Bu fani dünyanı, onun əzab və əziyyətlərini həmişəlik tərk edib aramızdan getmiş Həsənbəy Məlikov müsəlmanlar arasındakı məşhur ictimai xadimlərdən biri idi.

Biz Həsənbəylə 1906-cı ilin avqustunda Bakıda müsəlman müəllimlərinin qurultayında tanış olmuşduq. Həsənbəy həmin qurultaya sədr seçilmişdi. Yaşının çox olduğuna baxmayaraq pedağoji xarakter daşıyan hər hansı bir məsələnin həllində o canlı zəkaya, xeyli təcrübə və biliyə malik olduğunu büruzə verirdi və müsəlmanlar arasındakı ikisinifli ibtidai məktəblərin nəzdində kənd təsərrüfatının müxtəlif sahələri üzrə şöbələr açılması üçün təhsil üzrə ölkənin ali rəisliyi qarşısında vəsatətdə bulunmaq fikrini də ilk dəfə o ortalığa atmışdır. Böyük həyati təcrübəyə və fitri zəkayə malik olan Həsənbəy hər şeydən daha çox bizim məktəblərin təbii ehtiyaclarına və tələblərinə diqqət yetirirdi: o, boş və gurultulu ibarələri sevmirdi və həyatla az tanış olan bəzi gənc pedaqoqların söylədiyi nitqlər, görünür, onu dilxor edib əhvalını pozurdu; bütün bunlarla birlikdə, onda böyük səbr var idi və başqalarının mülahizəsinə lazımi bir hörmətlə yanaşırdı.

Həsənbəyin əsas xidmətlərindən biri bundan ibarətdir ki, o öz həmməzhəblərinin oyanmasına ilk təkan vermişdir. Biz hələ keçən ilin dekabrında "Zaqafqazye"də Həsənbəyin "Əkinçi" qəzeti haqqında rəy vermişik. "Əkinçi"nin məqsədi müsəlmanların mədəniyyətsiz kütlələri arasında faydalı kənd təsərrüfatı biliklərini yaymaq idi.

Qəzet bu məqsədi izləyərək, öz səhifələrində kənd təsərrüfatının müxtəlif sahələrinə dair sadə xalq dilində xeyli müxtəlif məlumat verir, torpağı gübrələməyin ən yeni qaydalarını göstərir, bu və ya digər təkmilləşdirilmiş kənd təsərrüfat alətlərinin tətbiqi haqqında yazırdı.

Bundan əlavə, qəzet öz oxucularına təbabətə, hifz-səhhəyə, fiziologiyaya və sairəyə dair bir çox faydalı məsləhətlər verirdi. "Əkinçi" qəzetində "Müsəlmanların geri qalmasının səbəbləri", "İslam tərəqqiyə mane olurmu?" və bu kimi vacib məsələlərə toxunan çox ciddi məqalələr də dərc olunurdu.

Bu və başqa məsələlərə dair "Əkinçi" qəzetinin əsas əməkdaşları — Əhsənül Qəvaid, Heydəri, sabiq şeyxülislam Hüseynzadə, Əsgərağa Gorani, Nəcəfbəy Vəzirov tərəfindən yazılmış faydalı məqalələr indi də öz əhəmiyyətini itirməmişdir.

Lakin, təəssüf ki, bu qabaqcıl adamların bilik və elm ziyasını müsəlmanların cahil kütlələri arasında yaymaq cidd-cəhdləri və onları daha yaxşı və şüurlu bir həyata çağırışları təsəlliverici bir nəticəyə gətirib çıxarmadı və müsəlmanlar əvvəlki kimi yenə də elm və maarif məsələlərinə laqeyd qaldılar. Hələ bu azdır, onların bəziləri Həsənbəydən xahiş etmişdir ki, onları rahat buraxsın və elm haqqında bu "səmərəsiz" hədyanlarla onları əziyyətə salmasın.

"Əkinçi"nin 1876-cı il 7-ci nömrəsində Həsənbəyin dostlarından bir nəfər "S" imzası ilə yazdığı məktubunda ondan soruşur ki, bu "elmi-əbdan"[1] haqqında yazmaqdan nə vaxt əl çəkəcəkdir.

[1] "Elmi-əbdan" ifadəsi altında şəriət dərslərindən başqa bütün elmlər nəzərdə tutulur.

Öz şübhəsini ifadə edərək bildirir ki, Həsənbəy bu "elmi-əbdan" məsələsi ilə işi o yerə gətirib çıxaracaqdır ki, qəzeti bağlanacaqdır. Həsənbəy öz dostu "S"ə cavab verib deyir ki, peyğəmbərin dünyəvi elmlərin həyat üçün əhəmiyyəti və zəruriyyəti haqqındakı sözlərini müsəlmanlar çoxdan unudublar və o, həmin sözlərin əhəmiyyət və mənasını bərpa etməyi özü üçün müqəddəs vəzifə sayır. Buna görə də, azərbaycanlıların yeganə qəzeti olmaq etibarilə "Əkinçi" dərvişlik edib, öz oxucularına "1001 gecə" nağılları danışa bilməz; bu qəzet öz qüvvəsi daxilində cəhalət zülmətindən allahın işıqlı dünyasına çıxmaqda öz həmməzhəblərinə kömək etməyə borcludur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Asəf Şirvani

Asəfin aşağıda yazılan qəzəllərindən onun xoştəb zə şirinkəlam bir şair olduğu anlaşılır.Qəzəli-Asəf Şirvani:

19251 min
Ağaismayıl Zəbih

Ağaismayıl Zəbih Gəncənin adlı şairlərindən birisi hesab olunur. Ağaismayıl "Zəbih" təxəllüsünü götürməkliyə səbəb Həzrət İsmayıl ilə bir isimdə (adaş) olmağıdır. Çün Həzrət İsmayıl həqq-taalanın əmri ilə Mina dağına atası İbrahim Xəlilullah tərəfindən zibh olunmaq üçün aparılmışdı, o münasibətlə Ağaismayıl dəxi özü üçün "Zəbih" təxəllüsünü intixab etmişdir.Zəbih mühacirətən xeyli müddət Təbrizdə iqamət edib, orada ticarət əmrinə məşğul olarmış və bir vaxtı orada tacirbaşılıq mənsəbinə dəxi yetişibdir. Dünyagörmüş və işaşıran bir vücud imiş. Bəzi rəvayətə görə, sonradan yenə Gəncəyə müraciət edib və burada hicrətin 1285-ci ili təxminən 70 yaşında vəfat edibdir. Amma səhihi budur ki, mərhum Ağaismayıl vətəninə müraciət etməyib, Təbriz şəhərində vəfat edibdir.

192513 min
Cəfərqulu xan "Nəva" təxəllüs

Mərhum Cəfərqulu xan İbrahim xanın böyük fərzəndi Məhəmmədhəsən ağanın oğludur. Məhəmmədhəsən ağa isə ziyadə nəcib, fərasətli və ləyaqətli bir şəxs imiş. İbrahim xan onun xatirini əziz tutarmış və özünə onu vəliəhd təyin edibmiş. Vəli İbrahim xan hənuz sağ ikən oğlu Məhəmmədhəsən ağa dari-üqbayə rehlət buyurdu və İbrahim xan general Tesvidayevin vasitəsilə Rus imperatoruna yazıb, kiçik oğlu Mehdiqulu xanı ondan sonra varis təsdiq etmək fərmanını xahişmənd olmuşdu və tarixi-islamiyyənin 1221-ci sənəsində--ki, tarixi-məsihiyyənin 1806-cı sənəsinə mütabiqdir,--Mehdiqulu xan imperator fərmanı ilə külli-Qarabağ xanlığına İbrahim xandan sonra hakim təyin olundu.Məlum olsun ki, Cəfərqulu xan babası İbrahim xanın hali-həyatından aşikarən varislik iddiası etmirdisə də, amma qəlbində bu arzu və başında Qarabağa hakim olmaq fikri var idi. Zəmani ki, imperatorun fövqdə zikr olunan fərmanı yetişdi, Cəfərqulu xan məyus və mükəddər oldu və o vaxtdan sonra onunla əmisi Mehdiqulu xanın arasında həmişəlik bir küdurət və ədavət vüqua gəldi və Cəfərqulu xan çox hiylə və dəsisələr və pürfəsad tədbirlər işlətdisə də, nəticəbəxş olmadı və bəlkə özü müttəhim olub "gözdustağı" halında Petroqrada aparıldı və orada bir müddət qalandan sonra generallıq çini alıb Qarabağa müraciət elədi.

192512 min
Əbdürrəhman ağa Dilbaz oğlu "Şair" təxəllüs

Molla Pənah əsrinin möhtərəm şairlərindən birisi də mərhum Əbdürrəhman ağa Dilbaz oğlu "Şair" təxəllüsdür ki, əslən Qazax mahalından Xanlıqlar qəryəsindəndir.Bəzi müfsidlərin--ki, Əbdürrəhman ağa ilə şəxsi ədavətləri var imiş,--şeytənəti ilə Gürcüstan hakimi İrakli şah şairdən bədgüman olur ki, guya Əbdürrəhman ağa Qazax mahalının Cavad xana tabe olmasına soy və kuşiş edir və Cavad xan ilə həmsirdir, onların mabeynində bir para siyasi və mühüm məsələlər barəsində məxfi göftügulər olunur. İrakli şahın qəzəbi cuşa gəlib şairin haqqında böyük zülm və siyasət edib gözlərini çıxartdırır.

19256 min

Poems by other poets