Əsgər Şirvanidən bir qəzəl burada təb olunur:

Qəlili-dəhrdə, ey dil, bu ömri bivəfa gördüm,
Mən ol dünyapərəsti handa gördüm, bivəfa gördüm.

Xəyanətlər bəsa gördüm həqiqi aşinalərdən,
Təfəhhüs eyləyib biganələrdən aşina gördüm.

Bahari-ömr keçdi, olmadı kami-dilim hasil,
Güli pəcmürdə gördüm, əndəlibi binəva gördüm.

Məhək daşına vurdum, çoxları mən imtəhan etdim,
Üzündə sikkə gördüm, qəlp gördüm, bədnüma gördüm.

Kimə kim, dərdimi izhar qıldım, istədim dərman,
Өzümdən biştər dərdə onu mən mübtəla gördüm.

Əgər xişti təlavü nöqrə olsa günbədi-gərdun,
Mən anı xaksari-tirə üzrə ziri-pa gördüm,

Cahan mülkündə, cana, ömrə çox da etibarım yox,
Bəqa fikrində, ey Əsgər, bu dəhri həm fəna gördüm,

Fələyin dövründən və zəmanənin gərdişi-pürsitəmindən və dost-aşnaların bivəfalığından şikvəvü nalə eləmək bizim keçmiş şüəra arasında ümumi bir rəsmü qayda olduğu üçün Əsgər Şirvani dəxi bu xüsusda bir əsər qoymuşdur. Bunun "Gördüm" qafiyəsi ilə yazdığı qəzəl Qazax şairi mərhum Mustafa ağa Qiyasbəyov "Nasir" təxəllüs nəzm qıldığı kəlamı yada salır. Ancaq Əsgər Şirvaninin bu qəzəlində əvvəlinci beytin əvvəlki misrasında "dəhr" kəlməsi "ömr" kəlməsinin yerində və "emr" ləfzi "dəhr" sözünün yerində istemal olunsaydı, şerin mənası daha da düzgün çıxardı. Çünki "dəhr" kəlməsi "zaman", "əhd" və "əbəd" mənasında istemal olduqda ona "qəlil" sözünü qoşmaq və "qəlil" sifəti ilə "dəhr"i mütəssəf qılmaq dürüst gəlməz. Өmri-bəşər isə dəhrə nisbət, filhəqiqə, qəlil və qısa bir haldır ki, insan özünün qısaca ömründə gərəkdir haqqı və insafı əldən qoymasın, dinini dinara satıb axirət kəsbinin narına çalışmasın.

Bəs, əgər bizim dediyimiz kimi "dəhr" və "ömr" kəlmələri müqəddəm və müəxxər olunsa, onda haman misra bu qərar üzrə gərəkdir tərkib olunsun:

Qəlili-ömrdə, ey dil, bu dəhri bivəfa gördüm i. a.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Həyata dəvət

"Dünya beş gündür, beşi də qara". Beş günlük ömürdən ötrü bu fəna dünyada səy və təlaş etməyin, mal və dövlət şövqünə düşməyin, kəsb və hörmət qeydinə qalmağın, ömrü bihudə çürütməyin lüzumu varmı? Hər nə etsək axırımız fənadır! Kişi gərək axirəti üçün çalışsın, onun üçün sərmayə qazansın, ölümünü yadından çıxarmasın, gözünü axirət guşəsinə tiksin.Ey əzizan! Bir baxın dünyayə--ibrətxanədir,

19116 min
Həqiqi gözəllik və hərəkətsiz nisfimiz

1"Molla Nəsrəddin" jurnalının 14-cü nömrəsində qurşaqdan yuxarı iki adam surəti çəkilmişdir. Bunlardan birisi məhz ağzı ilə, o birisi başı ilə iş görən adamların şəkilləridir ki, onlara diqqət yetirməmək olmaz. Bu şəkillərin altında yazılıbdır: "Bədənin hansı üzvü işləsə böyüyər və qüvvət tapar". Bu sözlərin doğruluğu şəkillərdən görünür.

190915 min
Həsənbəy Məlikov

Bu fani dünyanı, onun əzab və əziyyətlərini həmişəlik tərk edib aramızdan getmiş Həsənbəy Məlikov müsəlmanlar arasındakı məşhur ictimai xadimlərdən biri idi.Biz Həsənbəylə 1906-cı ilin avqustunda Bakıda müsəlman müəllimlərinin qurultayında tanış olmuşduq. Həsənbəy həmin qurultaya sədr seçilmişdi. Yaşının çox olduğuna baxmayaraq pedağoji xarakter daşıyan hər hansı bir məsələnin həllində o canlı zəkaya, xeyli təcrübə və biliyə malik olduğunu büruzə verirdi və müsəlmanlar arasındakı ikisinifli ibtidai məktəblərin nəzdində kənd təsərrüfatının müxtəlif sahələri üzrə şöbələr açılması üçün təhsil üzrə ölkənin ali rəisliyi qarşısında vəsatətdə bulunmaq fikrini də ilk dəfə o ortalığa atmışdır. Böyük həyati təcrübəyə və fitri zəkayə malik olan Həsənbəy hər şeydən daha çox bizim məktəblərin təbii ehtiyaclarına və tələblərinə diqqət yetirirdi: o, boş və gurultulu ibarələri sevmirdi və həyatla az tanış olan bəzi gənc pedaqoqların söylədiyi nitqlər, görünür, onu dilxor edib əhvalını pozurdu; bütün bunlarla birlikdə, onda böyük səbr var idi və başqalarının mülahizəsinə lazımi bir hörmətlə yanaşırdı.

19073 min
Hörmətli "Şərqi-rus" ruznaməsinə bir neçə söz

İyirmi beş sənə bundan əqdəm Badkubə şəhərində nəşr olunan "Əkinçi" qəzetəsi müsəlman qardaşları təhsili-ülum və fünuna tərğib və təşviq edən zaman onlardan kəmetinalıq və soyuqluqdan başqa bir əsər görmədi. Hətta bəzi əşxas ki, o əsrin sahibi-kamal və əhli-mərifəti hesab olunurdu, Hadiyül-Müzəllin Qarabaği kimiləri, "Əkinçi"nin məsləkini müzür və onda dərc olunan gözəl mətləbləri özlərinin köhnə adət və ayinlərinə zidd bilib, biçarə mühərriri nalayiq sözlər ilə həcv edib, olmazın böhtan və iftiranı haqlarında söyləmişdilər. Belə naşayəstə əməlin müqabilində cənab mühərrir özgə bir əlac tapmayıb, məzkur həcvin bəzi naməqbul yerlərini ki, çirkin föhşlərdən ibarət ola, atıb, yerdə qalanını eyni ilə qəzetəsində çap etdirib, həcvin axırında bunu qeyd etmişdi: "Hadiyül-Müzəllinin həcvini təmamən çap etməyə izn olunmadı. Amma o cənabın və onun həmrəylərinin könlü şad olmaq üçün fikrim budur ki, bir daş üstə onu qazıdıb, Qarabağ ilə Zərdab sərhəddində qoyam, ta ki, gələcəkdə bizim övladımız o yadigara baxıb bilsinlər ki, mən milləti-islamı qəflətdən ayıltmaq istəyən vaxtda nə qisim adamlara rast gəlmişəm".Filhəqiqə demək olur ki, o vaxt cəhalət və nadanlıq Zaqafqaz müsəlmanlarını əhatə edib elm və mərifət nurundan onları bibəhrə qoymuşdu. İki ildən bir qədər ziyadə "Əkinçi" artıq üsrət və məşəqqət ilə zindəganlıq edib, canını millət uğrunda fəda etdi və onun gözəl sözləri və nəfli məlumatı cəhalət pası ilə tutulmuş qəlblərə əsər etmədi. "Əkinçi"dən bir neçə il sonra əvvəlcə "Ziyayi-Qafqaz" və onun dalınca "Kəşkül" ruznamələri Tiflisdə təb və nəşr olunmağa başladı. Amma onlar da çox yaşamayıb, ömrlərini bizə bağışladı. Bu iki qəzetənin zavalını əgərçi çoxları mühərrirlərindən görüb onların biməslək və tamahkar olmaqlarından bəhs etdilərsə də, bizim əqidəmizə görə, camaatımızın da bihümmət və kəmetina və süstrəy olmaqları məzkur qəzetələrin fövt olmasına bais olubdur və insafdan xaricdir ki, biz öz qüsurumuzu bilkülliyyə özgənin boynuna atıb özümüzü safa çıxardaq. Axırıncı qəzetənin ki, "Kəşkül"dən ibarət ola, zavalından on il gəlib keçdi və bu müddətin ərzində biz ruznaməsiz qaldıq. Amma bu illər bizim üçün boş keçmədi. Zəmanənin təqazası bir yandan, mədəni və mərifətli qonşularımızın təsiri özgə bir tərəfdən bizi hərəkət və cünbüşə gətirdi və demək olar ki, bu halda müsəlmanlar bir növ qəflətdən ayılıb tərəqqi yoluna üz qoyublar. Hər guşədən elm və mərifət sədası və hər büqədən təlim və tədris icrası eşidilib müşahidə olunmaqdadır.

19036 min

Poems by other poets