyə bəhri-təvil səbkdə yazdığı bir qəzəl:

192510 min
Mirzəcan bəy Mədədov

Molla Pənah Vaqif dövrünün şairlərindən birisi də Mirzəcan bəy Mədədovdur ki, əslən Qarabağ mahalında Çanaxçı qəryəsindəndir və özü də məşhur general Valerian Qriqoryeviç Mədədovun ya əqrəbasındandır və yaxud onun özüdür ki, ondoqquzuncu əsrin ibtidalarında Rus ilə Osmanlı arasında vüqua gələn bir çox müharibələrdə ziyadə rəşadət göstəribdir və Qafqaziyanın bir çox yerlərini təsxir eləyibdir.Mirzəcan bəy əgərçi milliyyət cəhətincə erməni idi, vəli əxlaqü adatca müsəlmanlardan seçilməzdi. Müsəlmanlara çox yavuq olduğu üçün, onun əfkarü hissiyyatı müsəlman əfkarü hissiyyatı idi, nişəst-bərxastı onlar ilə idi. Öz qövmündən artıq müsəlmanları dost tutardı.

19256 min

Poems by other poets