Yazırsan, yamanca darıxmışam mən,Yenə səndən ötrü, Bakıdan ötrü.Sənsiz elə bil ki, qərib quşam mən,Həsrətə dözməyir bu şair ömrü.

Yazırsan, calayıb günləri günəSənə çatmaq üçün körpü salaram.Yazırsan inanıb məhəbbətinə,Qürbətdə birtəhər dözüb qalaram.

Yazırsan, burada bahardır hələ,Nazəndə çağıdır yasəmənlərin.Yazırsan, dağlarda qar vardır hələ,Qar, ağ örpəyidir zümrüd şəhərin.

Yazırsan, küçələr bağça-bağçadır,İnsan yaşıllığa bürünür burda.Yazırsan, kim deyir dağlar qocadır,Dağlar necə cavan görünür burda.

Sıldırım qayalar çiçək naxışlı,Çaxan şimşəklərdən dərələr dinir.Cığırlar, dolayar bahar yağışlı,Dağlara çən düşür, gah duman enir.

Bir anda neçə yol hava dəyişir,Munis gözəlliyi görmürəm hərdən.Sanıram, gözümdə dünya dəyişir,Özümü tək-tənha görəndə birdən.

Yazırsan, qayıdıb gələndə sənəBir dəstə yasəmən gətirib gəlləm.Yazırsan, başımı qoyub sinənə,Həsrətsiz günümdür deyib dincəlləm...

Əzizim, nə zaman sən gəldin, bil ki,Sanaram, bahar da gəldi səninlə.Könül baharımız solan deyil ki,Gəl bu ürəyimin səsini dinlə.

Ata qayğıları, ər qayğılarıEvimi şəfəqə bürüyər, inan.Başlar nəğməmin də əsl baharı,Nəğməyə çevrilir sanaram hər yan...

Quşu yuvasından, gülü budaqdan,Aralı görəndə səma da ağlar.İnsan ayrı düşsə doğma torpaqdanOnun dərdlərinə dünya da ağlar.

Amandır, toxunma yasəmənlərə,Budaqdan ayrılan güllər üşüyər.Ehtiyat etməzsən, göz görə-görəTəbiətə qəfil bir tufan düşər...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation