Mən çiçək olsaydım, ətirli çiçəkƏtrimlə məst edib oxşardım səni.Mən ulduz olsaydım şölə çəkərəkGöylərə yazardım məhəbbətini.

Deyirəm, mən dəniz olsaydım inan —Nəğmələr deyərdim sənə tərtəzə.Sevdalı dalğalar, mavi asimanQibtəylə, həsədlə baxardı bizə.

Nurlu ay olsaydım batmazdım, əsla,Daima göylərdə işıq saçardım.Qoymazdım qalasan gülüm, tək-tənha,Gələrdim, qapını özüm açardım.

Mən günəş olsaydım, qızıl tac olubBaşında parlardım ömrüm boyunca.Arzulu ürəktək boşalıb, dolubMahnılar deyərdim sənə doyunca...

Axar çay olsaydım dərə, dağ aşıbBağçana, bağına axıb gələrdim.Yorulub, dincəlib, kükrəyib, daşıbBir anda sədləri yıxıb gələrdim.

Bir yaşıl yarpaqlı çinar olsaydım,Pəncərən önündə yaşa dolardım.Dodağı nəğməli bahar olsaydımÖmrünə, gününə hopub qalardım.

Ya rübab, ya kaman, ya tar olsaydımSevgindən mən dilə gələrdim inan.Yaz əriylə dolu rüzgar olsaydımİlk özüm öpərdim o saçlarından.

Fəqət nə baharam, nə günəş, nə ay,Nə çinar, nə rübab, nə kamanam mən.Nə ulduz, nə dəniz, nə kükrəyən çay,Məhəbbət yolçusu bir insanam mən.

Bircə ürəyim var, sənindir o da,Bir də ki, nəğməmdir sovqatım mənim.Məhəbbətsiz ömür nədir dünyada,Sevgidən yaranmış həyatım mənim...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring