Məişətimizə dair
Page 2 of 4 · 25%
Dadü fəryad, ey güruhi-üzam,
Oldu zaye bu milləti-islam.
Günü gündən zəlilü xar oluruq,
Möhnətü qüssəyə düçar oluruq.
Bu qədər dərd kim, olur hadis,
Ona bielmlik olur bais,
Bir bəladır bu dərdi-nadani
Ki, onun elm olubdu dərmani.
Mərhum Seyid dəxi bu mərəzin illətini elmsizlikdə və çarəsini elm təhsil etməkdə görüb izhari-təəccüb edir ki, nə üçün bu mərəzin, yəni biçarə və sahibsiz millətin səhhətinə çalışan və can yandıran yoxdur.
Bu təəccübdür, ey güruhi-bəşər,
Bir kişi yatsa, naxoş olsa əgər,
Axtarır bir təbibi-danadil,
Ta ki, söhbət ona ola hasil.
İndi naxoşdu milləti-islam,
Ona lazımdır eyləmək əncam.
Dərdimizdir bu dərdi-nadanlıq
Ki, tutubdur bizi pərişanlıq.
Qeyrilər istəyir tərəqqiyi-tam,
Qaldı zillətdə firqeyi-islam....
Aya, kimlər və nə vəsilələr ilə millətimizin bu naxoşluğuna gərək müalicə eləsinlər və onları cəhalət qaranlığından elm və mərifət işığına çıxartsınlar? Bu xüsusda gələcək məqaləmizdə danışarıq.
3
MÜƏLLİMLƏRİMİZ VƏ ONLARIN HALI
Ruhani atalardan sonra cəhaləti-millət ilə müttəsil cəngə müsəmməm olan, elm və maarif qapılarını millət üzünə açan ikinci firqə hər millətin içində müəllimlər firqəsi olubdur. Müəllimlərin səyi və qeyrəti sayəsində çox qövm və tayfalar xoşbəxt olub ağ günə çıxıblar, şan və hörmət qazanıblar, dövlət və qüvvət kəsb ediblər. Keçən on doqquzuncu əsrin 70-ci sənəsində almanların firənglərə qalib gəlməyi onların müəllimlərinə isnad olduğunu təsdiq edib, qəti surətdə deyə bilərik ki, miləli-müxtəlifə arasında hər zaman və məkanda vüquə gələn hər qisim dava və müharibələrdə xah siyasi olsun, xah iqtisadi və xah qeyri, qalib gələn tərəf müəllimləri sayəsində nüsrət tapmışlar və qalib gəlmişlər. Bu bir vazeh əmr olduğu üçün bu barədə artıq danışmağı lazım görmürük. Vəli biz Rusiya müsəlmanları müddəti-mədid müəllimsiz və mürəbbisiz qalıb, tərəqqi yoluna salik olan mütəməddin millətlərin qatarından üzülüb geridə qalmışıq. Uzun müddətlər əbnayi-millətə qaydasınca təlim və tərbiyə verən müəllimlərimiz olmadığına görə belə pərişan hala düşmüşük.
İyirmi beş-otuz sənə bundan müqəddəm övladımızın tərbiyə və təlimi bilkülliyyə üsuli-təlimdən bixəbər və adabi-tərbiyədən bihissə olan məktəbdarların əlində idi. Ətfali-müslimin gözəl ömrlərini qaranlıq və nizamsız məktəblər güncündə, quru həsirlər üstündə keçirib, neçə sənələr ərzində çox az və heç şeyə yaramayan biliklər kəsb etməyə qadir olurdular. Təlim və tədris üçün ana dilimizdə kitablarımız olmadığına görə müəllim əfəndilər fars və ərəbdən hansı kitabı xoşlasa idilər, şagirdlərinə ondan dərs verərdilər.
Milli məktəblərimizin pərişan halını və üsuli-tədrisin biüsul və binizam olduğunu, təlim kitablarımızın tərifini o vaxtın şairi-binəziri Hacı Seyid Əzim Şirvani ədibanə nəzmə çəkmişdir ki, onlar ilə oxucularımızı münasib məqal olduğu üçün aşina etməyi lazım gördük. Şair mərhum Həsənbəy Məlikova xitabən yazmışdır:
Məhsina! Ey fəda olum sənə mən.
Etdiyin fikri-bikrə səd əhsən!
Bilməyən yoxdu kim, bu mənanı--
Tərbiyət kamil eylər insanı.
Tutalım, gəldik əmrə mərdanə,
Baxmadıq tənü ləni-nadanə.
Tutalım, eylədik bu əmrə tifaq,
Tərbiyət biz gərək ki, kimdən alaq?
Hansı məktəbdə fövci-ətfali
Hansı bir elmdən edək hali?
Məktəbi-tibb, ya ki, hikmətdən,
Ya ki, hərbiyyə, ya ki, hirfətdən?
Necə kim, ol "Vəkili-naməlum"
Eyləmişdi bu nüktəni mərqum.
Əvvəla, bizdə yox o məktəblər
Ki, verə kəsbi-elmi xalqa səmər.
Nə o gunə kitablər əlan
Ki, ola öz lisanımızda bəyan.
Bizə hasil nə şey olur yoxdan
Ki, itibdir kitabımız çoxdan.
Hanı bizdə "Xülasə"nin səməri?
Hanı "Cəbrül-müqabil"in xəbəri?
Səhl dillərdə elmi-heyət yox,
Cəmü təfriqü zərbü qismət yox.
Nə təqiyyə, budur sözün safi,
Küfrdür bizdə elmi-coğrafi.
Elm evi oldu ol zaman bərbad
Ki, etdi rehlət xəlfeyi-Bağdad.
Hər vilayətdə var beş-on məktəb,
Edirik kəsb onda elmü ədəb.
Məktəbin fərşi altı köhnə həsir.
Neçə ətfali-müztər onda əsir.
Dərsimizdi kitabi--"Gürbəvü muş",
"Nəqli-həmdunə", "Qisseyi-xərguş".
Oxuruq çox tərəqqi etsək əgər,
Cümlə "Tarixi-Nadir"i əzbər.
Bixəbər elmi-paki-hikmətdən,
Bisəmər cadeyi-şəriətdən....
Keyfiyyəti-hal bu qərar üzrə olduqda, təlim və tədris işləri belə çətin və narəftə yollar ilə getdikdə, əlbəttə, millətin ruhani tərəqqisi, elm və biliyi, mərifət və kamalı artıq dərəcədə ola bilməzdi. Amma bununla belə bu övzasi dağınıq olan məktəblərdə zəif halda olmuş olsa da, mərifət işığı görsənirdi. Bu məktəblərdən Qasımbəy Zakir, Abdullabəy Asi, Hacı Seyid Əzim Şirvani, Mirzə Fətəli Axundov, Kazım ağa Salik, İsmayılbəy Nakam, Mirzə Mehdi Naci və qeyriləri kimi xoş təb şairlər və dəqiq ədiblər hasilə gəlmişdir. Bu hal bir tərəfdən də, söz yoxdur ki, millətimizin qabili-mərifət və sahibi-istedadi-cibilli olmağına şəhadət verir.
1879-cu ildə, otuz sənə bundan əvvəl Qori şəhərində xristian darülmüəlliminin cünbündə müsəlman şöbəsi açıldı və iki sənə bundan sonra 1881-ci ildən bu darülmüəllimindən tərbiyə almış müsəlman müəllimləri çıxmağa başlayır. Mübtədilərə üsuli-sövti ilə ki, "üsuli-cədid" adı ilə məşhurdur, təlim verməyin binasını Zaqafqaziya müsəlmanlarının içində qoyan müsəlman şöbəsində müəllimlik elmini tamam edən cavanlar olubdur.
1881-ci sənədə kurs tamam edən üç nəfər şəxs üsuli-cədidin qaydasını şöbənin əvvəlinci naziri mütəvəffi Çernyayevskidən əxz etmişlər. Şöbənin cünbündə tərbiyə alan mübtədilərə üsuli-sövti ilə əvvəlcə dərs verən Çernyayevski özü olubdur. Çünki o vaxt üsuli-cədidə bələd olan müəllim bir nəfər isə də müsəlmanlardan yox idi. Çernyayevski mübtədilərə verdiyi dərslərdən məşhur "Vətən dili" kitabçasını təcrübə üzü ilə tərtib qılmışdır.
Məzkur üç nəfər müəllimlərdən biri mərhum Mirzə Əli Məhəmməd Xəlilov İrəvan quberniyasında, Naxçıvan şəhərində və Baş Noraşen qəryəsində, mərhum Səfərəlibəy Vəlibəyov Gəncə quberniyasında, Şuşada və cənab Teymurbəy Bayraməlibəyov Lənkəranda üsuli-cədid ilə dərs deməyin binasını qoymuşlar.
O vaxtlarda şkolalarda 1881-ci ildə namestnik təsdiq etdiyi "uçebni planın" proqramı ilə dərs deyilirdi; yəni əvvəlcə təlim ana dilində, sonra rus dilində icra olunurdu.
Amma bir vaxtdan sonra bu "uçebni plan" tədriclə qüvvətdən düşüb bilmərrə unuduldu və ana dilinin təlimi şkolalardan götürüldü.
1881-ci ildən indiyə kimi, yəni iyirmi yeddi ilin ərzində Qori darülmüəlliminindən 150 nəfərə kimi müəllim çıxıbdır. Müsəlman şöbəsinin güşadından iki-üç il sonra İrəvanda dəxi bir darülmüəllimin açıldı.
Amma burada müsəlman şagirdlərinin ədədi çox az olmağa görə buradan ancaq otuz, artıq başı qırx nəfərə kimi müəllimlər hasilə gəlibdir.
Bunlardan əlavə, keçən əsrin həştadıncı sənələrində Tiflisdə Aleksandrovski institutundan beş-altı nəfər şəhər müəllimi təhsili-elm edib kurs qurtarmışdı.
Bu müəllimlərdən möhtərəm bəradərlərimiz Sultan Məcidbəy Qənizadə və Həbibbəy Mahmudbəyov Bakı şəhərində bir məktəb açıb, təzə üsul və qayda ilə onda dərs deməyin binasını qoymuşlar.
Demək olar ki, bu müəllimlərin Bakıda təsis etdikləri məktəb indiki rus-müsəlman şkolalarının anası mənziləsindədir.
Lakin o vaxt da maarif naziri olan Delyanovun tədbiri və binagüzarlığı ilə müsəlmanlardan şəhər məktəblərində müəllim olmaq ixtiyarı alındı.
Buna binaən müsəlmanlardan instituta daxil olmaq rəğbəti kəsildi. Belə ki, 1888-ci ildə qızıl medal ilə institut kursunu tamam edən cavanlarımızdan cənab Hacı Rəhimbəy Qayibova şəhərdə yer verilməyib, İrəvan uyezdində Uluxanlı qəryəsinə müəllim təyin olundu. O da bir-iki sənə kənd müəllimliyi edib, özü üçün bir tərəqqi yolu görməyib, Okrujnoy sud məhkəməsinə qulluğa girdi.
Belə ki, iyirmi yeddi sənənin ərzində dövlət tərəfindən açılmış darülmüəlliminlərdən 200-ə qədər müəllimlər çıxıbdır. Qafqazın üç milyona çatan müsəlman əhalisinin təlim və tərbiyəsinə mübaşir olmaq üçün iki yüz nəfər müəllim--dəryaya nisbət bir qətrə mənziləsindəndir desək, mübaliğə etmiş olmarıq.
Ötən məqaləmizdə dövlət tərəfindən açılmış darülmüəlliminlərdən iki yüz nəfərə kimi kurs qurtarmış müəllimlərin tamami Qafqaz müsəlmanlarının təlim və tərbiyəsi üçün kifayət etmədiyini bəyan etmişdik.
Məlum ola ki, bu iki yüz müəllimlərdən bu anacan bir neçəsi dari-bəqayə rihlət edib, rəhməti-həqqə vasil olmuşlar.
Hali-həyatda olanların da bir sülsi müəllimlik kimi nə qədər müqəddəs də olsa ağır və çətin bir peşəyə, qədr və qiyməti bilinməyən və nəzərdə istiqbalı olunmayan bir sənətə tab gətirməyib, iki-üç sənə müəllimlik etdikdən sonra qeyri bir mədaxilli sənətlərin və avam nəzərində hörmətli sayılan başqa qulluqların dalısınca gediblər.
Müəllimlikdən hər qisim mənsəblərə: polisiya qulluğuna, mütərcimliyə, sekretarlığa, müxtəlif məhkəmələrdə və mütəəddid dəftərxanalarda cürbəcür xidmətlərə girəni olubdur. Müəllimlikdən hətta aksız qulluğuna da keçəni olubdur.
Əlbəttə, o kəslər ki, müəllimlik kimi möhtərəm və müqəddəs xidməti tərk edib, qeyri peşə dalısınca gediblər, mənəviyyat cəhətincə öz əhdü peymanlarını şikəst ediblər, ümumi xidməti əda etməkdən, millətə qulluq eləməkdən boyun qaçırıblar. Vəli maddi tərəfdən və dolanacaq sarıdan bunlar zirək və durbin olublar. Zira müəllimlərə nisbətən bunlar artıcaq rahat və mürəffə-hal güzəran etməkdədirlər.
Kitabxana.az · https://kitabxana.az/en/works/kocerli-meisetimize-dair-1908-1909
Use ← → keys to move, R for a random poem
More by this author
Mirzə Fətəli Axundovun komediyaları Zaqafqaziya müsəlmanlarının 40 və 50-ci illərdəki həyatını əks etdirən bir reflektora bənzəyir. İstedadlı bir dramaturq olan və xalqı yaxşı tanıyan Axundov xalq məişətinin müxtəlif tərəflərini kifayət qədər düzgün və sənətkarlıqla əks etdirmişdir.Hər əsərində, bütün komediyalarında Axundov xalqın həyatına yaxşı bələd olan nadir psixoloq və sənətkardır, onun yaradıcılıq istedadı, həyat təcrübəsi və hərtərəfli biliklə zəngin zəkası özünü hər yerdə göstərir. Biz bunu fransız nəbatat aliminin sadəlövh və qonaqpərvər Təklə-Muğanlı Hatəmxan ağa ilə ağıllı söhbətinin təsvirində görürük: Hatəmxan ağa öz qardaşı oğlunu inandırmağa çalışır ki, parislilərin adətləri ilə çox asanlıqla tanış olub başa düşmək olar ki, o xalqın adətləri tamamilə bizim adətlərin əksinədir (məsələn, biz əlimizə həna qoyuruq, onlar qoymurlar, biz başımızı qırxırıq, onlar saçlarını uzadırlar, biz əlimiz ilə xörək yeyirik, onlar çəngəl ilə yeyirlər, biz hər şeyə inanırıq, onlar heç bir şeyə inanmırlar, bizim arvadlarımız gödək paltar geyir, onların arvadları isə uzun paltar geyir, bizdə çox arvad almaq dəbdədir, Parisdə çox ər almaq və i.a.); yaxud biz bunu bir-birini sevən iki gəncin — gözəl Pərzadla cavan və igid Bayramın arasındakı təsirli məhəbbət səhnəsinin təsvirində də görürük: Pərzadın tamahkar əmisi qızın ilxısını və inəklərini ələ keçirmək xatirinə Pərzadı öz oğlu Tarverdiyə almaq istəyir, halbuki Tarverdi igidlikdə hələ heç bir ad çıxarmamışdır, o hələ bir dayça da oğurlamamışdır; yaxud, biz bunu rəhmsiz qoca — xəsis Hacı Qaranın mənəvi aləmindəki nifrət oyadan cəhətlərin açılmasında da görürük: bu qoca xəsis üçün dünyada puldan başqa heç bir müqəddəs şey yoxdur; Hacı Qara, öz dostu Heydər bəyin qoçaqlığını tərifləyən Əsgər bəyə etinasızlıqla deyir ki, bizim zəmanəmizdə qoçaq olmaqdansa, cibin pulla dolu olsa min dəfə yaxşıdır.
Dünyada bəla nədən törəyir?Qraf L. Tolstoyun təlimi-ətfal üçün tərtib etdiyi əlifba kitabçasında sadə dil ilə yazılmış bir xeyli pürməzmun hekayələr vardır. Onlardan bəzi şeyx Sədinin "Gülüstan"ında nağıl olunan hekayələrə bənzəyir. Cümləsi hikmət və təcrübə üzüylə yazılmış əsərlərdir. Məzkur hekayələrdən birisində bəlanın yer üzündə nədən törəyib nəşət etməsindən rəvayət olunur. Qissənin müxtəsərən məzmunu budur:Bir abidi-xoşsirət tərki-dünya qılıb, vaxtını adamlardan kənar bir meşədə ibadətlə keçirirmiş. Meşənin heyvanları ondan qorxmayıb, başına cəm olarlarmış. Abid onların dilini, onlar da abidin dilini anlarmış. Bir kərə abid bir ağacın dibində uzanıbmış. Qəzadan haman ağacın altında axşamlamağa qarğa, göyərçin, ilan və maral cəm olur və öz aralarında başlayırlar söhbət etməyə ki, aya, yer üzündə bəla və günah haradan törəyir?
Dost və müəllim N.O.Lomourinin xatirəsiHansısa uğursuz bir tale bədbəxt Gürcüstanı təqib edir. Onun gözəl və cavan qüvvələri, öz müqəddəs torpaqlarından uzaqlarda, geniş Rusiyanın sərhədlərində vətən uğrunda canlarını qurban verdikləri bir zamanda, o burada, öz evində də taleyin ağır zərbələrinin acısını duyur. Elm, mədəniyyət və ədəbiyyat nümayəndələri bir-birinin ardınca əbədi olaraq dünyanı tərk edirlər.İndi də Qori şəhərindəki Müəllimlər seminariyasının müəllimi, gürcü yazıçısı və pedaqoqu N. O. Lomourinin ölümü haqqında kədərli bir xəbər alınmışdır.
Ədəbiyyatımıza dair məktubVaxtbavaxt "Şərqi-Rus"un səhifələrini əsr və zəmanəmizin şüəra və ədibləri öz gözəl və abdar əşar və kəlamları ilə müzəyyən qılırlar və müsəlman qardaşları elm və maarif kəsbinə dəvət edirlər. Bir millətin ədəbiyyatı, demək olar ki, onun məişətinin aynasıdır. Hər bir millətin dolanacağını, övzai-məişətini, dərəcəyi-tərəqqisini, mərtəbəyi-kamalını, qüdrət və cəlalını onun ədəbiyyatından bilmək olar. Şairi-kamil və ədibi-fazil öz əsrinin müsəvvir və nəqqaşı mənziləsindədir. Nə qədər şairin təbi səlim, zehni açıq, nitqi guya, daireyi-əqliyyəsi vəsi, əfkar və hissiyyatı təbii və ali olsa, bir o qədər onun qələmi-cavahirnisarından vüqua gələn nəqşələr və təsvirlər mərğub və dilaviz olacaqdır, bir o qədər onun asari-qələmi və məhsulati-fikri ali olacaqdır, bir o qədər o əsərlərin əzhan və vicdan üzərinə təsiratı külli, tərbiyəyi-əfkar və təhzibi-əxlaq yolunda faydası artıq, əhəmiyyəti böyük və məziyyəti ziyadə olacaqdır. Farsların Şeyx Sədisi və Xacə Hafizi, ingilislərin Şekspiri və Bayronu, frənglərin Jan Jak Russosu və Viktor Hüqosu, nemeslərin Götesi və Şilleri, rusların Puşkini, Dostoyevski və Tolstoyu öz əsrlərində millətlərinin ən böyük müəllimi və ən mahir və müqtədir mürəbbisi olub əsərləri ilə onların təhzibi-əxlaqına, rüfət və səadət tapmasına, şöhrət və qüvvət kəsb etməsinə hüsn-tədbirlər və salamat təriqlər göstəriblər. Bu zati-alilərin vücudu ilə fövqdə zikr olunan millətlər fəxr edirlər. Farslar nəzm aləminin soltanı dörd nəfərdən ibarət olmasını iddia edib, əvvəl məqamda Firdövsiyi-Tusini, sonra Ənvərini, sonra Şeyx Sədini və dördüncü məqamda Nizamiyi əleyhirrəhməni qoyublar. Frənglər Viktor Hüqo ilə və ruslar Puşkin ilə fəxr edən kimi, farslar dəxi bu dörd nəfər nəzm aləminin soltanları ilə fəxr edirlər. Sədinin haqqında ki, üçüncü məqamda qoyulubdur, şair belə deyibdir:Seyyum Sədi ke, ta dəm zəd zi Şiraz,
Poems by other poets
Maymaq uşaq əzəl başdan bəllənər,Ev sirrini qonşulara qandırar,
خاقانی هر شبت شبستان نرسدتو مفلسی این نعمتت آسان نرسد
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Müəmmayi-kainatDəhrdə, bilməm nədir, qanla içənlər şanlıdır?Caniyə imdad edən sərvətlidir, samanlıdır!